Övladlığa götürmənin ŞƏRTLƏRİ

Övladlığa götürmənin ŞƏRTLƏRİBildiyimiz kimi, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşaqların hüquqlarının qorunması Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə tənzimlənməklə dövlət siyasətinin bir parçasını təşkil etməkdədir. Belə ki, uşqaların hüquqları ilə bağlı ailə, mülki, inzibati, cinayət qanunvericiliyində uşaq hüquqlarının təmini ilə bağlı normalar nəzərdə tutulmuş, "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunları qəbul edilmiş, Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında", "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Konvensiyalara, "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının "Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair" Fakültativ Protokoluna qoşulmuşdur.

Uşaqların hüquqlarının qorunması sahəsində diqqət edilməli sahələrdən biri də övladlığa götürmə institutudur. Bu institut həm övladlığa verən, həm övladlığa götürən, həm tərbiyə müəssisələri, həm də dövlət qurumları üçün hüquq və vəzifələr yaratmağına baxmayaraq, ən əsası uşaqların mənafeyini nəzərə almağı tələb etməklə uşaqlar üçün həssas bir institut olduğunu gözlər önünə sərir.

Övladlığa götürməyə dövlət nəzarətinin bariz nümunələrindən biri odur ki, övladlığa götürmə yalnız məhkəmə qərarı əsasında mümkün olur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.1-ci maddəsində qeyd edilir ki, Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Yəni bu o deməkdi ki, hər kəs öz istəyinə uyğun olaraq uşağı övladlığa götürə bilməz və ya uşağı övladlığa verə bilməz, tərbiyə müəssisələri isə uşaqları istədikləri şəxsə övladlığa verə bilməzlər.

Övladlığa götürmə iki cür olur: 1) Valideynləri və ya valideynlərindən biri olan uşağın övladlığa götürülməsi. Belə övladlığa götürmə əsasən tanışlıq qaydasında, yəni A vətəndaşının yaxın və ya uzaq qohumu, qonşusu, iş yoldaşı və.s və ya hər hansı vasitə ilə tanıdığı B vətəndaşının uşağını övladlığa götürmə arzusu ilə, B vətəndaşının isə buna razılığı ilə (uşağın hər iki valideyni sağdırsa hər ikisinin razılığı ilə) övladlığa götürmə prosesi başlanır. 2) Valideynləri olmayan uşağın övladlığa götürülməsi. Bu halda isə övladlığa götürmə prosesi övladlığa götürmə arzusunda olan şəxslərin valideyn himayəsindən məhrum olan uşaqları övladlığa götürmək üçün müvafiq qurumlara, yəni yerli

Ümumiyyətlə AR Qanunvericiliyi övladlığa götürmə prosesinin baş tutması üçün bir sıra şərtlər müəyyənləşdirir. Qanunvericilik uşaqların qayğısına qalınması, onların sağlam şəraitdə, sağlam mühitdə tərbiyə almalarını, övladlığa götürmənin onların vəziyyətinə, psixikasına və inkişafına yaxşı təsir edəcəyini təmin etmək məqsədilə xüsususilə övladlığa götürəni xarakterizə edən əlamətlərə, onun yaşayış tərzinə, səhhətinə diqqət yetirməyi müvafiq qurumlardan tələb edir. Belə ki, qanunvericiliyimiz hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslərə övladlığa götürmə hüququ tanımaqla eyni zamanda nəzərdə tutmuşdur ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər uşağı övladlığa götürə bilməzlər. Səhhətlə bağlı onu qeyd etmək istəyirəm ki, övladlığa götürməyə imkan verməyən xəstəliklər qanunvericliyimzlə konkretləşdirilmişdir.

Bunlara aiddir: 1. Vərəm (aktiv və xroniki)—lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr; 2. Daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri—dekompensasiya mərhələsində olan xəstələr; 3. Bədxassəli onkoloji xəstəliklər—lokalizasiyadan asılı olmayaraq; 4. Narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm; 5. İnfeksion xəstəliklər—dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr; 6. Ruhi xəstəliklər—müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən xəstələr; 7. Əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər.

Valideyn himayəsindən məhrum olan uşaqların uçotu 3 hissədə aparılır. 1) İlkin uçot. 2) Mərkəzləşdirilmiş uçot. 3) Ümumi uçot

İlkin uçotu uşağın faktiki olduğu yer üzrə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları (bundan sonra—qəyyumluq və himayə orqanları), mərkəzləşdirilmiş uçotu 3 yaşına qədər uşaqlar üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ümumi uçotu isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi həyata keçirir.

Eynilə uşaqları övladlığa götürməyi arzu edən Azərbaycan Respublikası vətəndaşlarının uçotu onların yaşadığı yerin qəyyumluq və himayə orqanı tərəfindən aparılır. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılır. Uşaqları övladlığa götürməyi arzu edən şəxslər uçota götürülmə üçün ərizə ilə yaşadığı yerin qəyyumluq və himayə orqanına müraciət etməlidirlər. Bu zaman övladlığa götürmə arzusunda olan şəxs şəxsiyyətini təsdiq edən sənədin surətini, qısa tərcümeyi-halı, övladlığa götürməyə imkan verməyən xəstəliyinin olmaması barədə tibbi arayışı, ümumi səhhəti barədə tibbi arayışı, yaşayış sahəsi barədə məlumatı, ailə vəziyyəti barədə məlumatları, iş yeri, əmək haqqı və başqa gəlirləri haqqında məlumatları, övladlığa götürmək istədiyi uşağın xüsusi əlamətləri yerli icra hakimiyyəti orqanının müvafiq qurumuna təqdim etməlidirlər. Qəyyumluq və himayə orqanı tərəfindən xüsusi qiymətləndirilmə aparıldıqdan sonra övladlığa götürmək arzusunda olan şəxslərin bütün sənədləri, ərizəsi lazımi müəssisələrə göndərilir. Belə ki, övladlığa götürmək istədikləri uşaq 3 yaşından aşağı və 3 yaşındadırsa, Səhiyyə Nazirliyinə, yaşı 3-dən yuxarıdırsa, Təhsil Nazirliyinə sənədlərlə müraciət olunur. Nazirliklər övladlığa veriləcək olan uşaqların qeydiyyat siyahısını övladlığa götürmək arzusunda olan şəxsə təqdim edir. Həmin şəxs isə öz istəyinə uyğun olaraq o uşaqlardan birini seçir. Seçilmiş uşaqla bağlı məsələ, yəni sonrakı proses artıq məhkəmə tərəfindən həll olunur.

Valideynləri və ya valideynlərindən biri olan uşağın övladlığa götürülməsi zamanı isə ilkin şərt övladlığa götürmək arzusunda olan şəxslə övladlığa götürülən uşağın valideynlərinin arasında olan razılıqdır. Düzdür, bəzən bu razılıq tələb olunmaya da bilər. Belə ki, valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Bundan başqa valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanılmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.

Bildiyimiz kimi övladlığa götürmənin hüquqi mahiyyəti ondan ibarətdir ki, övladlığa götürmə barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsilə övladlığa götürənlə övladlığa götürülən arasında valideynlik münasibətləri ilə analoji hüquq münasibətləri əmələ gəlir. Hər iki halda, yəni həm valideynləri olan uşağın, həm də valideynləri olmayan uşağın övladlığa götürülməsi zamanı ilkin şərtlərə əməl edildikdən sonra məhkəməyə müraciət edilməsi şərtdir.

Məhkəmələr bir qayda olaraq, övladlığa götürmə barədə işlərə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü hallarda) və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları (Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyü hallarda) iştirakı ilə baxırlar. Hər bir halda övladlığa götürülmə işlərində məhkəmələr həmin orqanlardan əsaslandırılmış rəy alır.

Övladlığa götürmə həssas bir məsələ olduğundan övladlığa götürmə sirri dövlət tərəfindən qorunur. Belə ki, təsadüfi deyil ki, övladlığa götürmə işləri qapalı məhkəmə iclası şəklində həyata keçirilir. Bundan başqa övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Hətta Azərbaycan Respublikası Cinayət Məcəlləsində də övladlığa götürmə sirrini yayma ilə bağlı sanksiya nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 175-ci maddəsinə əsasən, övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yaymanın yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur.

Eyni zamanda Cinayət Məcəlləsinin 174-cü maddəsində uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur.

Göründüyü kimi övladlığa götürmə kənardan eşidildiyi kimi sadə, yəni valideynlər arasında baş tutmuş razılıqla və ya müvafiq müəssisələrin razılığı ilə uşağın övladlığa götürülməsindən ibarət olmayıb, uşaq hüquqlarının həyata keçirilməsi, onların düzgün tərbiyə olunmasına, yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasını, uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönələn Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bizə göstərir.

Maraqlı     Baxılıb: 2500   Tarix: 26 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

27 ildən sonra Yeri gözləyən təhlükə... - Bu, 6-cı hadisə olacaq

Alimlər hesab edirlər ki, Yer kürəsi bu əsrin sonunda 6-cı dəfə yoxa çıxacaq. "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı araşdırma Kanadada aparılıb. Belə ki, BMT-nin Bioloji müxtəliflik adlı konfransınd

.

Günəşin səthində "sürünən ilan" təsviri lentə alındı - VİDEO

Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın buraxdığı Solar Orbiter cihazı Günəş səthində yeni görüntülər lentə alıb. "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüntülərdə "ilan"ın ulduzun səthində "sürünməsi"

.

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən bildirilib

.

Elm və təhsil sahəsində islahatları BAŞLANDI

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatla

.

Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub. -

.

İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildi

Bu gün AMEA-da prezident seçkiləri keçirilib. xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib. Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevi

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifad

.

Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO

ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən "The World Scholars Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümü

turlar.az

sonxeber.az geyim necə seçməli toy makiyajlari donlar 2024 reseptlər uşaqlar üçün paxlavalar dırnaqlara qulluq kosmetika paxlava qiz burcu yemekler pehriz bayati