Orqanizmə sağlamlıq, salatlara dad, süfrəyə yaraşıq verən reyhan

Orqanizmə sağlamlıq, salatlara dad, süfrəyə yaraşıq verən reyhanSüfrələrin bəzəyi olan reyhan bitkisi milli mətbəximizin ayrılmaz tərkib hissəsi və salatlarda ən çox istifadə olunan göyərtilərdən biridir. Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir. Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti zahirən oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ətirli və ədviyyəli xüsusiyyətə malik olan reyhan xoş iyinə görə mixəyi və muskat tozunu xatırladır. Reyhan universal otlardan biridir, həm ayrıca istifadə olunur, həm də digər bitki və ədviyyatlarla birlikdə yeməklərin tərkibinə qatılır. Reyhan ətirli olduğuna görə termiki təsirə məruz qalmır və onu həm soyuq, həm də isti xörəklərə əlavə edilir. Qurudulmuş reyhan bağlı qablarda 3-6 ay, təzə reyhan isə soyuducuda bir həftəyə qədər təravətini saxlayır.
Reyhanın yarpaqlarında efir yağı, azotlu maddə, yağ, vitaminlər və boya maddələri var. Onun yarpaqlarında olan boya maddələri tibbi cəhətdən faydalıdır. Əbəs yerə deyil ki, bitki həm də bir çox dərdin dərmanı kimi də tanınır. Qida ilə birgə qəbul olunan reyhan maddələr mübadiləsini yaxşılaşdırır, həzm prosesini asanlaşdırır və mədə-bağırsaq sisteminin işini nizamlayır.
Sağlamlıq üçün reyhanın çox böyük əhəmiyyəti var. Bitkinin yarpaqlarından hazırlanan duru ekstrakt qanda protrombinin miqdarını artırır və qanın laxtalanmasını sürətləndirir. Xalq təbabətində reyhanın meyvələrindən dəmlənmiş çay soyuqdəymədən əmələ gələn sinə ağrılarında yumşaldıcı təbii vasitə kimi qəbul edilir. Reyhan yarpaqlarının çayı ürəyi qüvvətləndirmək, dəmləməsi isə mədənin fəaliyyətini və iştahanı artırmaq üçün içilir. Orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, böyrək və sidik yollarının iltihabını aradan qaldırır, köp əleyhinə təsir göstərir. O həmçinin dərini canlandırır, aknelərə qarşı tətbiq olunur və sakitləşdirici təsir göstərir.
Yay aylarında reyhandan hazırlanan sərin kompot orqanizmdə serotonin hormonunu artırır. Sinir xəstəlikləri zamanı reyhan çayı çox faydalı təsirə malikdir. Həmin çay həm də qusma və ürəkbulanmanın qarşısını alır.
Bir neçə quru reyhan budağının paltar şkafına qoyulması pis qoxunun və geyimlərə güvə düşməsinin qarşısını alır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1188   Tarix: 19 may 2020
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

turlar.az

sonxeber.az yay kolleksiyasi kosmetik vasiteler hamiləlik qargidali yaginin faydalari keks reseptləri seksual fotolar qazan katleti kosmetika qizlar bürclər novruz şəhid gözəllik