Nura Suri yaşadığı zorakılığdan danışıb - təcavüzə məruz qalıb-VİDEO

Nura Suri yaşadığı zorakılığdan danışıb - təcavüzə məruz qalıb-VİDEOMüğənni Nura Suri ARB telekanalının qonağı olub.

Qadınsaytı.az xəbər verir ki, sənətçi keçmiş həyat yoldaşının onun döydüyünü və fiziki güc tətbiq etdiyini bildirib:

"10 ilə yaxın məhkəmələrdə olmuşam. Özləri barışıq sazişi bağladılar. Uşaqlar üçün də nə lazımdı ediblər. Mən ondan heç nə istəmirdim. O, məndən istəyib. Tutaq ki, ayrılandan sonra mənim haradasa şəklim çıxırdı, gedib məni məhkəməyə verirdi. Deyir ki, Nura mənim həyat yoldaşım olub. Onun internetdə bu kimi şəkilləri var. Mənim rahat olmağımı, ailə qurmağımı istəmirdi. Halbuki, ayrılmışıq. Mənim sonradan ailə qurmağım ona pis təsir etdi. Əvvəl gəlib gedirdi. Hətta, məhkəmə işi gedən zaman belə uşaqlarının yanına gedib-gəlirdi. Uşaqlara nəsə lazım olanda alıb göndərirdi.

O ki, mən Davidin atası ilə ailə qurdum, mənə düşmən kəsildi. Həmin gündən bizim qara günümüz başladı. Yatıb-durub məni məhkəməyə verirdi. Nəfsin saldı, qurduğum ailə də dağıldı. Nə özü evləndi, nə də məni qoydu ki, normal ailə qurum. Mən bilsəm ki, bu insanda nəyisə dəyişə biləcəm, ailəmi dağıtmazdım. Biz bir neçə dəfə ayrılıb sonra barışmışıq. Pis adam deyildi, həmişə nə istəmişəm olub. Mənə korluq verməyib. Hər şey ilə təmin edib. Sadəcə olaraq əsəbi insan idi. Boksla məşğul olub deyə, vuran əli var idi. Hər dəfə səhv edirdi. Sonra gedib Qurana əl basırdı ki, bir də etməyəcəyəm. Bu saysız təkrarlanırdı. Heç nə dəyişmirdi. Məni vururdu, fiziki təcavüz olurdu".

Qeyd edək ki, Nura Suri 3 dəfə ailəli olub və ifaçının 3 oğlan övladı var.

Xəbərlər     Baxılıb: 2387   Tarix: 12 yanvar 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaşıl bananın faydaları nələrdir?

Bananın hər növünün fərqli dadı var. Yetişməmiş, yaşıl banan lif baxımından daha zəngindir. Xüsusilə şəkər xəstələri üçün yaşıl banan daha faydalı hesab olunur.   -a istinadən yaşıl bananın bilinməyən faydalarını təqdim edir:

.

İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var

Çox vaxt insanlar məsuliyyətlə işi seçir və uzun illər orada qalırlar. Amma bir qrup insan var ki, fəaliyyət sahələrini aktiv şəkildə dəyişirlər. Belə qeyri-sabitliyin səbəbi nə ola bilər?.   -a istinadən bunun səbəblərin

.

Mütəxəssisdən çörək, makaron və kartofla əlaqədar MARAQLI TÖVSİYƏ

Adətən insanlar pəhrizdə çörək, makaron, kartof və bir çox digər bu kimi qidaları məhdudlaşdırmağa öyrəşiblər. Əslində bu qidalar ziyanlı deyil, onları yemək tərzi səhvdir. -a istinadən bildirir ki, bu barədə tanınmış rusiyal

.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. -a istinadən bildirir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadını

.

Bu asılılıq uşaqlarda ruhi xəstəliklərə səbəb olur

Aparılan araşdırmalar göstərib ki, smartfon, sosial media və video oyunlarına aludə olan uşaqlar həyatlarının daha sonrakı dövrlərində psixoloji problemlərlə üzləşirlər. -a istinadən xəbər verir ki, kanadalı alimlər uşaqlı

.

Baş nazir qəzəbləndi: Belə uşaqlar "supermarket məhsulu"dur

İtaliyanın baş naziri Corciya Meloni deyib ki, surroqat analıq uşaqlara "supermarket məhsulları" kimi yanaşıldığı "qeyri-insani təcrübə"dir. -a istinadən xəbər verir ki, bu barədə "Reuters" məluma

.

Qanın tünd rəngdə olması nəyin əlamətidir?

Qan rəngi bədəndəki oksigen miqdarını göstərir. bildirir ki, əgər qanın rəngi açıqdırsa tərkibindəki oksigenin miqdarının kifayət qədər olduğunu göstərir. Əgər qanın rəngi tünddürsə, bu qandakı oksigenin az olduğunu bildiri

.

Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlanıb

Antipsikotiklərin (antipsikotiklər və ya əsas trankvilizatorlar) qəbulu demensiyalı insanlarda insult, qan laxtalanması, infarkt, sınıqlar, pnevmoniya və kəskin böyrək zədələnməsi riskini artırır.   -a istinadən xəbər veri

.

Kişilərin diqqətinə, bu xərçəng növü sürətlə artır

Dünyada kişilərdə ən çox rast gəlinən xərçəng növü olan prostat xərçəngi gün getdikcə artmağa davam edir. Hazırda bu növ xərçəngdən ölüm nisbətinə görə dünyada 4-cü yerdədir.   -a istinadən bildirir ki, prostat xərçəngi

turlar.az

sonxeber.az geyim necə seçməli gözəllik məhsulları yemek reseptleri qarazire faydalari dosabin xeyri bakirəliyin pozulması ziyafət geyimləri 2024 kosmetika badambura xanim az novruz bayramına aid bakışta gəncə həsən bəy zərdabi