Övladınızın düzgün tərbiyəsi üçün vacib tövsiyələr – MÜTLƏQ OXUYUN!

Övladınızın düzgün tərbiyəsi üçün vacib tövsiyələr – MÜTLƏQ OXUYUN!"Uşağı inkişaf etdirmək lazımdır. Ona görə yox ki, o vunderkind olacaq. Əsas məsələ uşağın xoşbəxt böyüməsidir".
Bu sözlər Soni şirkətinin qurucularından olan Masaru İbukanın "Üçdən sonra gecdir" adlı araşdırmasından bir parçadır. Uşaq psixologiyası və pedaqogikası ilə dərindən məşğul olan M.İbuka araşdırmasında uşağın erkən inkişafının metodologiyasını təqdim edib.
O bildirir ki, uşağın erkən inkişafının əsas məqsədi xoşbəxt uşaq tərbiyə etməkdir. Uşağa yaxşı musiqi dinlədilməsi, ya da xarici dil öyrədilməsində məqsəd linqivist, ya da musiqiçi böyütmək deyil. Əsas məqsəd uşağı mümkün qədər yaxşı tərbiyələndirmək, onun daha xoşbəxt inkişafına çalışmaqdır.
Publika.az Masaru İbukanın "Üçdən sonra gecdir" adlı kitabından tərbiyə üçün əsas məsləhətləri təqdim edir:
1. Uşağı bəşəriyyətin ən yaxşı nailiyyətləri ilə əhatə edin. Klassik musiqiyə qulaq asın, incəsənət əsərləri göstərin, bədii ədəbiyyat oxuyun.
2. Uşağı tez-tez qucağınıza götürün. Toxunulmaqla duyulan ünsiyyət uşağın əqli inkişafında böyük rol oynayır.
3. Uşaqla körpə kimi danışmayın. Uşaq doğulandan onunla böyük kimi danışın.
4. Hər gün uşaqla məşğul olun. Hətta gündə bir dəfə məşğul olmağınız belə maraqlı nəticələrə səbəb ola bilər.
5. Uşağın yanında dava etməyin. Belə olduqda uşağınız neqativ halı və həyəcanı tez hiss edir.
6. Körpəyə sizin yatağınızda yatmasına icazə verin. Birgə yuxu uşağın inkişafına müsbət təsir edəcək.
7. Başqa uşaqlarla ünsiyyət qurmağa həvəsləndirin. Çünki bu uşağın ağlını inkişaf etdirir.
8. Uşağa öz maraqlarının müdafiəsinə qalmasını, hətta dava etməsini də yasaqlamayın. Davalar uşağın bacarığını inkişaf etdirir.
9. Uşağı məhdudlaşdırmayın. Əlləri ilə nə isə etmək onun intellektini və yaradıcılıq qabiliyyətini inkişaf etdirir.
10. Cəzalandırarkən və mükafatlandırarkən diqqətli olun. Etdiyi yaxşı əmələ görə xoş sözlər deyin, az hallarda cəzalandırın, xüsusən oğlanları.
11. Öz "yaxşı" və "pis"lərinizi uşağa sırımayın. İmkan verin öz həyat təcrübəsini toplasın. Özü zamanla bu fərqləri anlaya biləcək.
12. Uşağın maraqlarını oyadın və onu dəstəkləyin. Onlara şərait yaratmağa çalışın.
13. Keçmişdə olanları təkrarlayın. Bu uşağın beynində düzgün sxemlər formalaşdırır.
14. Uşağa yalnız ana deyil, ata da lazımdır. Ata ilə uşaq arasındakı ünsiyyətə sərhəd qoyulmamalıdır.
15. Uşağın fantaziyalarına qeyri-ciddi yanaşmayın. Arzu etmək, xəyal qurmaq uşağın yaradıcılıq potensialını inkişaf etdirir.
16. Uşağa öz mülkünüz kimi baxmayın.
17. Körpədə toxunulmaqla duyulan hissləri inkişaf etdirin. Balaca uşağa müxtəlif materiallardan – yumşaq-bərk, ağır-yüngül, hamar-nahamar predmetlərə toxunmaq imkanı verin.
18. Uşağın istədiyi hər şeyi almayın. Oyuncaqların bolluğu uşağın diqqətinı yayındırır. Nəticədə onun oxuması çətinləşir.
19. Uşağa detallardan ibarət oyuncaqlar təklif edin. Detalları bir yerə toplamaq onları xoşbəxt edəcək.
20. Onların yaradıcılıq qabiliyyətini inkişaf etdirin. Fiqurları kəsmək, qatlamaq bu məsələdə yaxşı təklifdir. Çünki uşağın ağlı barmaqlarının ucundadır.
21. Uşaqla piyada gəzin. Çünki bu çox faydalıdır. Yeriyərkən bədənin 639 əzələsindən 400-ü hərəkət edir.
22. Uşaqların məşğul olduqları işlərin nəticələrinə çox da diqqət etməyin. Çünki onları nəticədən çox hadisənin özü maraqlandırır. Qoyun, onlar istədikləri qədər məşğul olsunlar.
23. Uşaqları nəyəsə məcbur etməyin. Çünki bu zaman onların iradəsinə zidd getmiş olacaqsınız. Bununla da onun inamını qıracaqsınız.
24. Uşaqlarda qeyri-standart düşüncəni stimullaşdırın. Standartlar standart insan yetişdirir.
25. Uşaqları tərbiyə etməzdən əvvəl, valideynləri tərbiyə edin.
Sonda M.İbuka qeyd edir ki, uşaq üçün ən yaxşı tərbiyə ana sevgisidir.
"Valideynlər üçün ən vacib məşğuliyyət uşaq tərbiyəsidir. Əgər onlar bununla razı deyillərsə, onda nə üçün uşaq dünyaya gətiriblər?"

Ailə və Uşaq     Baxılıb: 2497   Tarix: 09 mart 2017
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək

Uşaqlarda sidik yolu infeksiyası son zamanlar  tez-tez rast gəlinən bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlikdən yarana bilər. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunları

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Körpəlikdən formalaşan bu duyğu bütün həyat boyu özünü göstərir - ANALAR DİQQƏTLİ OLSUN

Güvən insanın həyatının müxtəlif dövrlərində yaranan və inkişaf edən hissdir. Bu hissin kökləri insanın həyatında erkən başlayan və sonrakı həyat təcrübələri ilə formalaşan müxtəlif amillərdən qaynaqlanır. Körpəlik dövr

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Uşağınız gecə yatarkən altını isladırsa SƏBƏBİ BUDUR

Gecə sidik qaçırma bütün dünyada milyonlarla uşağa təsir edən sağlamlıq problemidir. Əgər uşaq 5 yaşındadırsa və hələ də gecə yatağı isladırsa, bu, ciddi problemdən xəbər verə bilər. Təxminən hər beş uşaqdan birində gecələ

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Hamiləlikdə HEPATİT B təhlükəsi

Hepatit B virusu nədir?. Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir. İnfeksiyalı insanlarda virus aşkar olunur:. Qanda. Tüpürcəkdə. Tərdə. Göz yaşı mayesində. Ana südündə

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

turlar.az

sonxeber.az toy makiyaji sekilleri qadın geyimi kosmetoloq meyvələr güllərin mənası kolbasa hazirlanmasi mastopatiya haqqinda kosmetika gozellik intim zehmet ve zinet vetene aid bayati qiz evi ucun