Onkoloji xəstələrin kimya və şüa terapiyaları aldıqları dövrdə oruc tutmaları tövsiyə olunmur

Onkoloji xəstələrin kimya və şüa terapiyaları aldıqları dövrdə oruc tutmaları tövsiyə olunmurOn bir ayın Sultanı hesab edilən Ramazan ayı hər zaman xoş ab-havası ilə seçilir, öz dəyərləri ilə bəzi xəstəliklərdən əziyyət çəkənlər üçün mənəvi güc dövrü sayılır. İnanclıların mübarək ay qəbul etdikləri Ramazan ayı həm də meditasiya aparmaq üçün ideal dövrdür. Lakin onkoloji xəstəlikləri olanlar oruc tutmaqla bağlı məsələlərdə daha diqqətli olmalıdırlar.
Milli.Az bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, mamoloq-radioloq, Şüa diaqnostika və şüa terapiyası kafedrasının assistenti Günel Qəmbərova bununla bağlı bəzi məqamları açıqlayıb.
G.Qəmbərovanın sözlərinə görə, onkoloji xəstələrin müalicəsi və sağalmasında su və qida qəbulunun qaydaları böyük əhəmiyyət kəsb edir. Ona görə də belə xəstələr oruc tutmaq qərarı verməzdən öncə həkimlə məsləhətləşməlidirlər: "Xəstəliyin aktiv dövründə - kimya və şüa terapiyaları alan dövrdə xəstələr daha diqqətli olmalıdırlar. Həmin dövrdə onlara oruc tutmaq qətiyyən məsləhət deyil. Bu, hətta böyük riskdir. Çünki belə müalicə zamanı ürəkbulanma, qusma, halsızlıq, diarreya və qəbizlik ola bilər. Belə bir durumda oruc tutmaq onların immun sistemini tam çökdürə bilər. Çünki bu dövrdə iştaha azalacaq, su-duz mübadiləsi tam pozulacaq. Halbuki aktiv dövrdə olan onkoloji xəstələr su və kalori rasionuna tam ehtiyacı olan pasiyentlərdir. Nəzərə alsaq ki, xəstələrin qəbul etdikləri dərmanlar qaraciyər və böyrəkdən xaric olur, onda su və qida qəbulunun onlar üçün nə qədər vacib olduğunu anlamaq mümkündür".
Radioloq qeyd edir ki, sahur yeməyi üçün rejimə uyğun olmayan vaxtda yuxudan durmaq, yuxu balansı ilə yanaşı, qida balansını da pozmaq immun sisteminə mənfi təsir edir.
"Artıq müalicə almış, reaksiya dövründə olan xəstələr də oruc tutmaq istəsələr, əvvəlcə həkimlə məsləhətləşməlidirlər. "Daha yaxşıyam, sağalmışam" deyib özbaşına, həkim məsləhəti olmadan oruc tutmaq olmaz. Onlar unutmasınlar ki, orqanizmi yenidən yükləmək, ac saxlamaq olmaz. Bu qərarı verəndə xəstəliyin lokalizasiyası, hansı mərhələdə olması çox önəmlidir. Həmin incəlikləri isə xəstələr özləri yox, onların həkimləri daha dəqiq bilirlər", - deyə mütəxəssis bildirib.
G.Qəmbərova həkim məsləhətinə etinasız yanaşmamağı, əvvəlcə sağlamlığa diqqət yetirməyi tövsiyə edir. Çünki həkimlər dinindən, irqindən, inancından asılı olmadan xəstələrin hamısına sağlam qalmaq üçün məsləhət verirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1123   Tarix: 29 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

turlar.az

sonxeber.az makiyaj etmek qaydalari kosmetik vasiteler qis geyimləri 2024 hakista sozleri dogum cantasinda ne olmalidir biznes qurmagin yollari süni qidalar kosmetika novruz bayramina aid hakistalar qaynana bakire hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz vətənə aid bayatı