Onların mövsümü çatdı: zəhərsizini necə seçək? - DİQQƏT

Onların mövsümü çatdı: zəhərsizini necə seçək? - DİQQƏTƏn çox sevilən meyvələrdən olan alçanın 30-dan çox sortu var. Yerli sortlardan yaz mələsi, göyçə, xanbəyi, şabranı və ağ alça geniş yayılıb. Meyvələri əsasən yumru formada olsa da, yastı-yumru və bir qədər oval şəklində olanları da var. Bir meyvənin çəkisi 2-6 qr təşkil edir, ləti çəyirdəyindən ayrılmır. Meyvələri sarı, qırmızı, çəhrayı, tünd bənövşəyi, yaşıl və ağ rəngdə olur. Həmçinin ölçüsünə, dadına, formasına və yetişmə müddətinə görə fərqlənir. Alçanın "göyçə sultan" adlanan sortu formasına və dadına görə digər sortlardan fərqlənir. Onun qabığı daha nazik, çəyirdəyi nisbətən balacadır və ağzı daha çox büzüşdürür.
Alçanın tərkibində şəkər, limon turşusu və müxtəlif pektinlər var. Meyvənin tərkibindəki mikroelementlər arasında ən çox kalsiuma, kaliuma və fosfora rast gəlinir. Tərkibində A, K, C vitaminləri üstünlük təşkil edir. Alça xüsusilə uşaqlar, yaşlılar və hamilə qadınlar üçün faydalıdır. Alça astma, revmatizm, xərçəng riskini azaldan meyvələr qrupuna aiddir. Yetişmiş alçanın şirəsinin güclü öskürək və vərəm xəstəliyi zamanı qəbul olunması məsləhətdir. İstehlak üçün ləkəsiz, zədəsiz, bərk və büzüşməmüş alçaların alınması tövsiyə edilir.
Respublikamızda tələbat çox olan giləmeyvələrdən sayılan çiyələk əksər bölgələrdə əkilib becərilir və yüksək məhsul əldə edilir. Meyvə mövsümü başlayanda ilk olaraq bu bitkinin meyvəsi yetişir. Çiyələyin tez yetişməsi, bol məhsul verməsi və bu sahənin çox gəlirli olması kənd təsərrüfatında böyük əhəmiyyət kəsb edir. Çiyələyin yetişmiş meyvələri parlaq-qırmızı rəngdə olub, forması yumurtaşəkilli-konusvaridir.
Yetişmə müddətinə görə çiyələk sortları tez, orta və gecyetişən olur. Gecyetişən sortlar digər sortlara nisbətən təxminən 2 həftə sonra istehlak üçün yararlı hesab edilir. İri meyvəli bağ çiyələyinin tez yetişən sortlarına Poşinskaya, Obilnaya, orta yetişənlərə Festifalnaya, Zenqana, gecyetişənlərə Poznaya Zaqorya, Traktorist və başqaları aiddir. İstifadəsinə görə sortlar çərəz (giləsi zərif, ətirli, şirin dadlı), süfrə (daha sıx konsistensiyalı dadlı gilələr-yemək və şirniyyat şirələri hazırlamaq, eləcə də süfrəyə təzə halda verilmək üçün) və texniki (giləsi sıx, lətli, turşaşirin dadlı, termiki işləməyə-sterilizə etməyə, yaxud dondurulmağa davamlı) kimi fərqləndirilir. Çiyələk ətri, dadı və görünüşü ilə cəlbedici olmaqla yanaşı, həm də çox faydalıdır.
Çiyələyin tərkibində şəkər, üzvi turşu, pektin maddələri və s. var. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B və K vitaminləri ilə zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir. Gün ərzində 7-8 ədəd çiyələk istehlak etmək günlük C vitamini normasını ödəyir. Bu meyvə istehlak olunarkən bəzi xüsusiyyətlər nəzərə alınmalıdır. Belə ki,  çiyələk torpaqda yetişdiyi üçün istehlak edilməmişdən əvvəl mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir. Həmçinin saplağı giləmeyvədən ayrılmalıdır.
Çiyələyin dadının acı olması və ağzı büzüşdürməsi məhsulun tam yetişməməsinin əlaməti sayıla bilər. Çiyələyin ölçüsünün iri olması çeşiddən asılıdır. İri çiyələklər ölkəmizə müxtəlif ölkələrdən idxal edilir. Qeyd edək ki, son dövrlərdə satışa çıxarılan iri, eyni zamanda fərqli forma və görünüşdə olan çiyələk çeşidlərinə iqlim şəraitinin təsiri də az deyil. Çiyələk alarkən qırmızı rəngli və ləkəsiz meyvələrə üstünlük verilməsi məsləhətdir. Asanlıqla xarab ola bilən yetişmiş çiyələklər bir neçə gün ərzində istehlak edilməlidir. Çiyələyi 1 həftə müddətində soyuducuda, 6 aya qədər isə dondurucuda saxlamaq mümkündür. Bu məhsulun həddindən artıq istehlakı insan orqanizmində allergik reaksiyalara səbəb ola bilər.
Ümumiyyətlə təbii və keyfiyyətli məhsul, o cümlədən çiyələk, alça, ərik və gilas seçmək və ya almaq üçün onların orqanoleptik xüsusiyyətlərinə, keyfiyyətinə, həmçinin qablaşdırılmasına, saxlama şəraitinə və temperaturuna diqqət etmək lazımdır.afsa.gov.az
Saglamolun.Az

Şou Biznes     Baxılıb: 727   Tarix: 11 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. -a istinadən xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarı

.

Dilan Polat həbsxanada intihara cəhd etdi

"Çirkli pulların yuyulması", "qanunsuz mərc oyun şəbəkəsinə üzv olmaq" kimi cinayətlərə görə həbsdə olan sosial media fenomeni Dilan Polatın həbsxanada intihara cəhd etdiyi məlum olub. . Türkiyə mediasın

.

Aktrisa ilk dəfə qızını paylaşdı

Bir müddət əvvəl qızı Asyanı qucağına alaraq ilk dəfə ana olmaq sevincini yaşayan məşhur aktrisa Qonca Vuslateri həyat yoldaşı Levent Yaşar və körpəsi ilə doğuşdan sonra xəstəxana otağında çəkdirdiyi fotoları pərəstişkarların

.

Alt paltarında mağazaları gəzdi - FOTOLAR

Dünyaca məşhur müğənni Doja Cat və Quram Qvasalia birlikdə görüntüləniblər.  . AZXEBER.OM xəbər verir ki, müğənni və onun layihələrinin direktoru Nyu Yorkda alış-veriş edərkən kameralara tuş gəlib. 28 yaşlı Doja Catin mağazalar

.

Qorxaq kişiləri sevməyin' - Günel etiraf etdi

"Adam dəqiq olmalıdır. Bir-birinizə açıq olun. İlk başlarda necədirsə, elə məsum qalsın".  . xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. "Kişi özünə inanmırsa, karmaya girməsin

.

Dilarə Kazımova "Summer Beach Festivalı'nda

Avroviziya təmsilçimiz Dilarə Kazımova Bakıda keçiriləcək "Summer Beach Festivalı"nda çıxış edəcək. . xəbər verir ki, pop ulduz iyulun 13-14-də səhnə alacaq. . Xəzərin sahilində Kazımova hit olan mahnıları və supe

.

Nyuşa boşandığını açıqladı

Rusiyalı müğənni Nyuşa yeddi illik evliliyindən sonra əri İqor Sivovdan boşandığını açıqlayıb. Rusiya məttbuatına əsasən xəbər verir ki, bu barədə o, ilk dəfə danışıb. "İqor və mən uzun müddətdir ki, birlikdə deyili

.

Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. xəbər verir ki, Elçin "Instagram"da xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digə

.

Rusiyalı müğənnidən toy edən oğluna bahalı hədiyyə

Bir müddət əvvəl oğlunu evləndirən rusiyalı müğənni Jasmin oğlu və gəlininə Sinqapurda tətil hədiyyə edib. Lakin o, bunun yeganə hədiyyə olmadığını bildirmişdi. xəbər verir ki, Jasmin bal ayı hədiyyəsindən əlavə oğluna Moskvad

turlar.az

sonxeber.az toy makiyaji sekilleri kosmetoloq geyim və ayaqqabılar tanışlıq saytları intim yaz yay 2024 döş əmən kişilər kosmetika baldiza aid masqalar tut ağacı tutdudu sac duzumleri dolça