Pandemiyadan sonra şəkər və xərçəng xəstəliklərinin sayı kəskin artacaq – İnsanların immun sistemi məhv edildi

Pandemiyadan sonra şəkər və xərçəng xəstəliklərinin sayı kəskin artacaq – İnsanların immun sistemi məhv edildiİmmun sistemi həm elə güclü, həm də elə hissiyyatlı, zərif sistemdir ki, o insanın emosiya, həyat tərzi, yeməyi, gəzməyi, yuxusu, əhvalından belə asılıdır. İmmun sistemi əsasən vəzilər idarə edir.
Deyilənə görə, onun mərkəzi timus vəzidir.
İndi bütün həkimlər koronavirusla mübarizədə insanın immun sistemin gücünün vacib olduğunu bildirir. Kim güclüdürsə, o qalibdir.
Bəs 4 aydır karantin şəraitində yaşayan, bir çoxlarının işsiz qaldığı, hər gün koronavirusa yoluxma sayı və ağırlaşmaları barədə informasiya ilə gözünü açıb, bu xəbərlərin təşvişi ilə yuxuya gedən, daha doğrusu yuxusu ərşə çəkilən, aylardır gəzinti, xoş məclis görməyən, deyib gülməyən, gəzməyən, ürəyi açılmayan insanın immun sistemi çalışarmı?
Xüsusən yay aylarında immunitetin möhkəmləndiyi ərəfədir. Yazdan çıxmış bədən bu aylarda su, günəş, dəniz, qum, istirahət, bol meyvə-tərəvəzlə özünə gəlir. Və bu 3 ayda onsuz da zəif insanları. uşaqları daha da məhrum edib payıza zəifləmiş çıxarıb virusa yem etmək hansı tibbi qanuna sığır?
Milli.Az medicina.az-a istinadən bildirir ki, pandemiya bitərsə, bitəndən sonra növbəti 2 il ərzində dünya, həmçinin Azərbaycan əhalisi arasında psixoz, nevroz, infarkt kimi xəstəliklərin sayı artacaq, intiharlar çoxalacaq, 3 il sonra isə pandemiya yaşamış insanlar arasında şəkər və onkoloji xəstəliklər 3-4 dəfə artacaq.
Xüsusilə gənc insanlarda diabetin kökü məhz bu ərəfədə qoyuldu. Bu günündən və gələcəyindən narahatlıq və nagümanlıq, qorxu, həyəcan insanın bütün qan damar sistemini sıradan çıxarır, mədəaltı vəzin işini pozur, qanda daim stress hormonları normadan artıq olur, immun sistem sönür.
Araşdırmalara görə cəmi 2 həftəlik stress və qorxu insanın immunitetini 3 aylıq söndürür. Bu zaman insanı nəinki virus, hətta digər müxtəlif bakteriya, göbələk xəstəlikləri də tutur.
Orqanizmdə gizli və yatmış vəziyyətdə olan şiş hüceyrələri oyanır, onlara hücum edən qan hüceyrələri isə zəiflədiyindən vaxtında bunu aşkarlaya bilmir. Beləliklə, hər bir insanın zəif orqanı hansıdırsa, o hissədə şiş hüceyrələri aktivləşə bilər. Təbii ki, bir şişin yaranması üçün bir neçə il lazımdır.
Bu da təxminən 3 il ərzində baş verir.
Ona görə də düşünürük ki, bu aylarda insanların immunitetini qaldırmaq və nizamlamaq üçün tədbirlər görülməlidir. Bu isə psixoloji dəstək və insanları rahatladacaq tədbirlərdir. Hər bir insan stress səviyyəsini azaltmalı və özü də bu vəziyyətlə barışıb, sonrakı illəri düşünərək maksimum yaxşı düşünməli, yaxşı danışmalı və qorxunu minimuma endirməlidir.
Elə indidən nevroloq, psixiatr və psixoloq yardımlarından istifadə edərək yoxlanın və əsəbləri sakitləşdirəcək terapiyaya başlayın.
Eləcə də imkan tapan kimi təbiətə çıxın, yaşıllıqlarda çox olun, dəniz sahilinə gedin, idman edin, komediyalara baxın, gələcək üçün uğurlu planlar qurun, neqativi minimuma endirin. Telefon, internet və televiziyadan uzaqlaşın.
Su və tənəffüs prosedurları edin. Hava, günəş, torpaq enerjisi alın.
Nə edirsiz, necə edirsiz edin, gecə yatın. Gündə 8-9 saat yuxu almalısız. Yalnız yuxu sizin beyninizi neqativdən təmizləyəcək, killer hüceyrələr leykositlər bərpa olacaq. Yalnız yaxşı yuxu sizi pandemiyadan qoruya bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1132   Tarix: 27 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Orqanizmə faydalı 5 balıq növü

Həkimlər ən sağlam 5 balıq növünü müəyyənləşdiriblər.   -a istinadən bildirir ki, balıq aşağı kalorili, yüksək proteinli qidadır. Həkimlər həm böyüklərə, həm də uşaqlara bu məhsulu mütəmadi olaraq pəhrizlərinə daxil etməy

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Qeyri-sabit hava orqanizmə bu cür təsir edir – Həkim

Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur balansının pozulmasına gətirib çıxara bilər. Çox vaxt insanlar buna görə xəstələnirlər. xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, həkim-cərra

.

30 dəqiqədən artıq telefonla danışmaq

Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir. -a istinadən xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

.

Cinsi gücü artıran, orqanizmi gənc saxlayan qidalar – İllərə meydan oxuyun

Sağlam cinsi həyat psixi və fiziki sağlamlıq baxımından mühüm rol oynayır. Cinsi həyat stress kimi səbəblərdən təsirlənsə də, istehlak edilən qidalar da böyük əhəmiyyət kəsb edir. Tərəvəzlər və yağsız zülallarla zəngin, həmçini

.

Sarımsağı belə yetişdirin – Alma boyda olacaq

Sarımsaq yetişdirən insanlar əməklərinin nəticələrini geniş miqyasda görüşmək istəyirlər. Ancaq çox zaman istənilən nəticə əldə edilmir. Çünki bunun üçün düzgün yetişdirilmə forması vacibdir. .   -a istinadən xəbər verir ki

.

Həftədə neçə dəfə makaron yemək olar?

Makaronlar sağlam pəhrizin tərkibində ola bilər. Bir şərtlə ki, makaron bərk buğda növündən olsun. "Medicina"ya istinadən xəbər verir ki, dietoloq Uitni Linzenmeyer faydalı pasta və makarondan qaçmamağı tövsiy

.

Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ

Çoxlu miqdarda arağın çox tez içilməsi həyat üçün təhlükəli ola bilər. .   -a istinadən xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov spirtli içkinin ölümcül dozas

turlar.az

sonxeber.az qaşların formalari toy gecesi toy makiyajlari cennet almasinin murebbesi atalar sozleri ana haqqinda kişi psixologiyası bilik haqqinda atalar sozleri kosmetika atalar sozu vətən haqqında bayatı veten haqqinda bayatilar vidyolar veten haqqinda bayati