Nəğmələr

NəğmələrAzərbaycan folkloruna dair örnəklər

Əmək nəğmələri
Əmək nəğmələri əmək prosesini əks etdirən bədii mətnlərdir. Bu mətnlərin bir çoxu ritual, etiqad, mərasim və məişət detalları ilə cilalanmışdır. Əmək nəğmələrinə aşağıdakılar aiddir:

Əkinçi nəğmələri
Xalq poeziyasının ən qədim nümunələrindən olan əkinçi nəğmələrində biçinçi, cütcü həyatı tərənnüm edilir. Bu nəğmələr əkinçilərin bilavasitə əmək prosesində yaratdığı, ifa etdikləri nəğmələrdir. Qədimlərdə bir hecalı, bir misralı olan əkinçi nəğmələri inkişaf edərək sonralar 2-3 hecalı, 2-3-4 misralı nəğmələrə çevrilmişdir. Şifahi poeziyanın ən geniş yayılmış əkinçi nəğməsi holavardır. Son dövrlərin məhsulu olan və hər bəndi 4 misradan ibarət olan holavarlar bayatı (yeddilik) şəklindədir:
Ala kəlim, bizə gəl,
Dağdan enib düzə gəl.
Dırnağının gözüylə
Qara düzü bəzə gəl.

Sayaçı nəğmələri
Şifahi poeziyamıza köçəri tayfaların ilk əmək nəğmələri kimi daxil olan sayaçı nəğmələrində qoyunçuluq həyatı tərənnüm edilmişdir. Bu nəğmələrin ilk yaranışı qoyunların əhliləşdirilməsi dövrünə təsadüf edir. Bu nəğmələrin qoyun qırxımı, döl vaxtı, yaylağa köçərkən və s. mərasimlər zamanı ifa edildiyi üçün mərasim nəğməsi də hesab edilir:
Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər.

Sağın nəğmələri
Xalqımızın qədim dövr maldarlıq həyatı ilə bağlı nəğmələri içərisində sağın nəğmələri də müəyyən yer tutur. Saya nəğmələrindən fərqli olaraq sağın nəğmələri köçəri tayfalar içərisində yaransa da, oturaq həyat şəraitinə keçmiş tayfalar tərəfindən asanlıqla qəbul olunmuşdur:
Dutum, dutum,
Nənəm, dutum,
Səni sağan,
Dutum, dutum,
Mənəm, dutum,
Bacım, dutum.

Ovçu nəğmələri
Daha qədim dövrlərə aid olan ovçu nəğmələri həmin peşə ilə bağlı yaranıb nidalı, çağırışlı sözlərlə şifahi poeziyamıza daxil olmuşdur. Ovçu nəğmələri bir sıra hallarda tuluqda, tütəkdə, fitdə çalınan havalarla müşayiət olunmuşdur:
Ova gedən,
Ovun tuş.
Ovun olsun
Maral, quş...

Balıqçı nəğmələri
Əmək nəğmələri içərisində balıqçı nəğmələri də xüsusi yer tutur. Dünya xalqlarının şifahi poeziyasında bu nəğmələrin dəniz və çay ətrafında yaşayan xalqların poetik düşüncəsində olduğu kimi, ilkin inkişaf mərhələlərində yarandığı ehtimal olunur. Balıqçı nəğmlərinin hamısında "Yahu" nəqarəti mühafizə olunur. Misal:
Yahu
Röyama girdi,
Yahu
Sirrimi bildi
Yahu
Dəryalara
Tor atdım,
Üzümə güldü
Yahu...
İpəkçi nəğmələri
İpəkçi nəğmələri xalq içərisində bəzən kümçü (kümzar) nəğmələri adı ilə tanınır. Bu nəğmələrdə əsasən barama, onun əhəmiyyəti, baramanın bədnəzərdən qorunması və s. tərənnüm edilir:
Çıxdı qızım
Tərəcəyə
Büküb qoydum
Bələcəyə.
Naz-naz olsun.
Yarpağı
Az-az olsun.

Hana nəğmələri
Əmək nəğmələri içərisində toxuculuq və xalçaçılıqla bağlı nəğmələr mühüm yür tutur. Hana nəğmələri əsasən ilmə vurularkən, ilmə döyülərkən və s. söylənən nəğmələrdir. İlk hana nəğməsi aşağıdakı şəkildə bizə çatmışdır:
Asma gül,
Basma gül,
Gülüm xınalı
Döşü minalı!
Mərasim nəğmələri

Mərasim nəğmələri adı altında tanınan bu nəğmələr iki yerə bölünür:
1) Mövsüm mərasimi nəğmələri
2) Məişət mərasimi nəğmələri
Mövsüm mərasimi nəğmələri
Bu nəğmələr içərisində yağışın yağması, günəşin çıxması, küləyin əsməsi, oda, suya, küləyə, torpağa etiqadla bağlı nəğmələr və "Novruzqabağı nəğmələr" ("Çillə nəğmələri", "İlaxır çərşənbə nəğmələri" və s.) xüsusi yer tutur. Misallar:

Gün çıx, gün çıx,
Kəhər atı min çıx.
...
A yel baba, yel baba,
Qurban sənə, gəl baba.
Taxılımız yerdə qaldı
Yaxamız əldə qaldı.
...
Əkin yerim qalmadı,
Dərin almanı, dərin,
Dərdim alma qalmadı,
Sərin almanı, sərin.
...
Böyük Çillə
Boyu bir belə...
Gəldi elə
Gülə-gülə,
Getdi gülə-gülə
Ağ gülünü də,
Göstərdi.

Məişət mərasimi nəğmələri
Məişət mərasimi nəğmələri şifahi poeziyamızda xalqın gündəlik məişəti ilə bağlı nəğmələrdir. Bu nəğmələr insanın həyatında baş verən ən mühüm hadisələrlə əlaqəli yaranmışdır.
Doğumla bağlı nəğmələr
Xalq poeziyasında övladsızlıqla bağlı ənənəvi süjet doğumu müqəddəsləşdirmiş, xalq doğumla bağlı müxtəlif nəğmələr yaratmışdır:

Sancılar gələr-gedər,
Atalar gülər gedər,
Nənələr nənni qoyar
Nəvəsin bələr gedər.

Toy nəğmələri
Məişət mərasimi nəğmələrinin əksəriyyətini toy nəğmələri təşkil edir. Toy müxtəlif mərhələlərdə olduğundan (elçilikdən toya qədər) hər mərhələnin özünəməxsus nəğmələri var. Bu nəğmələrdə müxtəlif ayin və etiqadlar əks olunmuşdur. Misallar:

Qızılgülün dəstəsiyəm, yar-yar,
Bacıların bəstəsiyəm, yar-yar.
Qonşu məni xəbər alsa, yar-yar,
Deyin yarın xəstəsiyəm, yar-yar.
Dərmişəm şirin narı
Şirin deyərlər yarı.
Hamıdan şirin olar
Kiçik qardaşın yarı.
Yas nəğmələri

Məişət mərasimi nəğmələrinin xalq arasında geniş yayılmış nümunələrindən biri də yas nəğmələridir. Onlar xalq arasında yuğ, yuğlama və ağı adları ilə yayılmış, xalqın kədəri, hüznü ilə bağlı meydana gəlmişdir:
Sarı gül...
Sarı qönçə, sarı gül.
Bilsəydin solalısan,
Aşmayaydın barı gül!

Maraqlı     Baxılıb: 8057   Tarix: 30 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Bağça müdiri olmaq istəyənlər üçün imtahan keçirilir

Bu gün məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrin

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

Azərbaycanda elmin inkişafı ilə hansi qurum məşğul olacaq?

Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış Elm və Təhsil Nazirliyi məşğul olacaq. "Report"a istinadən bildirir ki, Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri il

.

Daha 200 gənc Dövlət Proqramı ilə xaricdə oxuyacaq

"2022-2026 Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrind

.

Neptunun halqalarının fotosu çəkildi - FOTO

"James-Webb" kosmik teleskopu Günəş sisteminin ən uzaq planeti olan Neptunun halqalarının fotosunu yerə yollayıb. Fotonu NASA yayıb. Bildirilir ki, Neptun planetinin ən yaxın fotosunu 1989-cu ildə Voyager-1 kosmi

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  -a bildirilib ki, müsahib

turlar.az

sonxeber.az qadın geyimi geyim dəbləri kosmetoloq toy dəbi buruq saclara qulluq qadinlar haqqinda maraqli melumatlar resept kosmetika bayatilar baldıza aid hakışta rəksanə sekisler vətən haqqında bayatı