"Ölümdən son anda qaytardılar" – Evdə doğuşun fəsadları – VİDEO

"Ölümdən son anda qaytardılar" – Evdə doğuşun fəsadları – VİDEOEvdə doğuş aparan həkim və mamaçalar cəzalandırılır.

21 əsrdə yaşasaq da, çox təəəssüf ki, hələ də evdə doğuş hallarına rast gəlinir. Bu da çox vaxt acı sonluq, hətta ölümlə də nəticələnə bilir. Bir müddət əvvəl Bakıda evdə dünyaya gətirilən körpənin ölümü kimi. Ev doğuşları ananın sağlamlığında bir çox fəsadlar yaradır ki, bu da sonradan daha ciddi problemlərə yol açır.

ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

İllər əvvəl evdə uşaq dünyaya gətirmiş bir ana hələ də bunun əziyyətini çəkdiyini bildirib:
"Siz mənim ən yaralı yerimə toxunmusunuz. Oğlum evdə doğulub. Neçə ildir ki, məhz bundan sonra xəstəyəm. Elə bil ölümdən son anda qaytardılar. Uşağı da, özümü də. Gənc analara və ana olmaq istəyənlərə məsləhət görərdim ki, heç vaxt buna yol verməsinlər. Qətiyyən".

15-20 il əvvəllərədək evdə doğuş hallarını tez-tez eşidirdik. Amma indiki sürətli inkişaf dövründə belə hallar yenə də baş verirsə, ağzımız açıq, gözümüz bərələ qalır. Qısası, artıq ifadə etməyə söz tapa bilmirik. Ölkəmizdə ən müasir tələblərə cavab verən doğum evləri fəaliyyət göstərirsə, perinatal mərkəzlər açılırsa hələ də ev doğuşları görəsən niyə baş verir. Niyə ananın və körpənin həyati riskə atılır?

Mama-ginekoloq Sədaqət Qədimova bununla bağlı açıqlama verərkən, bu cür hallarda diqqətli olmağın əsas amil olduğunu vurğulayıb:
"Doğuşun idarə olunmasında ən vacib ixtisas sahibi anadır. Amma evdə olanda qoca nənələr tərfindən yəni heç bir iztisası olmayan, heş bir savadı olmayan adamlar tərəfindən tutularsa bu doğuş travmasının artmasına səbəb olur. Həm də ananın özünün travmasına, uşaqlıq yolunda travmalar cırıqlar əmələ gəlməsinə səbəb olur".

Belə hallar baş verdikdə isə çox vaxt ananı xilas etmək mümkün olmur.

Mama-ginekoloq Sədaqət Qədimova: "Bəzən olur ki evdə arxayın olur valideynlər, qoca nənələr deyir ki, evdə tutarıq doğuşu. İndi bir dəfə yaxşı oldu, növbəti dəfə heç kəs qarantiya vermir ki, doğuş normal keçəcək. 5 il öncə daha çox olurdu. 100 xəstədən 2-3 evdə doğurdusa, hazırda demək olar ki, tamamilə azalıb".

Əslində elə sakinlərin özləri də ev doğuşlarına qarşıdır. Fəsadların baş verə biləcəyini dərk etdikləri halda, hələ də tək-tük də olsa, evdə uşaq dünyaya gətirilir, təsadüfi adamlara bu cür ölüm-qalım məsələləri etibar edilir. Evdə doğuş hallarına meyl edənlərin söykək yeri isə budur ki, əvvəllər analar evdə doğurdu, nə təhlükə olurdu, nə də ölüm-itim.

Mama-ginekoloq Sədaqət Qədimova: "O zaman doğum evləri yox idi. Amma problemlər olurdu, kimsə statistikasını aparmırdı axı. Doğuşdan sonra qadın ölürdü. Deyirdilər ki, hal apardı. Bu nənələrin sözü idi qanaxma olurdu, özündən gedirdi, ölürdü".

Hazırda isə nəinki evdə doğuşlara, hətta bəzi xəstəxanalarda ilk doğuşlara belə icazə verilmir.

Mama-ginekoloq Sədaqət Qədimova: "Xüsusilə kənd yerində birinci doğuşların hətta oranın xəstəxanasında doğulmasına icazə verilmir. Təkrar doğuşlara icazə verilir. Qaldı ki evdə doğmağa, heç bir qadına məsləhət bilməzdim. Bu ananın həyatını təhlükəyə atmasıdır".

Qanunvericiliyə əsasən, evdə doğuş aparan həkim və ya mamaçalar aşkarlandıqda cəzalandırılır, diplomları əlindən alınır, əgər hansısa dövlət və ya özəl strukturda çalışırlarsa, işdən azad olunurlar.

Evdə doğuşların baş verməsini ucuz başa gəlməsi ilə əsaslandıranların bir daha diqqətinə çatdırmaq istəyirik ki, hazırda ölkəmizdə doğuşa yardım pulsuzdur. Dövlət xəstəxanalarında hamilə qadınların doğuş həyata keçirməsi üçün həm şərait var, həm lazımi dərmanlar və ləvazimatlar. Bu, dövlət tərəfindən pulsuz təmin olunur.

Maraqlı     Baxılıb: 2311   Tarix: 24 aprel 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

Günəşin səthində "sürünən ilan" təsviri lentə alındı - VİDEO

Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın buraxdığı Solar Orbiter cihazı Günəş səthində yeni görüntülər lentə alıb. "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüntülərdə "ilan"ın ulduzun səthində "sürünməsi"

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Prezident təqaüdünə layiq görülən tələbələr - ADLAR

Prezident İlham Əliyevin "2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, bu təqaüdə layiq görülən 102 nəfə

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildi

Bu gün AMEA-da prezident seçkiləri keçirilib. xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib. Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevi

.

Bağça müdiri olmaq istəyənlər üçün imtahan keçirilir

Bu gün məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrin

turlar.az

sonxeber.az geymler 2024 qadin sayti həkim məsləhəti yanıltmacalar aybasi qani ile cadu parfümeriya qis salatlarinin hazirlanmasi kosmetika laylalar gözellik kahfe falı azerbaycanli is adami amerikada gullelendi xərçəng bürcü