Ölkəmizdə evlənmək istəyənlərdə dəhşətli xəstəliklər tapıldı

Ölkəmizdə evlənmək istəyənlərdə dəhşətli xəstəliklər tapıldı"Azərbaycanda nikaha daxil olmaq istəyən daha 34 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb". Bunu Aile.lent.az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Z. Əlimirzəyeva bildirib ki, QİÇS aşkarlananların mütləq əksəriyyəti oğlandır.

Onların hər birinə fərdi şəkildə bu xəstəliyin aşkarlandığı barədə məlumat verilib və həmin şəxslər haqqında məlumat SPİD Mərkəzinə göndərilib: "Nikaha daxil olmaq istəyən və QİÇS aşkarlanan şəxslərin bu məlumatı ailə qurmağa hazırlaşdığı şəxsdən gizlədəcəyi inanılmazdır. Çünki onların mütləq əksəriyyəti analizin nəticələrini almağa birlikdə gəlir. Bundan əlavə QİCS xəstəliyinin olduğunu bilib bu xəstəliyi başqasına yoluxdurmaq cinayət məsuliyyəti yaradır".
İnstitut direktoru onu da qeyd edib ki, tibbi müayinəyə başlayandan sentyabr ayının sonunadək "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası"na uyğun olaraq, tibbi müayinə üçün 52 min nəfər müraciət edib.

Onlardan 3730 nəfərində talassemiyanın daşıyıcılığı aşkarlanıb: "3730 nəfər arasında talassemiya daşıyıcıları olsa da, onlardan yalnız 30 nəfərin hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Nikaha daxil olmaq istəyənlərdən birinin talassemiya daşıyıcısı olması gələcəkdə doğulacaq uşaq üçün təhlükə yaratmır.
Yəni, əgər cütlüyün birində talassemiya aşkar olunursa, onların ailə qurması üçün heç bir problem olmur. Ona görə də biz talassemiya aşkarlanan hər iki cütlüyün statistikasını açıqlayırıq. İndiyədək aparılmış müayinələr zamanı 30 cütlüyün hər ikisinin talassemiya xəstəliyinin daşıyıcısı olduğu üzə çıxıb. 137 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb".

Respublika QİCS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli isə Aile.lent.az-a açıqlamasında bildirib ki, nikahı rəsmiləşdirmək üçün tibbi müayinədən keçən zaman QİÇS xəstəliyi aşkarlanan 34 nəfərdən 3-ü artıq qeyri-rəsmi ailəlidir:

"Tibbi müayinə üçün müraciət edən 52 min nəfərdən 34-də QİÇS müayinəsinin müsbət çıxdığına dair bizim mərkəzə məlumat daxil olub. Dərhal həmin şəxslərlə telefon əlaqəsi yaradılaraq, təkrar müayinəyə cəlb ediliblər. Onlardan 4 nəfəri təkrar müayinə üçün gəlməyib. Yerdə qalanlarda isə bu xəstəliyin olduğu təsdiqlənib. Qeyd edim ki, onlardan 6 cütlüyün qeyri-rəsmi ailəli olduğu üzə çıxıb. Ümumiyyətlə, QİÇS aşkarlanan gənclərin çoxunun Rusiyada işlədiyi üzə çıxıb".

A.Nəzərli bildirib ki, nikaha görə tibbi müayinə zamanı QİÇS virusuna yoluxduğu bəlli olanlar 1984-1990-cı il təvəllüdlü şəxslərdir. Şöbə müdiri QİÇS virusu aşkarlanan 34 nəfərdən 7-nin qadın olduğunu söyləyib. Onun sözlərinə görə, həmin 34 nəfərdən ikisi - bir cütlük Respublika QİCS-lə Mübarizə Mərkəzində müalicə alan şəxslərdir: "Onlar Mərkəzdə 2014-cü ildən qeydiyyatdadırlar. Uşaqları sağlam doğulub. Uşağın sənədlərini almaq üçün tibbi müayinədən keçiblər".

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiqi ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Xəbərlər     Baxılıb: 2070   Tarix: 06 oktyabr 2015
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu asılılıq uşaqlarda ruhi xəstəliklərə səbəb olur

Aparılan araşdırmalar göstərib ki, smartfon, sosial media və video oyunlarına aludə olan uşaqlar həyatlarının daha sonrakı dövrlərində psixoloji problemlərlə üzləşirlər. -a istinadən xəbər verir ki, kanadalı alimlər uşaqlı

.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. -a istinadən xəbər verir ki, yazda ortaya çıxa

.

Bu qidaları uşaqlarınıza verməyin - Qızlarda sinə vaxtından tez böyüyür, oğlanlarda isə

Erkən yetkinliyin sürətlə artmasının səbəblərini öyrənmək üçün mütəxəssislər tərəfindən geniş araşdırmalar aparılıb. -a istinadla bildirir ki, araşdırmaların nəticəsinə görə, xüsusilə gənclər tərəfindən çox yeyilən qidaları

.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır.   -a istinadən bildirir ki, xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazda

.

Qastrit bu səbəbdən baş verir

Qastrit fəstfud və quru qidaya olan sevgidən yaranmır. Mədə qişasında iltihablı dəyişikliklərin səbəbləri bakteriya, alkoqoldan sui-istifadə və müəyyən xəstəliklər ola bilər. -a istinadən xəbər verir ki, bu barədə qastroenterolo

.

Qan durulducu dərmanlardan istifadə edənlərə XƏBƏRDARLIQ – Ölüm riski yaradır

Bu gün çoxları həkim məsləhəti və resept olmadan apteklərdən müxtəlif dərmanlar alıb istifadə edirlər. Həkim rəyi olmayan dərmanların qəbulu də çox zaman ciddi fəsadlara səbəb olur. Vətəndaşların reseptsiz aldıqları dərmanla

.

Bu balıq növü xərçəngə səbəb olur

Mütəxəssislər xərçəngə səbəb olan ən təhlükəli balıq növünü açıqlayıblar. -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, həftədə ən azı iki dəfə pəhrizinizə balıq daxil etmək lazımdır. . Balıq sağlamlığı qorumaq üçü

.

Mütəxəssisdən çörək, makaron və kartofla əlaqədar MARAQLI TÖVSİYƏ

Adətən insanlar pəhrizdə çörək, makaron, kartof və bir çox digər bu kimi qidaları məhdudlaşdırmağa öyrəşiblər. Əslində bu qidalar ziyanlı deyil, onları yemək tərzi səhvdir. -a istinadən bildirir ki, bu barədə tanınmış rusiyal

.

İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var

Çox vaxt insanlar məsuliyyətlə işi seçir və uzun illər orada qalırlar. Amma bir qrup insan var ki, fəaliyyət sahələrini aktiv şəkildə dəyişirlər. Belə qeyri-sabitliyin səbəbi nə ola bilər?.   -a istinadən bunun səbəblərin

turlar.az

sonxeber.az qadin sayti geyim seçimi qadin dunyasi gavalı salatı parfümeriya 2024 qis modasi donlar 2024 kosmetika vetene aid bayatilar cinsi əlaqə mikayıl abdullayev itburnu usaq seirleri