Necə qidalansaq, mədəmiz də bayram edər?

Necə qidalansaq, mədəmiz də bayram edər?Baharın gəlişinin rəmzi olan Novruz bayramının süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatsız, çərəzlərsiz təsəvvür etmək mümkün deyil. Amma bu süfrəsini zənginləşdirməyə çalışarkən qidalanmada yol verdiyimiz bəzi səhvlər ciddi fəsadlara səbəb ola bilər. Üstəlik, bu il Novruz bayramı Ramazan ayına təsadüf edir. Uzun müddət ac qaldıqdan sonra adama gəl-gəl deyən bayram şirniyyatı, plov, kabab və digər kalorili milli yeməklərdən imtina etmək də bir qədər çətin görünür.
Bəs Novruz bayramında necə qidalanmalıyıq?
Milli.Az xəbər verir ki, məşqçi Vladislav Kravçenko Oxu.Az-a açıqlamasında bildirib ki, hər bir məhsulun öz kalorisi var:
"Qida istifadəsi balanslı olmalıdır. Yemək qəbulunda müəyyən həddi gözləmək şərtdir. Novruz bayramında insanların orqanizmi böyük miqdarda şəkərlə yüklənir. Biz elə düşünürük ki, bayramda iki-üç kiloqram artıq çəki alacağıq və sonradan bundan asanlıqla qurtulacağıq.
Artıq çəkidən azad olmaq mümkündür, amma həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır. Ona görə də süfrəyə düzülən yeməklərə mütləq diqqət edilməlidir".
Məşqçi deyir ki, oruc tutanlar yeməkləri balanslı, planlı şəkildə yeməlidirlər:
"İftar açan zaman zeytun yağı ilə olan salat, yüngül yeməklər yeyilməlidir. Məsələn, mayonezli salatdan uzaq durmaq lazımdır. Hazırlanan salatın mayonezini qatıqdan düzəldilən sousla əvəz etmək olar. Çalışmaq lazımdır ki, kalorili yeməkləri eyni gündə qəbul etməyəsiniz. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzm olunmasını asanlaşdırır.
Fərqli ləzzətləri sınamaq istəyirsinizsə, qidaları az miqdarda qəbul etmək lazımdır. Eyni zamanda, yağlı yemək və şirniyyatı eyni vaxtda qəbul etmək olmaz. Çünki nəticədə mədənizdə ağır yüklənmə yaranar, fəsadları daha pis olar. Şirniyyatdan istifadə edəcəyiniz vaxt qızardılmış məhsuldan imtina edin. Hər gün şirniyyat yemək orqanizm üçün doğru deyil. Şirniyyatı qara çayla içmək məsləhət deyil. Bayram günlərində bitki çaylarına, üstünlük verilməsi daha yaxşı olar".
O vurğulayıb ki, mayenin düzgün qəbul edilməsi də vacib şərtdir:
"Davamlı olaraq suyun qəbulu lazım olduğundan artıq yeməyin qarşısını alır. Amma yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil. Yeməkdən yarım saat əvvəl ilıq su içilməsi məsləhətdir. Düzgün qidalanmanın əsas şərtlərindən biri yeməyi ləng yeməkdir. Bu, doyma hissini yaradır və artıq qida qəbulunun qarşısı alınır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 682   Tarix: 24 mart 2024
f Paylaş

Oxşar xəbərlər

.

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Düzgün qidalanmada bitki yağları vacib rol oynayır. .   -a istinadən xəbər verir ki, lakin bəziləri qiyməti yüksək olan yağların daha sağlam olduğunu düşünür. Hansı yağları ən bahalı və faydalı adlandırmaq olar?. Arqan. Dəriy

.

Səhər yeməyində hansı qidalar zərərlidir?

"Səhər yeməyində pendir, yağ və ya kolbasa ilə sendviç yemək olmaz".   -a istinadən xəbər verir ki, bu sözləri rusiyalı endokrinoloq və diyetoloq Oksana Mixaylova deyib. Həkimin sözlərinə görə, səhər yeməyində yeyilə

.

Yeniyetmələrin siqaret aludəçiliyi təhdid yaradır

11-15 yaşlı yeniyetmələr arasında alkoqol və elektron siqaret istifadəçilərinin sayı narahatlıq doğuran həddə artıb. Dövlətlər bunun qarşısını almaq üçün konkret addımlar atmalıdır. -a istinadən xəbər verir ki, bunu Ümumdüny

.

Pişiyinizin xəstə olduğunu necə başa düşmək olar? - Burnuna toxunmayın

Bir çox pişik sahibləri ev heyvanlarının quru və isti burnundan narahatdırlar. Əslində, bu, şübhəli bir əlamətdir, çünki heyvanlar yuxuda olduqda, burunları tez-tez quruyur. Bundan əlavə, evdə rütubətin səviyyəsini nəzər

.

Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. . Maraqlıdır, görəsən

.

Plova 2 qaşıq əlavə edin, bu xəstəlikdən xilas olun

Bədənimizdəki balanssız qan şəkəri səviyyəsi adətən qidalanmamızla əlaqədardır. Pre-diabet xəstələri, insulin müqaviməti və qan şəkəri problemi olan bir çox insan bunun üçün həll yolu axtarır. Qanımızda müəyyən miqdarda şəkəri

.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəz

.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. .   -a istinadən xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir.  . Ancaq bu komponentlər hamıy

.

Pendirdən imtina etməyin 4 əsas səbəbi

Həkimlər bərk pendirdən imtina etməyin 4 səbəbini açıqlayıblar.   -a istinadən bildirir ki, bərk pendir sağlamlığa zərər verə bilər. . Qanda şəkəri salan meyvə. Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI. Depressiyadan əziyyə

turlar.az

sonxeber.az toy gecesi geyim və ayaqqabılar kosmetoloq hakişta məmməd ismayıl bagirsaqlari temizlemek ucun payiz haqqinda insa kosmetika novruz hakıştası əfsanələr yutube xlor lekesi vetene aid bayatilar