"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO

"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO... "Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..."

Aprel şəhidi Əbdülməcid Axundovun anası ilə görüşümüzdə bu sözləri mənə deyir. Qarşılaşdığım mənzərədən çox məyusam. Nədən şəhidə həsr olunmuş filmin təqdimatı üçün məkan tapılmasın? Yəni bu qədər qansız olmuşuq? Sözün düzü ananın ağ saçlarını görəndə özüm də utandım. Ancaq son zamanlar gördüklərim xəyallarımı dağıtdı. Qərara aldım ki, 23 yaşında oğlunu Vətən üçün qurban verən bu anaya dəstək olmalıyıq. Filmin keçirilməsi üçün məkanın axtarışına çıxdım.

Burada da kimin kim olduğunu bir daha tanıdım. Şəhidin filmini yayımlamaq üçün 700 manat pul istəyən də oldu, "bu şəhid bizim universitetin şəhidi deyil, yayımlaya bilmərik", deyib boyun qaçıranlar da. Biri bir qədər insaflı çıxıb kiçik zalı filmin keçirilməsi üçün məkan kimi təklif etdi.

Bu münasibəti göstərən muzey, universitet, teatr rəhbərlərinə sözüm yoxdur. Bu gün mənim sözüm və minnətdarlığım qeyrətli insanlara olacaq.

Uzun axtarışlardan sonra şəhid anası Ceyran xanımın müraciətinə Bakı şəhərində yerləşən 6 saylı orta məktəbin direktoru Gülşən xanımdan "Hə" cavabı gəldi. Özü də heç bir təmənna ummadan. Dostların, vətəni sevən insanların, gənclərin dəstəyi ilə şəhidə həsr olunmuş "Ölsəm... yaşat" sənədli filminin təqdimatı üçün məkandayıq. Hava da qışa ayı olmasına baxmayaraq mülayimdir. Filmin rejissoru və ssenari müəllifi Nigar İsmayılqızı hamıdan tez tədbir keçiriləcək məkana gəlib. Özü də çox həyəcanlıdır. Sözdə "şəhidi sevirik" deyənlərdən fərqli olaraq bu xanım əməli ilə şəhidini sevdiyini, hörmət bəslədiyini sübut edib. Bunun üçün də gözümüzdə ucalan bir xanımdır.

Onlar səhnə arxasında hazırlıq işləri apardıqları zaman məkana ehtiyatla olan zabitimiz, baş-leytenant Kamil Musəvinin gəlişi bayaqdan pozulan əhvalımda yüksəliş yardır. Vətən üçün bir ayağını və gözünü qurban verən bir hərbçi Bakıdan xeyli uzaqda yerləşən Qazaxdan buraya gəlməyə imkan tapmışdı. O zədəli ayağı ilə 6-cı mərtəbəyə də qalxmışdı. Çünki şəhidin kim olduğunu yaxşı bilirdi. Kamil Musəvidən fərqli olaraq xarici görünüşcə tam sağlam olanlar, ancaq daxilən xəstə insanları bu tədbirdə heç görmədim. "Şəhidlər ölməz", "Ana, biz hamımız Məcidik", deyib özlərini feysbukda doğrayanlar da heç gözümə dəymədi.

Mən ancaq vətəni sözün əsl mənasında sevən və müəyyən mənada vətənə borclarını ödəməyə çalışan insanları gördüm. O insanların sırasında Qarabağın Həcəri kimi tanıdığımız baş-leytenant Səbirə Mahmudova (red- kiçik qız nəvəsini də qəhrəmanla tanışlığa gətirmişdi), Qarabağ müharibəsinin döyüşçüləri Mahir Rzayev, Kəmalə Əliyeva, şəhid polkovnik Vüqar Yusifovun qaynı Kənan Əliyev, bloqqer Tofiq Şahmuradov, sevilən ifaçı Gülüstan Əliyeva, telejurnalist Telli Pənahqızı, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov və başqaları ilə eyni tədbirdə dəyərli millət vəkilimiz Qənirə xanım Paşayeva da iştirak edirdi.

O Qənirə Paşayevakı Azərbaycanın haqq səsini Türkiyədən tutmuş, Amerikaya qədər çatdıran bir millət vəkili. Və ən əsası xalqın içərisindən seçilən sadə bir xanım. Elə çıxışı da özü kimi sadə və gözəl səslənirdi:

" Ceyran Ana, siz başınızı dik tutun. Mənim anamdan da xoşbəxt qadınsınız. Çünki Əbdülməcid kimi qəhrəman oğulu dünyaya gətirmisiniz."
Bu sözlər hörmətli millət vəklimizin çıxışından bir hissədir. Yəqin şəhid anasına verilən dəyəri arif insanlar həmin dəqiqə başa düşərlər. Hər zaman hörmətim yüksək olan xanım deputat bu addımı ilə gözümdə bir qədər də yüksəldi...

Tədbirin texniki hissəsinin təşkili üçün sözün əsl mənasında can qoyanları da unutmaq olmaz. Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin direktoru Samir Şəfiyevə, tədbirin aparıcısı Sumqayıt Dram Teatrının aktyoru Əməkdar artist Cəlal Məmmədova, ifaları ilə hamını təsirləndirən musiqiçilərimizə - Mirələm Mirələmova, Hüseyn Məlikova, Ramil bəyə xüsusi minnətdarlıq düşür.

Artıq işıqlar sönüb. Böyük ekranda rejissoru Nigar İsmayılqızı olan, aprel şəhidi Əbdülməcid Axundova həsr olunmuş "Ölsəm...Yaşat" filmi yayıma başlayır. Salon susub. Bircə danışan insanların göz yaşlarıdır. Buyurun, sizlər də şəhidimizin qəhrəmanlıq yolunu əks etdirən filmi izləyin. Və sonda hər birinizə müraciətim var. Vətəni və şəhidləri sözdə yox, əməldə sevək! femida.az

"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO"Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ..." - Şəhid Əbdülməcidin anası - VİDEO

Gözəllik və Moda     Baxılıb: 3175   Tarix: 29 noyabr 2016
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

70-ci illərin məşhur saç modeli YENİDƏN DƏBDƏ

70-ci illərdə trenddə olan saç kəsimləri bu il yenidən dəbə minib. Bu barədə "Glamour" jurnalında məlumat dərc olunub. Söhbət qarışıq, qısa və qıvrımlı saçlardan gedir. Bu saç kəsimi moda dünyasında yenidən aktuallaşıb

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

turlar.az

sonxeber.az gözəllik məhsulları aksessuarlar hamilelikde qidalanma gilasın faydası lasyon hazirlanmasi balqabaq yagi dərslər kosmetika video burclerin uygunlugu faydalı məsləhətlər sanama vətən