Payızda xroniki xəstəliklərə nəzarət qaydası

Payızda xroniki xəstəliklərə nəzarət qaydasıPayızda çox vaxt ürək-damar, tənəffüs və əqli xəstəliklər kəskinləşir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə oktyabrın 22-də rusiyalı kardioloq İrina Permikina danışıb.
O qeyd edib ki, xroniki xəstəliklərin müalicəsi mümkün deyil, lakin onların gündəlik həyata təsir dərəcəsinə nəzarət etmək olar. Mütəxəssis vurğulayıb ki, ürək və qan-damar sistemi ilə bağlı problemlərə görə, əhalinin 70%-ə qədəri mövsümi dəyişikliklərə həssasdır.
"Hipertoniyadan (yüksək qan təzyiqi) əziyyət çəkən bir çox xəstə temperatur dəyişdikcə dərman rejimini tənzimləməlidir. Özünüzü necə hiss etməyinizdən asılı olmayaraq, təzyiqi mütəmadi olaraq ölçmək vacibdir ki, onun artıb-azalması vaxtında aşkar edilsin, lazımi tədbir görülsün", - deyə o, xəbərdarlıq edib.
Həmçinin payız və qış aylarında soyuqdəymə və qrip geniş yayılır ki, bu da ürək-damar sisteminin vəziyyətinə mənfi təsir göstərir.
"Çoxsaylı tədqiqatların nəticələri ürək xəstəliyindən əziyyət çəkən xəstələr üçün qrip və soyuqdəymənin profilaktikasının vacibliyini nümayiş etdirir. Söhbət ilk növbədə qrip virusuna qarşı hər il vurulan peyvənddən gedir. Bu, ürək-damar ağırlaşmalarının inkişaf riskini 59% azaltmağa kömək edir", - deyə həkim bildirib.
Permikina həmçinin mövsümi affektiv pozğunluğun (SAD) pisləşməsinə işarə edib. Bu, günəş işığının olmaması səbəbindən depressiv emosional vəziyyətin meydana gəldiyi depressiyanın növüdür.
"SAD çox vaxt payızda ortaya çıxır və bəzi insanlarda apatiya yaza qədər davam edir. Bütün bunlar təkcə əqli deyil, həm də fiziki sağlamlığa mənfi təsir göstərir. Əgər emosional vəziyyətinizin pisləşdiyini görürsünüzsə, bu zaman edəcəyiniz hərəkətlərin planını hazırlamaq üçün psixoloqa müraciət edin", - deyə həkim əlavə edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 791   Tarix: 24 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Bu davranışlar ciddi xəstəliyə səbəb ola bilər

Əksər insanlar üçün adi görünən bəzi davranışlar obsesif-kompulsiv pozğunluqdan (OKB) əziyyət çəkən insanlar üçün ciddi problem hesab olunur. Başqa sözlə desək, OKB olan insanlar istər-istəməz təkrarlanan düşüncələri və b

.

Bu vərdiş diabet riskini azaldır

Alimlər deyirlər ki, sadə yemək vərdişi diabet riskini azaltmağa kömək edir.   -a istinadən bildirir ki, düzgün pəhriz şəkər səviyyənizi nəzarət altına almağa kömək edəcək. Son elmi araşdırmalar müəyyən bir pəhrizin diabe

.

Sarımsağı belə yetişdirin – Alma boyda olacaq

Sarımsaq yetişdirən insanlar əməklərinin nəticələrini geniş miqyasda görüşmək istəyirlər. Ancaq çox zaman istənilən nəticə əldə edilmir. Çünki bunun üçün düzgün yetişdirilmə forması vacibdir. .   -a istinadən xəbər verir ki

.

Siqareti tərgitdikdən sonra niyə kökəlirik?

"Siqareti buraxdıqdan sonra çəki artımı siqareti tərgitmə faktı ilə deyil, pis qidalanma vərdişləri (şəkər, duz və qızardılmış qidalardan sui-istifadə) ilə əlaqələndirilir". "Unikal"a istinadən xəbər veri

.

Çiyələyi bu qidalar ilə birlikdə yemək olmaz

Çiyələyin müəyyən qidalarla birləşməsi həzm problemlərinə səbəb ola bilər. .   -a istinadən bildirir ki, mütəxəssislər çiyələyi süd məhsulları ilə birləşdirməyi məsləhət görürlər. Ağciyəri toksinlərdən təmizləyən qidalar

.

Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ

"Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir". -a istinadən bildiri

.

Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI

Bəzən yetkin insanların bir çox məsələlərdə şəxsi rəyi olmur və özünü müdafiə edə bilmir. Məsələ burasındadır ki, bu xüsusiyyət gənc yaşda formalaşır.   -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər müstəqi

.

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Günün bu saatları dərs oxusanız, beyin

Qısa müddət sonra on birinci sinif şagirdləri buraxılış və qəbul imtahanları verəcək, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün isə yay sessiyası başlayacaq. Bir çox tələbə vərdiş etdiyi gecə dərslərində

turlar.az

sonxeber.az qis geyimləri 2024 sade makiyaj sekilleri yay geyimləri 2024 aciq zedelenmeler yaralar uze qulluq maskalari qüsl almaq qaydası karikatura kosmetika bayatılarımızda vətən həsrəti banan novruz bayramina aid qizliq perdesi pizza