Ölkəmizin kosmetika bazarında vəziyyət necədir?

Ölkəmizin kosmetika bazarında vəziyyət necədir?Yadınızdadırsa, ötən il Gürcüstanda satılan kosmetik məhsullarda təhlükəli maddə – formaldehid aşkarlanmışdı. Həmin vaxxt Fransanın laboratoriyalarından birində yoxlanan bu vasitələr arasında  "Garnier"dən qırışlara qarşı krem, "Olivia" firmasından dırnaq boyası, "Amalfy" firmasının kəpəyə qarşı şampunu, "CLARİROL" saç boyası, "MAT" şirkətindən dodaq boyası, "MaxFactor" firmasından tuş, "Sunsilk" saç kondinsioneri, "Clear" şampunu və "Prestige" saç boyaları var idi.
Şübhəsiz,  bu araşdırma ölkədə istehlak məhsullarına dövlət nəzarətinin həyata keçirilməsinin təsdiqi idi.
Bəs Azərbaycan kosmetika bazarında vəziyyət necədir?
Azərbaycan parfümeriya bazarının araşdırılması ilə bağlı Azad İstehlakçılar Birliyinin  sədri Eyyüb Hüseynov bildirir ki, ölkənin parfümeriya bazarında külli miqdarda saxta, qaçaqmal yolu ilə gətirilən kosmetika malları var.
Ölkəmizin kosmetika bazarında vəziyyət necədir?"Qaçaqmal yolu ilə gətirilən, tərkibi yoxlanılmayan məhsullar təhlükəlidir.  E.Hüseynov bildirib ki, saxta kosmetik vasitələr dəriyə və sağlamlığa böyük zərər vurur. Saxta malları qiymət fərqi ilə fərqləndirmək mümkündür: "Hətta vəziyyət o yerə çatıb ki, mağaza sahibləri özləri alıcılardan saxta və ya orijinal məhsul istədiyini soruşur. Bu məhsullar dəri ilə təməsada olduğu üçün dəri xərçənginə və mədə-bağırsaq problemlərinə yol aça bilər", – deyə birlik sədri əlavə edib.
Azərbaycanda kosmetik vasitələrin tərkibini yoxlayan mükəmməl labaratoriya olmadığını deyən E. Hüseynov əlavə edir ki, bu məhsulların tərkibi yoxlanılmadığı üçün böyük mağazalara da yol aça bilər: "Kosmetik vasitələr dəyişdirilməyən və qaytarılmayan məhsullar siyahısındadır. Biz istərdik ki, bu vasitələr həmin siyahıdan çıxarılsın".
Ölkəmizin kosmetika bazarında vəziyyət necədir?Kosmetoloq Diana Əliyevanın sözlərinə görə, saxta kosmetikanı orijinal kosmetikdan ayırmaq o qədər də asan deyil: "Bizim düşüncəmizdə var ki, bu firma brenddir, bunun saxta, keyfiyyətsiz məhsulu ola bilməz. Ancaq reallıq budur ki, biz sadəcə firmaların adına aldanırıq. O ki qaldı saxta məhsulların verdiyi zərərə, təbii ki, tərkibində zərərli maddələr olan bütün kosmetik vasitələr dəri xəstəliklərinə, vaxtından əvvəl qocalmaya səbəb ola bilər. Saxta dırnaq boyaları dırnaqların sıradan çıxması ilə nəticələnə bilər. Tərkibi bəlli olmayan pomadalar ağır mədə-bağırsaq probleminə də yol aça bilər".
Kosmetoloq istehlakçılara kosmetik vasitələrdən az istifadə etməyi məsləhət görür: "Keyfiyyətini bilmədiyiniz məhsulu istifadə etmək bilərəkdən dəriyə zərər vermək deməkdir".
Xatırladaq ki, formaldehid üzvi bir birləşmədir, suda, spirtdə asanlıqla həll olunan rəngsiz qazdır. Maddə selikli qişaya və dəriyə zərərlidir. Qıcıqlanma, qaşınma, səpki yaradır. Bu maddə kanserogenlər siyahısına daxil edilib, buna görə də bu maddə ilə daim təmasda xərçəng ehtimalı kəskin artır.

Gözəllik və Moda     Baxılıb: 2246   Tarix: 05 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

Koreyalı qadınların 4 cavanlıq sirri

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınlar

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

turlar.az

sonxeber.az kosmetik vasiteler geyim və ayaqqabılar donlar 2024 gənc qızlar üçün saç düzümləri geyim qaydaları qonaq otaqi dizayni pnevmoniya xesteliyi kosmetika kondom nedir intim nizami gencevi vətənə aid qurd ve quzu