Özündən 14 yaş kiçik xanımla evlənən aparıcı Mikayıl: "Paltar ütüləyirəm, ev də süpürərəm"

Özündən 14 yaş kiçik xanımla evlənən aparıcı Mikayıl: "Paltar ütüləyirəm, ev də süpürərəm"Xanim.az xəbər verir ki, "Space" telekanalının tanınmış aparıcısı Mikayıl Güləddinoğlu lent.az-a müsahibə verib.

- Aparıcılıq etdiyiniz verilişlər daim tənqid olunub. Səbəb nədir?
- O tənqid hər zaman olur. Əgər varsansa, tənqid də olunacaqsan. Hər zaman tərif olmaz ki... Hər halda bunlar ədəbi tənqidlərdi. Məsələn, bütün kütlə muğama, xalq mahnılarına qulaq asa bilməz. Hər kütlənin öz zövqü var. 6 ildir, el şənliklərinə gedirəm. Orada ən azı 300 adam olur. Ordakı hamıdan xoş sözlər eşidirəm. Bu, tək 1 gün üçün deyil. Hər zaman belədir. Ayın 20 günü toyda oluramsa, deməli, məni istəyirlər və dəvət edirlər. Məni bəyənməyənləri yalnız rəylərdə görmüşəm. Amma normal həyatda, reallıqda heç kim məni sevmədiyini deməyib. Amma istəyərdim ki, tənqidləri də eşidim.

- Bəzi müğənnilərimiz qeyd edirlər ki, Mikayıl toyxananı efirə gətirdi...
- Bununla razılaşmıram. Məsələn, xalq artisti Mənsum İbrahimov və ölkəmizdə sayılıb-seçilən digər muğam ifaçıları mənim verilişimdə iştirak edib. Hər alda əsl sənətkarlar verilişimdə olub. Hər halda Mənsum İbrahimovun qiyməti mənim üçün ölçü vahididir. Ola bilər ki, mənim "Sevimli şou" verilişimdə bir az dinamik, oynaq mahnılar olurdu. Amma "Sevimli mahnı" verilişimdə Tofiq Quliyevin, Cahangir Cahangirovun bəstələri səslənir. Məsələn, mən ötən verilişi Fikrət Əmirovun "Qarabağ" əsəri ilə başlamışdım. O vaxt Seda Sayanın, İbrahim Tatlısəsin verilişləri var idi. Gəlib tamaşaçılarla oynayırdılar. Seda Sayanın indi elə bir verilişi var. Tamaşaçılarla yallı gedir. Bunun nəyi pisdi?

- Bir çoxları iddia edir ki, tamaşaçıları pulla efirə gətirirsiniz...
- Yox, belə bir şey ola bilməz. Şübhəsi olan varsa, həftənin 1-ci günü, axşam saat 8-də "Space"in qabağında olsun. Ötən veriliş 20 nəfərə yaxın tamaşaçıya yer olmadı. Geri qayıdası oldular. Yəni onlar mənim tanıdığım adamlar və yaxud qohumlarım deyildi. Studiya yalnız 111 nəfərlikdir. Onların hamısı mənim qohumumdur? Ola bilməz.

- Elə bir müğənni varmı kİ, efirə çağırmısınız, gəlməyib?
- Hamısı sevə-sevə gəlirlər. Elə bir müğənni olmayıb. Mənim verilişimdə xalq artistləri Könül Xasıyeva, Gülyanaq Məmmədova və digər xalq və əməkdar artistləri oxuyursa, deməli, layiq bilirlər. Burada qəbahətli nə var ki? Ola bilər ki, mənim qol-qanad qaldırıb oynamağım toyxana abu-havası yaradıb. Amma indiki verilişimə bunun aidiyyəti yoxdur. "Sevimli mahnı" verilişimə indi kimsə qəbahət tutursa, razı olmuram.

- Mətbuatda belə bir xəbər dərc olunmuşdu ki, "Mikayılı toyda döydülər".
- Yox, bu günə qədər elə bir şey olmayıb. Özü də yazıblar, guya hadisə Ağcabədidə olub. Ağcabədinin Avşar kəndində bir ana əhd eləmişdi ki, oğlunun toyuna getsəm, ayağımın altında qurban kəsəcək. Bunu təkəbbür üçün demirəm. Olan bir şeydi.

- Sosial şəbəkədə yazılan tənqidlərə münasibətiniz necə olur?
- Bəlkə də bu geridəqalmışlıqdı, amma mən nə "Feysbuk", nə də "İnstagram"da varam. "WhatsApp"ı da oğlum doğulanda açdırdım ki, şəklini göndərsinlər baxım. Mənim ümumiyyətlə, başım çıxmır ki, orda necə yazmaq olur. Ömür boyu yazılanlara fikir verməmişəm.

- Sizi daima eyni geyim üslubunda görürük. Geyimlərlə bağlı kompleksiniz var?
- Mən hər zaman bu üslubda oluram. Mənə belə rahatdı. Adi həyatda da belə geyinirəm. Bu da mənim üslubumdur. Yazılı, cırıq, cinslər və sırğalar mənlik deyil. Kim nə edirsə, yaxşı edir. Mən gedib kiminsə qarşısını kəsə bilmərəm ki, niyə sırğa taxmısan? Sadəcə bu, mənim üslubuma aid deyil. Efirə cins geyinməyi xoşlamıram. Ola bilər ki, mənə yaraşmaz. İndi deyə bilərsiniz ki, 60 yaşın var, yox 38 yaşım var. Amma bu da mənim üslubumdur. Yəni ətrafım da mənim kimi geyinir. Belə pis çıxmasın, indi mən belə deyirəm, bəlkə sabah oğlum böyüdü, başına jele vurdu.

- Xalq artisti Rəmiş (Rafiq Hüseynov) açıqlama vermişdi ki, kişi xeylaqları saç rəngləməməli, sırğa taxmamalıdır.

- Mən Rəmişin dediyi sözə toxuna və dəstək verə bilmərəm. Məsələn, mən Rəhim Rəhimlini, o da məni çox istəyir. Nə onun geyiminə, nə də üslubuna toxuna bilərəm. Bəlkə sabah mənim saçım elə oldu ki, tam ağardı. Ola bilər ki, saçımı rəngləyim. Ola bilər ki, saçım da tökülsün, saç da əkdirərəm. Parik də qoyaram. 38 yaşdan sonra bilmirəm saç tökülür, yoxsa yox. Yəni mən səhnədən başqa el şənliklərinə gedirəm. İnsanın xarizması olmalıdır.

- Mikayıl Güləddinoğlu ailədə necədi?
- Bir gün onu gizli kamera ilə çəksəz, hamı gülər. Mən bu yaxınlarda "Qızım gəlin köçəcək, mən hələ yatmamışam" şeirimə klip çəkdirdim. İstədim ki, o klipdə xanımımdan başqa bütün ailə üzvlərimin görüntüsü olsun. Atamın, anamın və övladlarımın. O klipdə oğlum balaca idi. Həm də klipi çəkdirdim ki, doğmalarımdan bir yadigar qalsın. Mənim bir şüarım var. Hər günü deyib gülməklə yaşamaq lazımdır. Bu gün salam verdiyin sabah yoxdur.

- Açıqlama vermişdiniz ki, xanımınızı işləməyə qoymursunuz...
- İşləyən qadınlara da pis baxmıram. Mənim xalalarım, dayımın yoldaşı işləyir. Sadəcə, mən ailə quranda istədim ki, yoldaşım evdə uşaqlarıma baxsın. Mən özüm də, atam da həyatda tək uşaq olub. Onun nə atası, nə anası, nə də bacı-qardaşı olub. Atam kimsəsiz böyüyüb. O doğulanda anası dünyasını dəyişib. 7 yaşı olanda da atası avtomobil qəzasında ölüb. Mən də imkana görə gec ailə qurdum. Subay vaxtı dedim ki, elə bir xanımla ailə qurum, mənim çoxlu övladlarım olsun, o da onlara baxsın. İndi 3 övladım var. Sabahısı günü eşidə bilərsiniz ki, 4, 5, 6, 7 övladım var. Mən tək olmuşam, ətrafım çox olsun. Qoy onlar bir-birinə dayaq olsun. Xanımım indi işləmək istəsə, onsuz da işləyə bilməz. Çünki övladımın birinin 6, o birinin 4 yaşı var. Balacası isə 9 aylıqdır. Di gəl indi işlə (gülür). Mən köynəyimi, şalvarımı da özüm ütüləyirəm. Niyə eləməyim ki?! Xanımıma da kömək etməliyəm. O, 3 uşağa baxır. Yeri gəlsə, evimi də süpürərəm. Çünki o, yoldaşıma köməkdir. O, mənim balalarıma baxır.

Xəbərlər     Baxılıb: 1746   Tarix: 12 oktyabr 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Qaraciyərimiz bu 5 qidanı sevir

Pəhrizinizə müəyyən qidaları daxil etməklə qaraciyərin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz. -a istinadən bildirir ki, araşdırmalara görə, bu 5 qida qaraciyərin sağlamlığında xüsusi rol oynayır. Mal əti

.

Çay içərkən bu səhvə yol verməyin

Azərbaycanda ən çox istehlak edilən mayelər arasında yer alan çay tək başına istifadə edildikdə zərərli içki sayılmır. Lakin çay içərkən edilən bir səhv mədə və böyrəklərinizə ciddi zərər verə bilər. . -a istinadən xəbə

.

Baş gicəllənməsinə bunlar səbəb olur

Baş gicəllənməsinə 83 müxtəlif vəziyyət səbəb ola bilər ki, bunların da əksəriyyəti qulaq xəstəlikləri ilə bağlıdır. Unikal-a istinadən xəbər verir ki, bu barədə rusiyalı otonevropatoloq Viktor Voronov deyib. Həkimin sözlərin

.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. -a istinadən bildirir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadını

.

Mandarinin zərəri faydasından çoxdur – Həkim

Noyabr-dekabrın ən populyar meyvəsi mandarin - narıngi sən demə, qaraciyərə zərərli imiş. "Medicina"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Nataliya Lazurenko danışıb. "Hər gün mandarin yeyənlə

.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometaboli

.

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

Hipertoniyaya qarşı təzyiq salıcı dərmanları günün hansı saatında içmək lazımdır ki, xəstələr özlərini qorusun?. -a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələ

.

Süni ət orqanizmə necə təsir edir? - Sınaqdan keçirildi: ŞOK NƏTİCƏ

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometaboli

.

Ət alanda bunlara DİQQƏT EDİN

Mütəxəssislər bazardan ət alarkən nələrə diqqət etməli olduğunu açıqlayıblar. -a istinadən bildirir ki, bazardan ət alarkən satıcıların malların təzəliyi ilə bağlı verdiyi zəmanətlərə etibar etməməlisiniz. Satıcıların ə

turlar.az

sonxeber.az yay kolleksiyasi kosmetika mehsullari geyim dəbləri geyim 2024 balqabağın faydaları cennet almasinin hazirlanmasi elm haqqinda atalar sozu kosmetika lakonizim əfsanələr tanisliq novruz bayrami hakisda novruz bayramına aid