Neqativ düşüncələrdən qurtulmağın yolları: Bunları etsəniz...

Neqativ düşüncələrdən qurtulmağın yolları: Bunları etsəniz...Bədbəxtliyimizin ən böyük səbəblərindən biri də mənfi enerjili düşüncələrimizdir. Başımıza gələn bütün pis şeyləri qara düşüncələrlə özümüzə yaxınlaşdırırıq. "Belə olacağını bilirdim" deyərək eyni xətanı  dəfələrlə edirik. Halbuki, düşüncə tərzimizi dəyişsək, nə qorxduğumuz başımıza gələcək, nə də pis nəticələrlə qarşılaşmaq kimi şansımız olacaq. Neqativ düşüncələrdən qurtulmağa çalışsanız da, onlara ilişib qalacaq.
Milli.Az Lent.az-a istinadən bunun üçün sizə bəzi tövsiyələri təqdim edir:
Yuxu rejiminizə diqqət edin!
Neqativ düşüncələrdən qurtulmaq üçün ilk edəcəyiniz şey həmişə qaydasında olan yuxu rejimi yaratmaqdır. Çünki yuxu müddətinizin qaydasında olması sizi mənfi düşüncələrin əsiri olmaqdan qurtaracaq. Bunun üçün hər gün eyni vaxtda yatıb durmalı və gün ərzində 6-8 saat yatmalısınız.
Neqativ düşüncələrinizi yazın!
Zehninizi qarışdıran və içinizi yeyən neqativ düşüncələrdən qurtulmaq istəyirsinizsə, onları vərəqə yazın. Ağlınızdan keçən bütün neqativ düşüncələrə icazə versəniz, onlarla savaşa bilməzsiniz. Yazmaq üzərinizdəki yükün yüngülləşməsinə səbəb olacaq. Məsələn, sevgilinizə, yaxın dostunuza zəng edirsiniz, amma cavab vermir və siz başına bir şey gəlmiş olduğundan narahatsınızsa, o zaman ağlınızdan keçənləri yazın. "Başına bir şey gələ bilər" düşüncəsi ilə başına gələ biləcək şeyləri məntiqli şəkildə tapın. "Bəlkə telefonunu yanında götürməyi unudub" tipli cavablar yaza bilərsiniz. Hadisələrə bu şəkildə pozitiv yanaşmağı öyrənə bilərsiniz.
Neqativ düşüncələr üçün vaxt ayırın!
Bəli, gün boyunca ağlınıza gələn neqativ düşüncələrə "indi bunun yeri deyil" deyərək beyninizə siqnallar ötürmüş olacaqsınız. Neqativ şeylər düşünmək üçün gündə 15-20 dəqiqənizi ayıra bilərsiniz. Bunun üçün sizə ən uyğun vaxtlar günorta saatlarıdır. Müəyyən müddət keçdikdən sonra özünüzə daha çox hakim olduğunuzu görəcəksiniz və artıq neqativ düşüncələr üçün vaxt ayırmağınıza da gərək qalmayacaq.
Ətrafınızda pozitiv düşünən insanlara yer verin!
Tez-tez neqativ düşüncələrin hücumuna məruz qalırsınız və özünüzü bu düşüncələrin içində çırpınarkən tapırsınızsa, o zaman ətrafınızdakı insanları gözdən keçirməlisiniz. Ətrafınızda davamlı melanxolik, bitmək bilməyən dərdləri ilə sizi yeyib bitirən, dünyanın bütün yükünü çiyinlərində daşıyırmış kimi görünən insanlar varsa, "başıma gəlməyən qalmadı" kimi cümlələrə danışmağa başlayan və bütün həyat enerjinizi alan dostlara sahibsiniz? Atalarımız yaxşı deyib: "Üzüm üzümə baxaraq qaralar". Yəni neqativ düşüncələr də insandan insana keçir.
Həyatınızdakı neqativ düşünən insanlardan qurtulmalısınız. Zamanınızın qiymətini bilin! Həyatınızın nə qədər qısa olduğunu və axın gedən bir dəqiqənizi belə geri qazana bilməyəcəyinizin fərqinə varın. Ömrünüzü mənfi düşüncələrlə keçirməkdənsə, sahib olduqlarınızın dəyərini bilərək hər anınızın həzzini yaşayın. Ən dəyərli şeyinizi - vaxtınızı sizi üzməkdən başqa heç bir işə yaramayan düşüncələrlə məhv etməyin! Unutmayın ki, həyatda özünüzdən və vaxtınızdan daya dəyərli heç nə yoxdur. Ona görə ətrafdakı gərəksiz insanlara və hadisələrə vaxt ayırmaqdansa, özünüzə vaxt ayırın və sizə zərər verən düşüncələrdən uzaq durmağa çalışın. Sizə aid olan hər şeyi sevin, insanların xətalarını bağışlayın, kin tutmayın və bütün neqativ şeyləri həyatınızdan çıxarmağa başlayın! Elə indi! 
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1196   Tarix: 07 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?

"Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". -a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib. O bildirib ki, spirt - tərkibində etanol ola

.

Gənələr ən çox bu qan qruplarına düşür: Otluqda oturanlara XƏBƏRDARLIQ

Yaz və yay aylarında park, bağ kimi, çəmənlərin olduğu yerlərdə insanlar dincəlməyə üstünlük verir. Ancaq otluqda oturub durandan sonra bədəninizi yoxlamaq tövsiyə olunur. Əgər bədəninizdə gənə aşkarlasanız va ya hər hans

.

Dönər alarkən bunlara diqqət etmək lazımdır

Dönər alarkən vətəndaşların diqqət etməli olduğu məqamlar açıqlanıb. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib. Dönər alarkən aşağıdakılara diqqət edilməlidir:. -Qida təhlükəsizliy

.

Gözəllik prosedurları üçün ən ideal yaş dövrü hansıdır?

Rusiyalı kosmetoloq Yekaterina Şostak xüsusi inyeksiyaların köməyi ilə cavanlaşmaq üçün hansı yaşın daha uyğun olduğunu açıqlayıb. -a istinadən bildirir ki, inyeksiya ilə üz dərisini cavanlaşdırmaq üçün ən uyğun yaş menopauzada

.

Diqqət: Bu kartof çox təhlükəlidir

Göyərmiş, yaşıla çalan kartof ən zəhərləyici təsirli kartofdur. -a istinadən xəbər verir ki, terapevt, tibb elmləri namizədi Marqarita Koroleva yaşıl rəng almış kartofun zərərindən danışıb:. "Kartof gün altında uzu

.

Banan yeməyin faydaları və zərərləri

Banan sağlam pəhrizin əsas elementi olan liflə zəngindir. Banan istehlak etməyin faydaları çox böyükdür və sağlamlığın müxtəlif aspektlərini əhatə edir.   -a istinadən bildirir ki, banan sağlam pəhrizin əsas elementi ola

.

Ürəyi dərmansız gücləndirməyin yolu

Stress, təşviş və gərginlik ürək və digər orqanlarda problemlər yaradır. "medicina"ya istinadən xəbər verir ki, alimlər ürəyi qüvvətləndirmək üçün dərmansız təsirli metod açıqlayıblar. Stress və narahatıq, fiki

.

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır. Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələy

.

Soğanın hansı növü daha faydalıdır?

Soğan immuniteti möhkəmlədir, dərini cavanlaşdırır, virusları öldürür, damarları təmizləyir. Amma hansı soğanı daha çox yeməliyik- yaşıl, ağ, yoxsa qırmızı?. Eləcə də porey soğanı unutmamalıyıq. İmtahandan əvvəl bunları YEYİN

turlar.az

sonxeber.az maskalar kosmetoloq toy makiyajlari qadın və kişi sekis hicab 2024 qadin donlari kosmetika qurd ve quzu bürclər ana haqqinda bayati vətən haqqında bayatılar vətən haqqında bayatı