Paltardakı hər növ ləkədən qurtulmaq üçün bunları edin

Paltardakı hər növ ləkədən qurtulmaq üçün bunları edinPaltarları ləklənməkdən qorumaq çox çətindir. Bəzən çox bahalı paltara düşən kiçik bir ləkə onun tamamile yararsız hala düşməsilə nəticələnir. Ancaq əksəriyyətiniz yəqin bilmirsiniz ki, hər ləkəni təmizləməyin öz üsulu var.

Yağ ləkəsi

Bəzən adi yağ ləkələri yuyulduqdan sonra yox olur. Əksər hallarda isə onları yumaqla təmizləmək mümkün olmur. Buna görə də paltarı yumazdan əvvəl ləkəni təmizləmək lazımdır. Ləkə düşən kimi onun üzərinə ya narın duz, ya təbaşir tozu, ya da diş tozu səpmək lazımdır. Bu maddələr yağı yavaş-yavaş özünə hopdurur - buna görə də ləkənin dərhal yox olmasını gözləməyin, bunun üçün bir neçə saat vaxt lazımdır. Əgər uzun müddət gözləmək imkanınız yoxdursa, paltarın ləkə düşən hissəsine həm altdan, həm də üstden "prisipka", yaxud diş tozu səpin, hər iki tərəfi siqaret kağızı və ya suçəkən kağızla örtün ve qaynar ütü ile ütüləyin. Əgər ləkə çox böyükdürsə, tozu ve kağızı bir neçə dəfə təzələyin. Paltardakı yağ lekesi köhnedirse, onu benzinle isladıb bir-iki saat gözledikden sonra her iki terefden kağız qoyub qaynar ütü ile ütülemek lazımdır. Eger lekeni bu üsulla temizleye bilmirsinizse, onda skipidar, benzin, yaxud asetondan istifade etmək lazımdır. Parçanın ləkəli hissəsinə altdan suçeken kağız qoyun, sadalanan maddələrin birinde isladılmış pambıqla ləkəni kənarlardan ortaya doğru silin. Kağız ve pambıq çirkləndikce təzəsi ilə əvəz olunmalıdır. Bundan sonra paltarı yuyun. Yuyulmaq üçün nezerde tutulmayan paltarı ləkənin yeri quruduqdan sonra ütüləməklə kifayetlənmək olar.

Yağlı boya ləkəsi

İstənilən növ parçadan olan paltara düşən yağlı boya ləkəsini benzin ve aseton qarışığı ile temizləmək olar. Parça ve yaxud pambığı bu qarışıqda isladıb ləkə düşən hisseni temizləyin. Hereketin ancaq bir istiqametde olmasına diqqet yetirin. Eger leke tezedirse, onu evvelce asetonla islatmaq, sonra benzinle silmek lazımdır. Lekeni temiz kerosine batırılmış pambıqla da təmizləyə bilersiniz. Sonra bu hissəni naşatır spirti ile yenidən sürtün. Əgər ləkə köhnedirse, onu təmizləmək daha çox vaxt aparar. Qurumuş ləkənin üzərinə əvvəlcə kərə yağı çəkin. Bir neçə dəqiqəı gözlədikdən sonra yumşalmış ləkəni benzinlə silin. Bir-iki saatdan sonra ləkənin yerini təmiz yuyucu soda ile silin. Adətən, bu proseslərdən sonra ləkə itir. Ləkənin tam təmizləndiyinə əmin olduqdan sonra paltarı adi qayda ilə yuyun.

Pas ləkəsi

Burda adi yuyulma heç cür kömək edə bilməz. Pas ləkəsini təmizləmək üçün sizə üzvi turşulardan istifadə etmək lazım gələcək. Bunun üçün oksalat turşusu, yaxud limon turşusu ilə sirkənin qarışığı yararlıdır. İstifadə edəcəyiniz turşunun dərəcəsi lekenin intensivliyinden asılıdır. Adeten, bu mehlulu hazırlamaq üçün bir stekan suya 2 qramdan 20 qrama qeder turşu elave etmek lazımdır. Mehlul saxsı ve ya farfordan olan qabda hazırlanmalıdır. Hazır mehlulu isitdikden sonra parçanın lekeli hissesini çox qısa müddete onun içine salın. Sonra ise bol su ile yaxalayın. Eger leke tam temizlenmeyibse, prosesi tekrar edin.
Pas lekesi süni renglenmiş parçaya düşübse, bu üsuldan istifade etmek olmaz. Burada size eyni nisbetde qarışdırılmış qliserin, sürtkecden keçirilmiş sabun ve su qarışığı kömek ede biler. Parçanın lekeli hissesini bu mehlulla sürtün, bir sutkadan sonra mütleq adi qayda ile yuyun. Eger sizde adını qeyd etdiyimiz turşular yoxdursa, onda qaynama heddine qeder qızdırılmış limon turşusundan istifadə etmək olar. Ağ parçalarda pas daha aydın görünür. Belə parçalardan ləkəni 1 stəkan suya qarışdırılmış 20 qram hidrosulfit məhlulu ilə təmizləmək olar. Məhlulu 60-70 dərəcə həddində qızdırdıqdan sonra ləkəli parçanı onun içinə salın, sonra isə yuyun. Bu məhlulu rəngli parçalarda istifadə etmək olmaz.

Giləmeyvə ve qırmızı şərab ləkəsi

Bir daha qeyd edək ki, ləkə qurumamış onun üzərinə narın duz səpmək lazımdır. Qırmızı şərab ləkəsini qaynar su ilə də təmizləmək olar. Bunun üçün parçanın ləkə düşmüş hissəsini tarım açıb, ləkə yox olana qeder üzərine qaynar su tökmek lazımdır. Əgər leke köhnədirse, hiposulfit, sulfit ve hidrosulfitli məhlullardan istifade etmek lazımdır. Bunun üçün bir stekan suya 3-5 qram turşu elave edin. Sonra pambığı bu mehlula batıraraq, lekeni kenarlarından ortaya doğru temizleyin. Unutmayın ki, bu mehlulu ancaq ağ parçalarda istifade etmek olar. Bu ləkələri qaynar südün köməyilə də təmizləmək olar. Bunun üçün parçanı bir neçə dəqiqəlik qaynar südün içine salın, sonra isə adi qayda ilə yuyun. Su ilə qarışdırılmış hidrogen peroksid ve naşatır spirti qarışığı da bu ləkələrin təmizlənməsində köməyinizə gələ bilər. Bu mehlulların istifadesinden sonra eşyanı əvvəlcə təmiz su ilə, sonra da adi qaydada yumaq lazımdır. Rəngli paltarlardan ləkəni aparmaq çox çətindir. Bu halda sizə qliserin, yaxud onun yumurta sarısı ilə qarışığı (1 hissə yumurta sarısı ve 2 hissə qliserin) işinizə yarayar. Ləkəni bir neçə dəfə bu maddədə isladın, 2-3 saat saxladıqdan sonra təmiz su ilə yuyun.

Mürəkkəb ve adi boya ləkəsi

Mürəkkəb ləkəsini (xüsusən isti-isti) təmizləməyə naşatır spirti və yaxud çay sodası mehlulu (1 stekan suya 2-3 çay qaşığı soda) kömək edə bilər. Ləkəni 6-10 qram oksalat, yaxud limon turşusu əlavə edilmiş, qızdırılmış 1 stəkan suyla təmizləyə bilərsiniz. Təmizləmədən sonra paltarı təmiz su ile yumaq kifayətdir. Ağ parçadan mürəkkəb ve boya ləkəsini aparmaq üçün 1 litr suya 30 qram quru xlor, 20 qram yuyucu toz elavə edin. Mehlulu bir neçə dəqiqə saxladıqdan sonra başqa qaba süzün ve istifadə edin. Bundan sonra parça əvvəlcə temiz, sonra isə sabunlu su ilə yuyulmalıdır. 1 stekan suda həll edilmiş 5-10 qram hidrosulfit mehlulunu 50-60 derece heddinde qızdıraraq bu ləkələri aparmaq üçün istifadə edə bilərsiniz. Parçanın ləkəli hissəsini bu məhlul olan qabın içinə salın ve təmizlənənə qədər gözləyin. Bundan sonra paltar yuyulmalıdır.

His ve qurum ləkəsi

Bu qara ləkələr istənilən parçada gözə çarpır. Əgər onları adi şotka ile sürtərək, təmizləyə bilmemisinizsə, skipidarda isladılmış pambıqla təmizləyin. Bundan sonra əşyanı ilıq sabunlu suda yumaqla təmiz olacağına əmin olun. Əgər bu proses ləkəni tam aparmağa kömək etməzsə, onda eyni nisbətdə qarışdırılmış yumurta sarısı ve skipidar qarışığından istifadə edin. Qarışığı ləkənin üzərinə çəkin, pambıq, yaxud şotka ile yüngülce sürtün ve təmiz ilıq su ilə yuyun.

Yumurta ləkəsi

İstər ağ, istərsə de rəngli parça olsun, fərqi yoxdur, eger üzerine yumurta lekesi düşübse, onu tecili temizləmek lazımdır. Çünki bələ ləkələr uzun müddət qaldıqda, yumurtanın zülal tərkibi həll olunmayan maddəyə çevrilir. Adətən, bu ləkələri suyla qarışdırılmış naşatır spirti ilə təmizləyirlər. Əgər ləkələr artıq köhnəlibsə, onda naşatır spirtini eyni həcmdə qliserinlə qarışdıraraq istifadə edin. Yalnız qliserindən, onu 35-40 dərəcə qızdırıb, istifadə etmək də olar. Pambığı ilıq qliserinə batırıb ləkəni silin ve 15 dəqiqəlik fasilədən sonra təkrar edin. Sonra paltarı yuyun.

Tər ləkəsi

Adətən, tər ləkəsi ipək paltarlarda qalır. Onları qatı xörək duzu məhlulu ilə təmizləmək mümkündür. Yun parçalardan belə ləkələri sabunlu suda isladılmış şotka ile təmizləmək olar. Bundan sonra isə oksalat turşusu məhlulundan istifade edin. Məhlulu sabunlu su ilə silinmiş hissəyə çəkin, sonra ilıq su ilə yuyun.

Ot ləkəsi

Açıq havada gəzintidə nə qədər ehtiyatla hərəkət etsəniz də, ot ləkələrindən tam xilas olmaq çətindir. Bu ləkələri tez bir zamanda adi yuyulma üsulu ilə təmizləyə bilərsiniz. Sabunlu suya naşatır spirti məhlulu əlave etsəniz, nəticə daha mükəmməl olar. Yumazdan əvvəl paltarın ləkəli hissəsinə naşatır spirti çəkmək olar. Ancaq bu halda paltarın rənginin getməyəcəyinə tam əmin olmaq lazımdır. Sirkə ile eyni nisbətdə qarışdırılmış oksalat turşusu da bu ləkələri aparmağa kömək edir.

Maraqlı     Baxılıb: 94408   Tarix: 16 mart 2016
f Paylaş

Oxşar xəbərlər

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

.

Daha 200 gənc Dövlət Proqramı ilə xaricdə oxuyacaq

"2022-2026 Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrind

.

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib - FOTO

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib. R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, onun Azərbaycand

.

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir. xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Müsabiqənin vakansiya seçimi mərhələsində vakant yer seçmək imkanı əvvəlc

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

Dünyanı dəyişən dörd elmi kəşf və Azərbaycan Prezidentinin fərmanı

Məlumdur ki, dünyanın dörd böyük kəşfinə kağızın ixtirası (2-ci əsr), kitab çapı (9-cu əsr), kompas (11-ci əsr) və barıt (12-ci əsr) aiddir. Bütün bu ixtiralar Çində edilmişdir, amma barıt ixtirasında birinciliyə Hindistand

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

turlar.az

sonxeber.az toy makiyajlari hamilelikde qidalanma yay kolleksiyasi abdulla saiq usaq serleri pilinqin hazirlanmasi hamiləlik və analıq münasibətlər kosmetika vetene aid bayatilar brusell bakteriyası kəlamlar seksual yemekler