Ölkədən qaçan Elnur Nağızadə Məleykə Abbaszadə haqda dəhşətli faktlar açıqlayacaq: "Pulu tək yeməmişəm"

Ölkədən qaçan Elnur Nağızadə Məleykə Abbaszadə haqda dəhşətli faktlar açıqlayacaq: "Pulu tək yeməmişəm"Ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək, külli miqdarda vəsaitini ələ keçirdiyinə görə barəsində cinayət işi başlanan keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xaricdə gizlənən sabiq mətbuat katibi Elnur Nağızadə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə hədə ismarıcı göndərib.

Xanim.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Dövlət İmtahan Mərkəzindəki mənbələrdən məlumat daxil olub. Qaynağın məlumatına görə, Elnur Nağızadə ali məktəblərə qəbul adı ilə aldığı pulları təkbaşına mənimsəmədiyini iddia edib.

Qeyd edək ki, ölkə gündəmində böyük rezonansa səbəb olan bu olaydan sonra keçmiş TQDK rəhbərliyi Nağızadəyə bir müddət səbr etməyi tövsiyyə etsə də ancaq nəticə vəd edildiyi kimi olmayıb. Artıq xaricdə gizlənməyin çətinliklərini yaşayan sabiq mətbuat katibinin Məleykə Abbaszadəni ultimatumla hədələdiyi deyilir.

O, barəsində cinayət işinin ləğv olunması və təhlükəsiz şəkildə ölkəyə dönüşünün təmin olunmasını tələb edir. Əks təqdirdə, tələbə qəbulunda baş verən rüşvət faktlarının üstünü açacağını bəyan edib.

Məlumatda qeyd olunur ki, Elnur Nağızadənin açıqlayacağı faktlar arasında yüksək vəzifəli məmurların övladlarının hansı qiymətlərə və neçə balla ali məktəblərə qəbulu ilə bağlı məqamlar da var.

Qaynaq Elnur Nağızadənin ona hər zaman etimad göstərən rəhbərinə qarşı çıxmasının bir səbəbini də artıq DİM sədrinin hakimiyyətdəki mövqelərinin zəifləməsi ilə əlaqələndirib. Belə ki, Prezident Admnistrasiyası Humanitar məsələlər şöbəsinin sabiq sədri Fatma Abdullazadənin "vurulmasından" sonra DİM sədri himayəsiz qalıb.

Məleykə Abbaszadənin onu ölkəyə problemsiz gətirəcəyinə dair ümidləri ölən Elnur Nağızadə isə artıq reallığı dərk etdiyindən çıxış yolunu sabiq şefini ifşa etməkdə görür.

Odur ki, keçmiş TQDK-da baş verənlərlə bağlı sensasion açıqlamarı gözləyin…

Xəbərlər     Baxılıb: 3206   Tarix: 26 iyul 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səhər, nahar və şam yeməyini nə vaxt yeməlisiniz?

Həyatın müasir ritmi həmişə qida qəbuluna, xüsusilə səhər yeməyinə lazımi diqqət yetirməyə imkan vermir. Bir çoxumuz səhər yeməyini atlayırıq və ya yolda yeyirik. Ancaq bu yanaşmanın sağlamlığımız və çəkimiz üçün mənfi nəticələr

.

Baş gicəllənməsinə bunlar səbəb olur

Baş gicəllənməsinə 83 müxtəlif vəziyyət səbəb ola bilər ki, bunların da əksəriyyəti qulaq xəstəlikləri ilə bağlıdır. Unikal-a istinadən xəbər verir ki, bu barədə rusiyalı otonevropatoloq Viktor Voronov deyib. Həkimin sözlərin

.

Pişiyin xəstə olduğunu necə başa düşmək olar? - Burnuna toxunmayın

Bir çox pişik sahibləri ev heyvanlarının quru və isti burnundan narahatdırlar. Əslində, bu, şübhəli bir əlamətdir, çünki heyvanlar yuxuda olduqda, burunları tez-tez quruyur. Bundan əlavə, evdə rütubətin səviyyəsini nəzər

.

Kimlərə portağal yemək olmaz?

Portağal son dərəcə sağlam qidadır, lakin bəzi insanlar bu meyvəni yeməməlidir. -a istinadən xəbər verir ki, endokrinoloq Elena Syuraşkinanın fikrincə, mədə və bağırsaq xəstəlikləri olan şəxslər portağal istehlak etməməlidir

.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. -a istinadən xəbər verir ki, geniş araşdırma zamanı mütəxəssislə

.

Yaşıl bananın faydaları nələrdir?

Bananın hər növünün fərqli dadı var. Yetişməmiş, yaşıl banan lif baxımından daha zəngindir. Xüsusilə şəkər xəstələri üçün yaşıl banan daha faydalı hesab olunur.   -a istinadən yaşıl bananın bilinməyən faydalarını təqdim edir:

.

Bir çox xəstəliyin dərmanı olan ananasın İNANILMAZ FAYDALARI

Cənubi Amerikanın isti iqlimində yetişən, şirniyyatlara gözəl bir alternativ olan ananasın faydaları saymaqla bitmir. Ananas çox zəngin kimyəvi tərkibə malikdir. A, PP, C , B qrupu vitaminlər, bir çox vacib minerallar kalium

.

Dişlər üçün çox zərərli olan 7 QİDA

Mütəxəssislər ağız və diş baxımının əhəmiyyətinə diqqət çəkir, ortaya çıxan problemlərin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ağız və diş sağlamlığını pozan diş çürükləri, diş əti xəstəlikləri geniş yayılıb. Qidalanm

.

Hansı çay COVID-19-un qarşısını alır?

Corciya Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, süd və şəkərsiz çay tüpürcəkdə SARS-CoV-2-ni təsirsiz hala sala bilər ki, bu da virusun aşağı tənəffüs sisteminə daxil olmasına qismən mane olur. Bəşəriyyət üçü

turlar.az

sonxeber.az geyim şəkilləri toy makiyaji sekilleri geymler 2024 valideyne aid statuslar tort reseptleri gün vurmanın əlamətləri sengulum nagili kosmetika seksual namiq qaraçuxurlu atalar sozu sekis oyunlar