Pəhriz saxlamaq hansı halda fəsad yarada bilər? - BUNLARI ETMƏYİN

Pəhriz saxlamaq hansı halda fəsad yarada bilər? - BUNLARI ETMƏYİNArtıq çəkidən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Lakin azçəkili olmaq müasir dövrdə sağlamlıq və gözəllik əlaməti hesab edilir, yəqin ki, yanılmarıq.
Artıq çəkili olmaq isə əksinə, bir çox xəstəliklərin xarakterik əlamətlərindən biri sayılır, həmçinin, vaxtından əvvəl ölüm və əlillik ehtimalını artırır.
İnsanlar artıq çəkidən daha "asan" yollarla uzaqlaşmağa çalışırlar. Onların yönəldiyi "möcüzəvi pəhriz"lər, "şok detoks"lar, "rahat arıqlama əlavələri" kimi yollar heç də özünü doğrultmur, əksinə qidalanma davranışının pozulmasına səbəb olur ki, bu da orqanizmdə ciddi fəsadlar yaradır. Kortəbii şəkildə edilən pəhrizlərin 95 faizi uğursuzluqla nəticələnir. Pəhriz sonrası ilk 1-5 il ərzində sürətlə itirilən çəki geri qazanılır. Bütün bu nəticələr isə ənənəvi pəhrizin faydasız olduğunu göstərir.
AQTA-dan Milli.Az-a verilən məlumata görə, tədqiqatlar göstərir ki, ənənəvi pəhrizlər vasitəsilə arıqlayan hər 10 nəfərdən yalnız biri pəhrizə son verdikdən illər sonra istədiyi çəkidə olur. Digərləri isə əvvəlkindən də artıq olmaqla itirdiyi çəkini geri qazanırlar.
Əslində pəhriz üçün əsas prinsip kalori qəbuluna nəzarətdir. Bu nəzarət düzgün edildikdə çəki itirmək mümkündür. Bunun üçün sağlam qidalanma həyat tərzinə çevrilməlidir. Kortəbii pəhrizlərdə edilən ən böyük səhvlərdən biri çox aşağı kalorili menyülər seçməkdir. Gün ərzində ac qalaraq arıqlamağa çalışmaq da yanlış yoldur. Çünki orqanizmin gündəlik yaşamaq üçün tələb etdiyi kalorini almaması pəhriz və sonrası dövrlərdə böyük fəsadlara yol aça bilər. Bundan başqa, aclıq orqanizmdə grelin hormonunun miqdarının artmasına səbəb olur ki, bu da beyində qidalanma istəyini stimullaşdırır. İnsan ac qalaraq orqanizmi daha çox yeməyə meylləndirmiş olur. Grelin hormonunun təsiri ilə orqanizm yüksək şəkərli və yağlı qidalara yönəlir.
Diyetoloqlar arasında "cəhənnəm effekti" deyə adlandırılan prosesin də başlıca səbəbi bu hesab oluna bilər. Bu proses pəhrizin kiçik bir pozuntusunda insanda "uyğunsuzluq" hissinin yaranmasına və qat-qat artıq kalori alacaq şəkildə yeməyə davam edilməsinə gətirib çıxarır.
Uzun müddətli saxlanılan və hansısa qidaları qadağan edən pəhrizlər metabolizmi zəiflədir. Sürətlə və daha çox çəki atan orqanizm artıq miqdarda su və əzələ itirdiyi üçün pəhrizə son verdikdən dərhal sonra bədənə suyu geri toplamağa başlayır. İtirilən əzələ və zəifləyən metabolizm səbəbindən insan əvvəlkindən də artıq çəki almış olur. Məlumdur ki, əzələlər orqanizmin tonusunu təmin edir. Buna görə də əzələ itkisi nəticəsində orqanizm tonusunu da itirmiş olur.
Diyetoloqların fikrincə, həftəlik 500-1000 q çəki itirilən, idmanla yanaşı davam edən uzunmüddətli, həmçinin tək növ deyil, qida rasionunda fərqli məhsullara yer verilən pəhrizlər daha etibarlıdır və nəticəsi effektivdir. Odur ki, tamamilə ac qalmaq faydalı deyildir.
Diyetoloq və həkim nəzarəti olmadan, kortəbii şəkildə edilən pəhrizlər bir sıra ciddi problemlərə yol aça bilər. Belə ki, tək tip qidalanma orqanizmdə metabolik, endokrinoloji, psixoloji problemlərə səbəb olur. Həmçinin tək tip qidalanmaqla uzunmüddətli davam edən pəhrizlər zamanı oynaq ağrıları, saç tökülməsi, əzələ tonusu itkisi, yüksək təzyiq, yaddaş pozuntusu və digər əlamətlər müşahidə olunur.
Bəzi kortəbii pəhrizlər zamanı, həmçinin vegetarian qidalanma rasionlarından ət və süd məhsullarının azaldılması və ya tamamilə imtina olunması nəticəsində orqanizmdə vitamin çatışmazlığı yaranır. Unutmayın ki, qida rasionundan çörək, düyü və digər karbohidrat mənbələrinin çıxarılması qanda şəkərin miqdarının kəskin azalmasına səbəb ola bilər.
Unutmayın ki, düzgün və balanslı qidalanma, müntəzəm fiziki aktivlik sayəsində sağlam orqanizmə sahib olmaq mümkündür. Buna görə də artıq çəki ilə effektiv mübarizə aparmaq üçün mütləq həkim və ya diyetoloqun nəzarəti altında fərdi qaydada pəhriz növü nəzərdə tutulmalıdır.
Qeyd edək ki, artıq çəki və obezlik ölüm riskinə görə dünyada beşinci yerdə dayanır. Hər il azı 2,8 milyon yetkin insan artıq çəki və ya obezlik səbəbindən həyatını itirir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1014   Tarix: 13 may 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

COVID-19-dan sağ qalanların 64 faizinin vəziyyəti bir il ərzində pisləşir – ARAŞDIRMA

San-Fransiskodakı Kaliforniya Universitetinin tədqiqatçıları ağır formada COVID-19-dan sağ çıxan insanların üçdə ikisinin bir ildən sonra sağlamlığının pisləşdiyini müəyyən edən bir araşdırma aparıblar.   -a istinadən xəbə

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı

Britaniya alimləri xərçəngin müalicəsində yenilik ediblər. -ə istinadən bildirir ki, onlar melanomaya qarşı unikal mRNT vaksini hazırlayıblar. Belə ki, onkoloji xəstəliklər hələ də ölüm səbəbləri siyahısında aparıcı yerlərdə

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

turlar.az

sonxeber.az gozel gorunmek maskalar toy makiyajlari qripdən qorunmaq is qurmagin yollari yuxuyozma dəri xəstəlikləri kosmetika sağlamlığın sirleri ziyafet geyimleri gözəllik tərəzi bürcü bayati