"Nigar Camal aravuranlıq etdi" - Elnurdan etiraflar

"Nigar Camal aravuranlıq etdi" - Elnurdan etiraflar"ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının növbəti qonağı stilist Elnur Həsənov olub.
Open.az xəbər verir ki, o, rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb. Elnur müğənni Zamiq Hüseynovla işbirliyinə son qoymasının səbəbini açıqlayıb:
"Heç vaxt öndə olmaq iddiam olmayıb. İşlərimiz çox idi, bir-birimizə ziyan vurmamaq üçün son qoyduq. Amma dostuq".
Elnur stilist Anar Ağakişiyevlə aralarında davam edən qalmaqaldan söz açıb. O, "Neslihan Atagül Bakıya gələndə Anar Ağakişiyev onu makiyaj edib. O isə bəyənməyib, ağlayıb. Bu söhbəti sən danışmısan" sözlərinə belə cavab verib:
"Mən tərəfdən atmacalar eşidə bilməzsiniz. Bəzi adamlar var ki, onlar üçün mən maraqlıyam, çıxıb danışırlar. Səbəbini bilmirəm, yəqin qısqanclıq.
Elə bir söhbət danışmamışam, Anarın adını çəkməmişəm. Nigar aravuranlıq etdi. Gedib Anara o cür çatdırıb. Nigar Camalla elə söhbətlər edəcək qədər münasibətim yoxdur. Neslihanla bağlı elə hadisə eşitmişdim, amma Anarın adı çəkilməmişdi. Nigar gedib elə danışıb ki, guya, mən demişəm, filankəs bu işə görə əsəbidir. Allah elə gətirdi ki, az keçmədi, özləri biabırçılıqla dalaşdı, bir-birinin mesajını efirə verdi.
Elə insanlar var ki, xoşu gəlir arada söz gəzdirsin. O xanım özü mənə zəng etdi ki, mənə fotosessiya edək. Amma gedib başqalarına deyir ki, guya, mən ona təklif etmişəm. Mənim çalışdığım müğənnilər yanında sən...".
Elnur daha sonra Xalq artisti Röya Ayxandan bəhs edib. O, Anarın Röya üçün etdiyi qalmaqallı fotosessiyadan danışarkən "Röya hər zaman mənimlə işləməyəcək ki... Fotoların bəzisini bəyəndim, bəzisini yox. Qalmaqal isə nə Röya, nə Natavanın səhvidir. O, Anarın günahı idi. Röyaya qalmaqal lazım idi? Möhürünü vurmuş müğənnidir. Bilirdim belə suallar verəcəksiniz, amma danışmaq istəmirəm. Onun da, mənim də salonum var. Eyni kosmetikadan istifadə edirik. Onun etdiyi müştəriləri mən də işləyirəm. Onun da ətrafı böyükdür, mənim də. "Eurovision"da mən də oluram, o da. O, gündəm yaratmağı sevən adamdır" sözlərini söyləyib.

Şou Biznes     Baxılıb: 1359   Tarix: 06 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Namiq Aygünlə yeni duetindən danışdı: 'Çox toxunan sözləri var'

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yeni açıqlaması ilə diqqət çəkib. -ə istinadən xəbər verir ki, "İncə səhər" verilişinə qonaq olan Çuxurlu Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb

.

Məşhur aktyor təcili əməliyyat olundu

Məşhur türk aktyor Saruhan Hünel qəfildən əməliyyat olunub. . Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir ürək xəstəliyindən əziyyət çəkən aktyorun əməliyyat olunduğu məlum olub. Aktyorun bacısı Aslı Hüne

.

Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir?

Mərhum "Toppuş bacı" ləqəbli Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyalın yenidən evlənməsi ilə bağlı məlumat yayılıb. Bu barədə o, özünün "Instagram" hesabında məlumat paylaşıb. Qeyd edib ki

.

Nilda anasının 'instagram' hesabını bağladı

Noyabr ayından bu yana həbsdə olan türkiyəli fenomen Dilan Polat qızı ilə görüşüb. xəbər verir ki, bazar ertəsi qızı ilə görüşən Dilan Polat qızına sosial media istifadə etməyi qadağan edib. Sosial mediada valideynləri haqqd

.

Roza Zərgərli "Son"u təqdim etdi - KLİP

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. xəbər verir ki, sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. . Eyni zamanda, Zərgərl

.

Hiss yenə dəyişdi - FOTOLAR

Gənclərin sevimli müğənnisi Hiss bu dəfə yeni imici ilə təəccübləndiri. xəbər verir  ki, sənətində də fərqlilikləri ilə tez-tez adından söz etdirən sənətçi bu dəfə kamera qarşısına yeni obrazda çıxıb. Saçlarını uzadaraq rəngin

.

Rusiyalı müğənnidən toy edən oğluna bahalı hədiyyə

Bir müddət əvvəl oğlunu evləndirən rusiyalı müğənni Jasmin oğlu və gəlininə Sinqapurda tətil hədiyyə edib. Lakin o, bunun yeganə hədiyyə olmadığını bildirmişdi. xəbər verir ki, Jasmin bal ayı hədiyyəsindən əlavə oğluna Moskvad

.

Sizdə bu vitaminlər çatmırsa....- RİSKLİ XƏSTƏLİK

D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan "Bacteroides fragilis"in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər. Londondak

.

Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı

"Yarqı" serialında Ceylin obrazını canlandıran məşhur aktrisa Pınar Dəniz və uzun müddətdir sevgili olduğu həmkarı Kaan Yıldırımın toy hazırlıqlarına başladığı məlum olub. xəbər verir ki, yay aylarında evlənəcə

turlar.az

sonxeber.az qaşların formalari toy makiyaji sekilleri maskalar qaynar qazan qaymaqlı krem cins şalvar ilk öpüş kosmetika məsəllər masqalar vətən həsrəti veten haqqinda atalar sozleri veten