Oxatanlar ! Uğurlara nail olmağın tam zamanıdır

Oxatanlar ! Uğurlara nail olmağın tam zamanıdırGünün qoroskopu:

Qadınsaytı.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - tələskənliyə yol verməyin, vurnuxmaya qatılmayın. Başladığınız işləri yarımçıq qoymayın. Bütün çətinliklər və problemlərə rəğmən onları bitirin. Planlaşdırılmış alış-verişlə kifayətlənin. Spontan xərclərə yol verməyin. Gəlirlər çox olsa da, bədxərc olmayın.

Buğa - köç və köçə hazırlıq, habelə interyerin yenilənməsi üçün pis deyil. Yaradıcılıq potensialının səviyyəsi yüksək olmalıdır. Çevik, aktiv olun. Təxəyyüldən bəhrələnməyə imkan verən işlərlə məşğul olun. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Əkizlər - ətrafınızdakı insanlar üçün əvəzolunmaz yardımçı və qiymətsiz müttəfiq ola bilərsiniz. Çətin xasiyyəti olan, tərəfdaşları uzun müddətdə və ciddi seçən insanlarla münasibətləri normallaşdırın. Bilik və bacarıqlarınızı artırın.

Xərçəng - məhsuldar çalışın. Səfərlər pis alınmayacaq. Sərfəli anlaşmalara nail olmaq, alış-verişdə orijinal əşyalar almaq olar. Axşam saatlarında qəfil xərclər olacaq.

Şir - kiçik anlaşılmazlıqlar istisna deyil. Yaranan problemlər çoxdan bəri həyata keçirməyə çalışdığınız məsələləri reallaşdırmağa mane olacaq. Yeni tərəfdaşlarla məhsuldar əməkdaşlığa başlayın.

Qız - işdə rəhbərliklə fikir ayrılıqları yaranacaq. İlk baxışdan mənasız məsələlər az sonra ciddiləşəcək. Ailə üzvləri ilə münasibətlərin harmonik olmasına çalışın. Yaxınlarınızla dil tapın.

Tərəzi - ev işləri, interyerin yenilənməsi, kulinar eksperimentlər üçün yaxşı zamandır. Pəhriz saxlayırsınızsa, tamahınızı üstələyin. İradəli olun.

Əqrəb - məqsəd və hədəfləri konkretləşdirin. Söhbətlər xoş olsa da, mənasızdır. Vaxtınızı məhsuldar keçirmək istəyirsinizsə, sabahkı işlərin siyahısını hazırlayın. Ən xırda məsələlərdə belə, plana riayət edin.

Oxatan - inadla çalışın. Bir qədər əvvəl başladığınız, amma müəyyən səbəblərdən yarımçıq qoyduğunuz işləri bitirin. Uğurlara nail ola bilərsiniz. Əsla tənbəllik etməyin, vaxtınızı boş işlərə sərf etiməyin. Yorğunluq hiss etsəniz belə, irəliəyin.

Oğlaq - maliyyə problemləri yarana bilər. Narahat olmayın, çətinlikləri dəf edəcəksiniz. Özünüzə diqqəti cəlb etmək istəyirsinizsə, orijinal addımlar atın. Ekstravaqant davranışda ifrata varmayın, fəsadları və nəticələri düşünün. Əks təqdirdə sonradan təəssüflənə, peşman ola bilərsiniz.

Dolça - heç bir səbəb və zərurət olmadan problemlər yaratmayın. Yeni layihələrə ehtiyatla başlayın. Köhnə müttəfiqlərin sizi dəstəkləməyə hazır olduqlarını biləndən sonra işi aktivləşdirin. Kiçik xərclər istisna deyil.

Balıqlar - maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə yol verməyin. Romantik təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla təmaslar sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni tanışlıqlar olacaq.

Maraqlı     Baxılıb: 2081   Tarix: 27 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən bildirilib

.

Daha 200 gənc Dövlət Proqramı ilə xaricdə oxuyacaq

"2022-2026 Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrind

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

.

Bu gündən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi başlayır

Bu gündən müəlimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır.  xəbər verir ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib

.

Hər kəsi heyrətə gətirən araşdırma: dünyada ölümsüzlük dövrü – FOTO

İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya İnstitutunun araşdırması hər kəsi heyrətə gətirib. -a istinadən bildirir ki, ispan elm adamları qəsdən öldürülmə istisna olmaqla, çox uzun müddət yaşay

.

Dünyanı dəyişən dörd elmi kəşf və Azərbaycan Prezidentinin fərmanı

Məlumdur ki, dünyanın dörd böyük kəşfinə kağızın ixtirası (2-ci əsr), kitab çapı (9-cu əsr), kompas (11-ci əsr) və barıt (12-ci əsr) aiddir. Bütün bu ixtiralar Çində edilmişdir, amma barıt ixtirasında birinciliyə Hindistand

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

turlar.az

sonxeber.az sac duzumleri yay geyimləri 2024 toy gecesi milli yeməklər kombinler 2024 yay atalar sozleri elme aid zorlama kosmetika kahfe kali sirniyatlar novruz bayramina aid hakistalar narin faydasi hüzeyir hacibəyov