Ögey atası döydü, qız evdən qaçdı - VİDEO

Ögey atası döydü, qız evdən qaçdı - VİDEOÖgey atası tərəfindən döyülən qız evdən qaçıb.

Paytaxtın Binəqədi rayonunda yaşayış binalarından birinin qarşısında yerdə uzanmış vəziyyətdə yeniyetmə qız aşkarlanıb.

ANS TV-nin məlumatına görə, Biləcəri qəsəbəsində yaşadığı binanın girişində yerdə uzanan qızı görən Elçin Qarayev adlı sakin ona yardım etməyə çalışıb. Qıza bir neçə sual verdikdən sonra onun evdən qaçdığını öyrənib və ANS-in qaynar xətti ilə əlaqə saxlayıb.

Paytaxt sakini Elçin Qarayev qızın binanın qarşısındakı oturacaqda əşyaları ilə birgə əyləşdiyini və gecəni də elə burada keçirmək fikrində olduğunu bildirib.

Məlum olub ki, binanın girişində gecələyən qız 14 yaşlı şərti adı Rəhimova Xatun Məzahir qızıdır. O paytaxta Bərdə rayonundan gəlib. Daha doğrusu qaçıb. Dediyinə görə, evdən qaçmasının səbəbi atalığı ilə yola getməməyidir. Doğma atası ilə anası hələ uşaq ikən ayrılıblar. Ailədə 2 bacı olublar. Məhkəmənin qərar ilə kiçik bacısı hal-hazırda Kürdəmirdə yaşayan atasının, Xatun isə anasının himayəsində qalıb. 5 il əvvəl anası Şahnaz Qazıyeva özündən 20 yaş böyük 50 yaşlı İntizam adlı şəxlə tanış olub. Elə o vaxtdan da Xatunun pis günləri başlayıb. Deyir, atalığı hər onu görəndə deyir ki, səni görəndə elə bil başıma qaynar su tökürlər. Sanki, sənin atanı görürəm evimdə.

Onunla söhbət zamanı bədəninin müxtəlif nayihələrində bir neçə xəsarət izlərini göstərdi. Dediyinə görə, daha evə qayıtmaq fikri yoxdur. Hər şeydən ötrü döyülmək, söyülmək istəmir. Düzdür, 2 yaşlı ögey bacısını çox istəsə də, anasının laqeyd münasibəti və atalığının kobudluğu onu təngə gətirib. Hansısa uşaq evinə və ya internata yerləşdirilməyini istəyir.

Məsələ ilə bağlı Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə ilə əlaqə saxladıq. O bildirdi ki, Xatunu müvəqqəti olaraq sığınacağa yerləşdirmək olar. Hadisələrin sonrakı gedişatı isə araşdırmalardan sonra məlum olacaq.

Ailə və Uşaq   Baxılıb: 457   Tarix: 07 oktyabr 2015  
f Paylaş

DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti