"Nizami ili" haqqında sərəncam elm adamlarını səfərbər edir - İsa Həbibbəyli

"Nizami ili" haqqında sərəncam elm adamlarını səfərbər edir - İsa HəbibbəyliAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami ili" elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür.
Milli.Az bildirir ki, bunu Trend-ə AMEA-nın birinci vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, 2019-cu ilin "Nəsimi ili" adlandırılması bu görkəmli şair və mütəfəkkirin Azərbaycan və dünyaya yenidən tanıdılması sahəsində mühüm addımların atılmasına şərait yaratmışdır.
Akademik hesab edir ki, Azərbayanda və dünyada kifayət qədər tanınan və böyük şöhrət qazanmış Nizami Gəncəvinin zəngin bədii irsini də azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə yenidən tanıtmağa ehtiyac vardır. "Nizami Gəncəvinin nəsil şəcərəsi", "Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq", "Nizami Gəncəvinin dövlətçilik ideyaları və müasir dövr", yaxud "Nizami Gəncəvi və Azərbaycan renesansı", və sair kimi problemlər məhz indi, müstəqilliyimizin inkişaf etdiyi bizim günlərdə daha çox aktuallıq kəsb edir. Möhtərəm Prezidentimizin "Nizami ili" haqqındakı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamı Nizami Gəncəvinin həyatı və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir.
İ.Həbibbəylinin fikrincə, Prezident İlham Əliyevin "Nizami ili" ilə əlaqədar imzaladığı Sərəncam vaxtilə ümummilli lider heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında qəbul etdiyi qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmaq, başlanmış mühüm işləri daha geniş miqyasda və əhatəli şəkildə yaradıcılıqla davam etdirmək üçün də geniş meydan açır. Bu baxımdan Nizami Gəncəvinin əsərlərinin dünya dillərinə tərcüməsi, haqqında xarici dillərdə tanıtma kitablarını yazıb nəşr etdirmək baxımından da qarşıda mühüm vəzifələr durur:
"Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölmələrini əhatə edən elmi tədqiqat institutları Prezident Sərəncamının əsasında müasir dövrün yüksək tələblərinə cavab verən elmi əsərlər yazıb nəşr etdirməyi özlərinə şərəfli borc hesab edirlər. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən "Nizamişünaslıq" şöbəsinin əməkdaşları son üç il ərzində üzərində çalışdıqları, ilk mənbələr əsasında yazılmaqda olan "Nizami Gəncəvinin həyatı və yaradıcılığı" mövzusunda monoqrafiyanı tamamlayıb ictimaiyyətə təqdim edəcəkdir. Bundan başqa, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri "Nizami Gəncəvi və Şota Rustaveli" monoqrafiyasının da 2021-ci ildə bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsi nəzərdə tutulur. Ədəbiyyat İnstitutunun əməkdaşları "Nizami Gəncəvinin görkəmli davamçısı Əmir Xosrov Dəhləvi" adlı monoqrafiya üzərində də tədqiqat işlərini davam etdirirlər.
Böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında imzalanmış Sərəncam yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, milli-mənəvi özünüdərk prinsiplərini daha da geniş şəkildə təbliğ etmək üçün də qarşımızda yeni perspektivlər açır. Prezident İlham Əliyevin 2021-ci ilin "Nizami ili" elan olunması haqqında Sərəncamı Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən dönüş üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırır".
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 1553   Tarix: 06 yanvar 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Müəllimlərin NƏZƏRİNƏ - İmtahan vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bu barədə  -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirili

.

Lütfi Zadənin doğum günüdür - FOTO

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anım günüdür. Kaliforniya Universitetinin məşhur professorunun bu gün 102 yaşı tamam olur. 1921-ci il fevralı

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO

ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən "The World Scholars Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümü

.

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

II və II ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"ni

turlar.az

sonxeber.az geyim dəbləri kosmetoloq qadin sayti hind filmleri nişan və evlilik arvaddan icaze kagizi aciq zedelenmeler yaralar kosmetika suni mayalanma novruz bayramina aid cinsi elaqe vətən haqqında bayatılar haqisda