ÖDƏNİŞLİ ALİ TƏHSİL ALANLARA VACİB XEBER

ÖDƏNİŞLİ ALİ TƏHSİL ALANLARA VACİB XEBER"Azərbaycanda universitetlərdə ödənişli təhsil sistemin ləğvi təhsilin inkişafına yüksək səmərə verəcək".

Bunu Sherg.az-a ödənişli təhsilin ləğv edilməsi planından danışarkən təhsil eksperti, professor

Füzuli Məhəmməd söyləyib.

O bildirib ki, ali məktəblərə qəbul məsələlərində Nazirlər Kabinetinin səlahiyyətlərinin artırılması dövlətin bu sahəyə daha diqqətlə yanaşmasına səbəb olacaq:

"Təhsil prosesi yeni texnologiya və proqramlara yönələn səviyyədə təşkil edilməlidir. Yaranan yeni sahələrdə çalışa biləcək potensiallı kadrların yetişdirilməsinə önəm vermək lazımdır ki, burada sovet üsullarından qaçmaq və Avropa ölkələrinin, Koreya, Yaponiya, Almaniya, İngiltərə kimi sivilizasiyaların təcrübəsindən yararlanmaq daha çox fayda verər. Ödənişsiz təhsilin tətbiq edilməsinin də məktəblərin səviyyəsinin artırılması və ali təhsilin üstünlüyü istiqamətində müsbət təsirləri olacaq. Maddi imkanlarından, ailə durumundan, yaşadığı regiondan asılı olmayaraq bütün gənclər təhsildə bərabər hüquqlara malik olmalıdır. Nümunə üçün Avropa ölkələrinin təcrübəsindən geniş danışmaq olar ki, bir çoxunda təhsil pulsuzdur və nəticə göz qabağındadır. Azərbaycanda da qabiliyyəti və savadı olan şagirdlərə ali təhsil almaq üçün şərait yaradılmasına imkan verən bu proqramın tam şəkildə hazırlanıb, qəbul edilməsi birmənalı şəkildə müsbət hadisədir".

Yeni layihənin diqqət edilməli məqamlarından danışan F. Məhəmməd deyib ki, elə obyektiv, çevik mexanizm qurmaq lazımdır ki, bir-neçə il sonra yenidən dəyişiklik etmək məcburiyyəti yaranmasın:

"Düzdür, bir ölkədə hər kəsin alim olması, yüksək biliyə yiyələnməsi mümkün deyil, buna baxmayaraq maddi durumundan asılı olmayaraq istedadlıların üzə çıxarılması, dövlət təminatı sayəsində onlara dəstək göstərilməsi gələcək üçün çox xeyirli olacaq. Oksford Universitetində belə bir sistem var ki, məsələn, ildə 30 min tələbə qəbul olursa onlardan yalnız 30 nəfər təhsilini fərqlənmə ilə bitirə bilir. Görün, nə qədər obyektiv və güclü təhsildən söhbət gedir ki, həmin 30 nəfərin də ən azı 20-si Nobel mükafatı alır və ya dünya şöhrətli alim, professorlara çevrilir. Ali təhsilin yüksək səviyyədə təşkil edilməsi üçün bu kimi məsələlərə diqqət etmək lazımdır ki, həmin hazırlanan proqram da tam həyata keçirilsin".

Qeyd edək ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"da mülkiyyət formasından asılı olmayaraq ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və qəbulun yalnız dövlət sifarişli ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizmlərinin hazırlanmasının nəzərdə tutulduğunu deyib.

Xəbərlər     Baxılıb: 2127   Tarix: 22 dekabr 2016
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər səhər bir ovuc badam yeməyin faydaları

Badamın sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də hər səhər bir ovuc badam yesəniz. -ə istinadən bildirir ki, səhərləri ac qarına yeyilən badamın orqanixmə verdiyi inanılmaz faydaları təqdim edir:. Pəhriz saxlayand

.

Mixəyin faydaları nələrdir?

Mixəyin bir çox faydası olduğu məlumdur. Daha çox ağız qoxusunu aradan qaldırmaq üçün istifadə olunsa da, mixək həzmi asanlaşdırmaqdan mədə ağrılarını aradan qaldırmağa qədər bir çox işdə təsirlidir. Həm bütöv, həm də to

.

Çayın xərçəngə səbəb olduğu sübut olundu

Çin alimləri çayla xərçəng xəstəliyi arasında əlaqəni sübut edən çoxillik araşdırmalarına yekun vurublar. " "a istinadən  xəbər verir ki, nəticələr qara çayın siqaret qədər ağciyər xərçənginə səbəb olduğunu sübu

.

Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə öldü

Niderlandın paytaxtı Amsterdamda il yarım ərzində koronavirusun 50 mutasiyasını keçirən yaşlı xəstə (kişi) ölüb. report-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Bildirilir ki, kişi 2022-ci ili

.

Kişilərdə belin ölçüsü 100 sm-ə çatdısa cinsi zəiflik başlayır - DİQQƏT

Kişilərdə cinsi istəksizlik və zəifliyin səbəblərindən biri fiziki aktivsizlik, stress hormonunun qanda çox olması və qan qatılığıdır. -a istinadən xəbər verir ki, uroloq Andrey Smernitskiy dərmansız bu problemlərdən çıxı

.

Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

Kartof kulinariya ənənəmizdə o qədər məşhur və axtarılan məhsuldur ki, onlarsız pəhriz təsəvvür etmək demək olar ki, mümkün deyil.   -a istinadən bildirir ki, lakin artıq çəki ilə mübarizə prosesində, karttofdan imtina etməlisiniz. 

.

Çiyələk bu xəstəliyin qarşısını alır

Çiyələk sağlam ağıl və güclü yaddaşı qorumağa kömək edir. "Unikal"a istinadən xəbər verir ki, bu barədə Cincinnati Universitetinin Akademik Sağlamlıq Mərkəzinin alimləri araşdırma aparıblar. . Bağırsaq üçün ƏN FAYDAL

.

15 gündə qarın piyini əridən İÇKİ

Yaz aylarında bir çox insan qarın piylərindən xilas olmağa çalışır. Qarın piyi hətta normal çəkidə olan insanlarda belə yarana bilir. Bu piylərdən qısa müddətdə xilas olmaq elə də asan deyil. Ona görə də idman və sağlam qidalanm

.

Duzu azaldın və nəticəni görün

Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. Yeməkləri uzun müddət saxlamaq üçün də istifadə oluna bilər və bu baxımdan mətbəxlər üçün əvəzolunmazdır. -a istinadən xəbər verir ki, Harvard Universitetini

turlar.az

sonxeber.az hamilelikde qidalanma gozel gorunmek sade makiyaj sekilleri intim münasibətləri aşıq elm biliye aid atalar sözləri pəhriz kosmetika novruza aid hakisdalar hakıştalar kondom rus dilin nece orenek hekaye janri