Övladınız aşiq olarsa, necə reaksiya verəcəyinizi bilirsinizmi? -Analara MƏSLƏHƏT

Övladınız aşiq olarsa, necə reaksiya verəcəyinizi bilirsinizmi? -Analara MƏSLƏHƏTHər şeyin ilkini birlikdə yaşadınız. İlk gülüş, ilk diş, ilk addım, ilk söz və indi isə sıra bu kiçik ürəyin başqasına maraq göstərməsinə gəldi. Əgər övladınızın yaşadığı bu hissin sevgi olmadığını düşünürsünüzsə, yanılırsınız. Çünki uşaqlar da həqiqətən aşiq olurlar. Əvvəlcə onu anladığınızı göstərin Övladınız aşiq olduğunu sizə dedikdə, ilk reaksiyanız: "Mən onu görmüşdüm, həqiqətən çox yaxşı uşaqdır. Onu bəyənməyini başa düşürəm." kimi cümlələrlə onu anladığınızı göstərmək olmalıdır. Ona sevginin təbii və xüsusi bir hiss olduğunu, dünyada bunu yaşamaq üçün illərlə gözləyən insanların olduğunu izah edin. Hisslərinə hörmət etməyərək ona lağ etsəniz, ya da bunun pis bir şey olduğunu deyərək onu danlasanız, ciddi problemlərə səbəb ola bilərsiniz. Onu utandırmaq edilə biləcək ən təhlükəli hərəkətdir. Məsləhətlər: - Onu dinləyin. Dinləmək birinci və ən vacib ünsürdür. Beləcə hiss və düşüncələrini ifadə etməkdən çəkinməz və başqalarının hisslərinə də əhəmiyyət verər. - Siz onu dinlədiyiniz üçün o da sizi dinləyər və fikirlərinizə əhəmiyyət verər. - Aşiq olduğunu dediyi uşağı tənqid etməyin. Bu böyük səhv olar. Sizə olan inamını itirə bilərsiniz. - O danışmadığı müddətcə tez-tez bu mövzunu açmayın və onu danışmağa məcbur etməyin. - Səmimi və dürüst olun. - İnanmadığınız bir şey barəsində övladınızı razı salmağa çalışmayın. - Övladınıza vaxt ayırmağı təxirə salmayın. - Övladınızın sizə danışdıqlarını başqalarına danışmayın. - Hisslərinə lağ etməyin və başqalarının lağ etməsinə də icazə verməyin. - Hələ çox kiçik ola bilər, amma unutmayın ki, hissləri onun ən dəyərli xəzinəsidir. Onu və hisslərini ciddi qəbul edin. - Sizə inanmasını təmin edin. Beləcə, aranızda güclü bağlılıq yaranar.(ledi.az)

Ailə və Uşaq     Baxılıb: 2514   Tarix: 25 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

Hamiləliyin ilk 3 ayı bunu etməlisiniz - FOL TURŞUSU NİYƏ VACİBDİR?

Hamiləlikdə fol turşusu qəbul edilməsə, dünyaya gələcək körpənin sağlamlıq problemləri ola bilər. Türkiyəli ginekoloq Nazlı Salihoğlu bildirib ki, bütün hamilə qadınlara fol turşusu istifadə etmək birmənalı olaraq tövsiy

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

turlar.az

sonxeber.az maskalar geyim necə seçməli geyim seçimi gozalti qaralar ucun cinsi münasibət karolın ve gızlı dunya ızle hamiləlikdə kosmetika pomidor xərçəng bürcü prostat cantalar bayatı