Onlayın tanışlıq

Onlayın tanışlıqBir neçə il əvvəl insanlar tədbirlərdə, əyləncə mərasimlərində, işdə, təhsil müəssisəsində, tanışlarının və dostlarının vasitəsilə bir-biri ilə tanış ola bilirdilər. Amma indi tanışlıq üçün daha böyük imkanlar var və bunu bizə İnternet verir. Hazırda onlayn tanışlıq - ən geniş yayılmış ünsiyyət növüdür. İnternetdə dost və ya sevgili axtaran şəxslər heç də həyatdan küsmüş və ya şəxsi həyatları qaydasında olmayan insanlar deyillər.

Buna görə də yad adamla tanış olanda bir qədər sərt hisslər keçirməyin. Texnologiya və yeniliklər bizim bu günkü həyatımıza çox daxil olub. İndi hamının mobil telefonu var, amma on il əvvəl telefonu olmaq zənginlik hesab olunurdu. Bu gün çoxları həyatını internetsiz təsəvvür etmir. Hazırda yeni tanışlıqlar və münasibətlər iki insanın şəxsi görüşləri ilə deyil, sms mesjları və ya sosial şəbəkələrdə yazışmalarla başlayır.

Sosial şəbəkələr sizin bioqrafiyanızı, maraqlarınızı, zövqlərinizi öyrənməyə imkan yaradır. Sizin səhifənizə nəzər salan istənilən insan fotonuza baxamaq, iş yeri və ya təhsil aldığınız yer barədə öyrənməklə, şəxsən tanışlığınız olmadığı halda sizin haqqınızda təsəvvürlərə malik ola bilər.

İnternetin köməyi ilə dostlar tapmaq daha asandır , çünki sosial şəbəkədə ünsiyyətdə olarkən eyni düşüncəli insanları tapmaq mümkündür.

İndi istənilən qədər tanışlıq saytları var ki, orda qeydiyyatdan keçə və özünüz haqqında qısa məlumatlar yaza bilərsiniz. Bundan sonra internetdə partnyor axtarısına başlamaq olar. Bundan başqa sosial şəbəkələrdə bəzi qruplara qoşulmaqla eyni fikirli insanlarla tanış ola bilərsiniz. Məsələn: mətbəx, səyahət, fitnes və s. qruplar var ki, hər kəs ozünə uyğun hesab etdiyi qruplarda tanış ola, sonradan bu tanışlığı real həyatda da davam etdirə bilər.

Sizin haqqınızda ilk təsəvvür yazdığınız anket əsasında formalaşacaq. Buna görə də onu doldurarkən diqqətli olun. Ən yaxşı şəklinizi ora yerləşdirə bilərsiniz, beləliklə söhbət etdiyiniz adamda həmin vaxt görnüşünüz barədə təsəvvür yarana bilər.

Əlbəttə ki, onlayn tanışlıqların öz riskləri də var. Çünki ekranın digər tərəfindəki adam heç də özünü təqdim etdiyi kimi olmaya bilər. Ona görə də tanışdığınız adamla ünsiyyət qurarkən kifayət qədər diqqətli olmalısınız. Ümumi götürsək bu məlumat sizin üçün təhlükəsiz hesab oluna bilər, çünki siz sadəcə internetdən çıxmaqla, həmsöhbətinizlə ünsiyyəti dayandıra bilərsiniz. Belə tanışlıqlar daha operativdir, o vaxt itkisi tələb etmir. Siz bir gündə bir neçə adamla tanış ola bilərsiniz. Beləliklə, onlardan kiminlə ünsiyyəti davam etdirmək, kiminlə əlaqə saxlamamağa artıq özünüz qərar verirsiniz. Əsas odur ki, mümkün olan uğursuzluqlardan qorxmayasınız.

Ola bilər ki, siz qısa zamanda öz sevginizi virtual dünyada tapmayasınız. Çünki, əziyyətsiz heç nə əldə olunmur. Amma siz ünsiyyət bacarıqları qazanacaqsınız, yad insanlarla tanış olmaqdan qorxmayacaqsınız. Ola da bilər ki, siz əsl sevginizi heç virtual aləmdə deyil, elə real həyatda tapacaqsınız.

Xəbərlər     Baxılıb: 9171   Tarix: 24 oktyabr 2015
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

turlar.az

sonxeber.az sade makiyaj sekilleri aksessuarlar geyim necə seçməli kokteyl paltarlari yay donlari 2024 xiyarın faydaları boşanma səbəbləri kosmetika uşaq şeirləri damla aybawi ariqlamaq qurd xəstəliklərinə qarşı mualicə