Pambıq yağının faydaları

Pambıq yağının faydalarıPambıq yağı bir çox ölkələrin qida rasionunda günəbaxan yağı qədər məşhurdur. Pambıq yağından ən çox Birləşmiş Ştatlarda və Orta Asiya ölkələrində istifadə edilir. Pambıq yağından qida, kosmetik və kimya sənayesində geniş istifadə edilir. Pambıq yağı pambıq toxumlarından əldə edilir. Pambıq yağını rafinə etdikdə o öz qoxusunu itirir və şəffaf rəngdə olur. Bu səbəbdən də qida sənayesində rafinəedilmiş pambıq yağından istifadə olunur. Bu səbəbdən də mütəxəssislər rafinəedilmiş pambıq yağını almağı məsləhət görür. Qida sənayesində pambıq yağından tortların, piroqların, vaflilərin hazırlanmasında istifadə edilir. Ondan demək olar ki, bütün asiya mətbəxlərində istifadə edilir. Pambıq yağında bütün növ konditer məhsullarının hazırlanmasında istifadə olunur. Ondan tərəvəzlərin qızardılması zamanı da istifadə edilir. Pambıq yağı ilə tərəvəzlər marinadlaşdırılır, müxtəlif salatlar hazırlanır.
Faydalı tərkibi
Pambıq yağının tərkibində B, E, PP vitaminləri, doymamış yağ turşuları, Omeqa3 və Omeqa6 yağı var. Pambıq yağının tərkibinin 70%-ini A vitamini təşkil edir. Onun tərkibi faydalı doymuş və doymamış yağlarla zəngindir. Pambıq yağının tərkibində olan bəzi maddələr orqanizm tərəfindən istehsal olunmur. Bu çatışmazlığı pambıq yağından istifadə etməklə aradan qaldırmaq mümkündür.
Faydalı tərkibi
Pambıq yağı antioksidant maddələrlə zəngindir. Ondan istifadə eləmək damarların elastikliyini artırır və ürəyin işini yaxşılaşdırır.
Pambıq yağının tərkibində olan yağ turşuları iltihab əleyhinə və antihistamin təsirə malikdir. Onun tərkibində olan E vitamini orqanizmin qocalmasını ləngidir, immuniteti yüksəldir, sinir sistemini möhkəmləndirir. Pambıq yağının tərkibində olanlar qanda xolesterinin miqdarının azalmasına səbəb olur, qan damarlarında olan piy cisimciklərini əridir. Onun tərkibində olan doymamış yağ turşuları, turşular və D vitamini orqanizm tərəfindən kalsiumun, fosforun sorulmasını sürətləndirir və sümük toxumasını möhkəmləndirir.
Kosmetologiyada istifadəsi
Pambıq yağı dərinin qidalandırmaqla yumuşalmasına səbəb olur. O dəri tərəfindən asan sorulur. Bu yağdan balzamların, kremlərin, mazların, şampunların hazırlanmasında geniş istifadə edilir. Pambıq yağlı dərini elastikləşdirir, onun strukturunun möhkəmlənməsinə səbəb olur. Pambıq tərkibli maskalar üz və boyun bölgəsinin qidalanmasına, dərinin regenerasiyasının sürətlənməsinə səbəb olur. Onun tərkibində olan efir yağları dərinin alt qatlarına nüfuz edərək səpgilərin sağalmasına səbəb olur. Pambıq yağı dərini yumşaldır, saçların strukturunu sağlamlaşdırır, saçqıranların aradan qalxmasına səbəb olur. Pambıq yağından bir çox kosmetik vasitələrin hazırlanmasında istifadə edilir.
Pambıq yağının zərərli xüsusiyyətləri
Pambıq yağı orqanizmdə allergiya əlamətlərinin meydana çıxmasına səbəb ola bilir. Orqanizmə zərəri toxunmasın deyə təzə və rafinə edilmiş pambıq yağını almaq məsləhət görülür. Rafinə edilməmiş pambıq yağı kişi spermatogenezinə mənfi təsir edir, qadınlarda sonsuzluğun meydana çıxmasına səbəb olur. Bu yağdan ehtiyatla istifadə etmək lazımdır. Ondan davamlı olaraq və çoxlu miqdarda qəbul etmək məsləhət deyil.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1116   Tarix: 20 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

turlar.az

sonxeber.az qaşların formalari toy makiyaji sekilleri maskalar qaynar qazan qaymaqlı krem cins şalvar ilk öpüş kosmetika məsəllər masqalar vətən həsrəti veten haqqinda atalar sozleri veten