Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi

Üniversitet illərindən tanış olan ayrılmaz cütlük Sara və Endi uzun müddət görüşdükdən sonra nəhayət ki, evlənmək qərarına gəlirlər. Ailə xoşbəxtliyinin tam olması üçün onlara övlad lazım olsa da, Sara hamilə qala bilmir.

Həkimlər cütlüyə bir qədər ümidverici xəbər verirlər. Onlar bildirirlər ki, ekstrakorporal mayalanma yolu ilə Sara hamilə qala bilər. Amma bu halda da onun hamilə qalma şansı 10 %-dir. Həmin əməliyyat üçün 60 min dollar pul tələb olunur. Cütlük bu qədər çox pul tələb edən və cüzi şansı olan əməliyyatı etdirmək imkanına malik deyildilər.
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldiBelə olan halda onlar övladlığa uşaq götürmək qərarına gəlirlər. Endi və Sara doğumdan sonra körpəsini uşaq evinə vermək istəyən qadın tapırlar. Onlar hamilə qadınla danışıb uşağı övladlığa götürmək istədiklərini bildirirlər.

Amma doğuma bir neçə həftə qalmış USM müayinələrinin nəticələrindən məlum olur ki, qadın bir yox, üç uşaq gözləyirmiş. Ola bilsin ki, qadın əvvəldən üç uşaq gözlədiyini bilirmiş. Sadəcə onları övladlığa götürmələrindən ehtiyyat etdiyi üçün bu barədə danışmayıb.

Sara və Endi bu xəbəri sevinclə qarşılayırlar. Onlar bunu taleyin hədiyyəsi kimi qəbul edirlər. Çünki bir müddət əvvəl heç övladı olmayan ailənin indi üç övladı olacaqdı.
Doğum vaxtından qabaq olsa da, körpələrin sağlamlıqla bağlı heç bir problemləri olmur. Nəticədə aliləyə Joel adlı oğlan, Hanna və Elizabet adlı qızlar daxil olur.
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldiÖvladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldiÖvladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldiAmma cütlüyü daha bir əla xəbər gözləyir. Həkimlərin ümidsiz proqnozlarına baxmayaraq Sara hamilə qalır.

Elə ilk müayinədən sonra həyəcanlı Endi həyat yoldaşından soruşur: " Oğlandır?"
Sara bir qədər dayanaraq cavb verir: "Bəli, biri oğlandır..."
Jastis ailəsinə bu dəfə 2 körpə, oğlan və qız daxil olur. Oğlana Endinin adını verirlər, qıza isə Ebiqeyl adı verilir.
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi"Bu sadəcə inanılmazdır! Bir il əvvəl biz uşaq haqqında ancaq arzulaya bilərdik, indi isə bizim beş övladımız var." — deyən Sara sevincini gizlətmir.
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldiƏlbəttə ki, beş uşağa baxmaq asan iş deyil. Sara və Endi indi 3 saatdan artıq yatdıqları günü xatırlaya bilmirlər. Buna baxmayaraq, onlar özlərini dünyanın ən xoşbəxt adamları hiss edirlər.
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi

Ailə və Uşaq     Baxılıb: 3541   Tarix: 22 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda saç yolma: Səbəbi idarəolunmaz stress ola bilər

Uşaqlar da böyüklər qədər stressə məruz qala bilər və stress altında böyüklərdəki kimi müxtəlif psixoloji problemlər yaşaya bilərlər. Bu problemlərdən biri də saç yolma xəstəliyi, trixotillomaniyadır. İbtidai məktəb və y

.

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək

Uşaqlarda sidik yolu infeksiyası son zamanlar  tez-tez rast gəlinən bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlikdən yarana bilər. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunları

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Hamiləlikdə HEPATİT B təhlükəsi

Hepatit B virusu nədir?. Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir. İnfeksiyalı insanlarda virus aşkar olunur:. Qanda. Tüpürcəkdə. Tərdə. Göz yaşı mayesində. Ana südündə

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşaqlarda inkişaf ləngiməsi artıb - SƏBƏBLƏRİ

Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb. Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanov

turlar.az

sonxeber.az yay kolleksiyasi qadın geyimi maskalar dişlərə qulluq biliye aid atalar sözləri mastopatiya haqqinda balaca qablarda keks kosmetika cantalar məsəllər hekaye janri hesaplama ziyafet geyimleri