Onlarla xəstəliyin müalicəsində istifadə edilən yağ barədə məlumatınız varmı?

Onlarla xəstəliyin müalicəsində istifadə edilən yağ barədə məlumatınız varmı?Bu yağdan apteklərdə ucuz qiymətə satılır, amma onun nələrə qadir olduğundan insanlar xəbərsizdilər.
Şam qozası yağı, onun müalicəvi və qidalandırıcı təsirləri
Şam qozası yağı təbiətin insanlara bəxş etdiyi unikal və tayı-bərabəri olmayan yağdır. Bu yağın bənzərini süni surətdə hazırlamaq və onun tərkibinə yaxın olan yağ əldə eləmək qeyri-mümkündür.
Şam qozası yağı təbii yollarla əldə edilmiş kənd yağlarının sırasında birinci yerdə durur. Bu yağ orqanizmdən asanlıqla sorulur, oprqanizmi vitamin və minerallarla zəngin qidalandırır. Onun tərkibində olan vitamin və minerallar isə orqanizm tərəfindən qısa meddət ərzində sorulur.
Şam qozası yağının kaloriliyi mal və donuz yağının kaloriliyi qədərdir. Bu yağın tərkibidə olan E vitamini zeytun yağının tərkibində olan E vitaminindən 5 dəfə, kakos yağındakından isə 3 dəfə artıqdır.
Kakos yağının tərkibində olan PP vitamini və əvəzolunmaz yağ turşuları apteklərdə satılan balıq yağının tərkibindəki PP vitaminindən çoxdur. Şam qozası yağının tərkibində olan yağ turşularının miqdarı 4,1%, oleinin miqdar 35,8%, linolen və linoinin miqdarı isə balıq yağının tərkibindəkindən 2 dəfə artıqdır.  
Şam qozası yağının tərkibində olan linolen və lioninin orqanizm üçün ən faydalı maddələrdən biridir. Bu maddə qanda xolesterinin miqdarını aşağı salmaq qabiliyyətinə malikdir. Bu maddələrin orqanizmdə olması qan-damar xəstəliklərinin və respirator xəstəliklərin baş verməsinin qarşısını alır.
Rusiya Elmi Akademik Araşdırmalar İnstututu şam qozası yağının orqanizmdə aşağıdakı xəstəliklərin müalicsində faydalı olduöunu sübut etmişdir:
* laringit
* soyuqdəymə və qripp
* yuxarı tənəffüs yollarının respirator xəstəlikləri
* trofik yaralar
* mədə və oniki barmaq yarası
* müxtəlif allerjik xəstəliklər
Şam qozası aşağıdakı müalicəvi xüsusiyyətlrə malikdir:
* ümumi müqavimət artırıcıdır
* xronilki yorğunluğu aradan qaldırmaq xüsusiyyətinə malikdir
* fiziki və zehni yorğunluğu aradan qaldırır
* dəri xəstəliklərinin sağaldır
* keçəlləşmənin qarşısını alır
* saçlardakı quruluğu aradan qaldırır
* klimakterik əlamətləri azaldır
* psixoemosional gərginliyi aradan qaldırır
* orqanizmin sağlamlaşmasını sürətləndirir
* orqanizmdən ağır metal duzlarının xaric olmasına səbəb olur
Şam qozası yağından ən keyfiyyətli kosmetik vasitələrin( krem, şampun,losyon, ətir, skrab, tualet suyu və s.) hazırlanmasında geniş istifadə edilir.
Şam ağacı yağının tərkibi aşağıdakılardan ibarətdir:
* əvəzolunmaz yağ turşuları
* fosfatid fosfor
* vitaminlər(E, B1, B2,B3, PP)
* mikroelementlər
* minerallar
Xalq təbabətində şam qozası yağından mədə-bağırsaq sisteminin xəstəliklərində, bulbit, xroniki pankreatitdə, mədə yarasında geniş istifadə edilir. Xalq təbabətində venaların varikoz genəlməsi zamanı gündə 2 dəfə şam qozası yağını venaların üstünə sürtülür. Keçəlləşmə zamanı isə qəbul edilən qidaların üstünə şam qozası yağı töküb yemək lazımdır. Qeyd olunan xəstəliklərin müalicəsi zaman yağı gündə 1 qaşıqdan başlayaraq 3-4 qaşığa qədər artıqmaq lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 905   Tarix: 06 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər.   -a istinadən xəbər verir ki, halüsinasiya təsirli göbələklərdəki LSD və psilosibin kim

.

"Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur" – HƏKİM SƏBƏBİ AÇIQLADI

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. . Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?. xəbər verir ki

.

Dırnağını yeyənlərdə 10 cür xəstəlik yaranır

Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir. "medicina"ya istinadən dırnaq yeməkdən yaranan xəstəlikləri təqdim edir:. Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

.

Bədəndən xolesterolu dərmansız çıxarmağın ƏN ASAN YOLU

Xolesterolun aradan qaldırılmasını sürətləndirmək üçün bədəndə müəyyən bir mineralın səviyyəsini izləmək vacibdir. Damarlarda həddindən artıq "pis" xolesterin infarkt və insult riskini artırır.   -a istinadən xəbə

.

34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir

Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi - istənilən insanın əlində bu kiçik, rəngli alətlər

.

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

.

Kişilər üçün ən sağlam pəhriz

Çox vaxt pəhriz sözü artıq çəki ilə mübarizə aparmaq kimi qəbul edilir. Əslində, pəhrizə riayət etmək bir sıra xəstəliklərdən, o cümlədən xroniki xəstəliklərdən qaçmağa imkan verir.   -a istinadən xəbər verir ki, mütəxəssislə

.

Böyürtkənin əvəzolunmaz faydaları

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var. Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

turlar.az

sonxeber.az donlar 2024 yaz geyimleri 2024 geyim şəkilləri uz ucun cavanlasdirici maskalar yay geyimleri 2024 geyim kolleksiyasi boy uzadan kosmetika mekteb qardasa aid haxistalar vetene aid bayatilar atalar sozu toy gecesi