Pəhriz zamanı dadlı yeməklər yeyin

Pəhriz zamanı dadlı yeməklər yeyinHər bir pəhriz aclıq, halsızlıq və stress deməkdir. Xörəkləri tərəvəzlərlə əvəz edib, duzu, yağı, çörəyi rasiondan çıxartmaq isə ləziz yeməkləri xoşlayan insan üçün əsl dəhşətdir. Arıqlamaq naminə gecələr ac yatmaq insanın yuxusuna da haram qatır. Bu rejim işgüzar insanın fəaliyyətinə də mənfi təsir edir. Bəs elə isə dadlı yeməklərdən imtina etmədən, necə arıqlamaq olar?
Milli.Az axşam.az-a istinadən bir çox qidalardan imtina etmədən saxlaya biləcəyiniz pəhrizi təqdim edir.
Pəhrizin məqsədi:
Bu pəhriz arıqlamağı problem edib, nəfsini cilovlaya bilməyən, iradəsiz tənbəllər üçün nəzərdə tutulub.
Dietik reseptlər:
Səhər acqarına meyvə yeyin, ya da istədiyiniz tərəvəzin şirəsini için.
Paştet:
Yağsız kəsmik və soyutma mal ətini maşından keçirib, 20 qr. süd ilə qarışdırın. Qarışığa xırda doğranmış şüyüd əlavə edib, zövqə görə duz və istiot tökün. Alınmış qarışığı istədiyiniz formaya salıb, süfrəyə verə bilərsiniz.
Soyutma balığı və yumurtanı ət maşınından keçirib, qarışığa 2 xörək qaşığı süd və xırda doğranmış cəfəri əlavə edib, qarışdırıb, formaya salın.
Salat:
Kələmin yarpaqlarını yuyub, qurulayıb, qaynar dəmirin üzərində qızardın. Kənarda ağ, duzsuz və
yağsız pendiri əzib, içinə krab çubuqları, doğranmış şüyüd və fındıq (badam) əlavə edib, qarışdırın. Duz və istiot çox az vurulur. Qarışıq kələmin içinə yerləşdirilib, bükülür və bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verilir.
İsti yemək:
Balığı doğrayıb, duzlayıb, üzərinə yarım limonun şirəsini sıxın. Bir stəkan suya töküb, bişirin. Başqa qazanda isə 50 qr. yuyulmuş düyüyə xırda doğranmış tərəvəzlər, yarım stəkan ət bulyonu və 1 stəkan su töküb bişirin. Düyünü balıqla birgə boşqaba çəkib, süfrəyə verin.
Şirniyyatdan imtina edə bilməyənlərə:
Desert:
• Almaların qabığını soyub, iki yerə bölüb, tumunu və saplağını təmizləyib, üzərinə darçın töküb,
ağzıaşağı vəziyyətdə qazana yerləşdirin. Üzərinə yarım stəkan su töküb, vam odda bişirin. Desert
süfrəyə isti və soyuq halda verilə bilər.
• Meyvələri xırda-xırda doğrayıb, üzərinə qatıq (yoqurt) və bəhməz (bal) töküb, qarışdırın. Süfrəyə verəndə üzərinə fındıq (badam) rəndələyin.
Kokteyl:
• Yarım stəkan südün içinə sürtgəcdən keçirilmiş istənilən meyvəni (banan, əncir və üzümdən başqa) əlavə edib, darçın səpib, süfrəyə verin.
• İstədiyiniz meyvələri (banan, üzüm və əncirdən başqa) şirəçəkən maşından çəkib, içinə 1 çay qaşığı dondurma və çərəz əlavə edib, qarışdırın.
Diqqət!
• Pəhriz ərəfəsində ayaqüstü qəlyanaltıdan imtina etmək, şəkəri, duzu azaltmaq, çörəyi lavaşla və ya suxarı ilə əvəz etmək məsləhətdir.
• Gün ərzində aclıq hiss edirsənsə, qatıq ye, qara, yaşıl, meyvəli və ya bitki çayı iç.
• Axşam 6-dan sonra dəhşətli aclıq hiss edirsənsə, desert ye, ya da kokteyl iç.
Pəhrizin nəticəsi:
• Artıq çəkidən xilas olmaq
• Özünü rahat və yüngül hiss etmək
• Qarın və aşağı ətrafdakı piyləri "yandırmaq"
• Sellülitdən azad olmaq
• Dərinin elastikliyini qorumaq
• Aşağı ətraflarda dəri yığılmasını və çöküntüləri hamarlaşdırmaq
• Təmiz və təravətli üz dərisinə sahib olmaq.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 927   Tarix: 07 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı

Britaniya alimləri xərçəngin müalicəsində yenilik ediblər. -ə istinadən bildirir ki, onlar melanomaya qarşı unikal mRNT vaksini hazırlayıblar. Belə ki, onkoloji xəstəliklər hələ də ölüm səbəbləri siyahısında aparıcı yerlərdə

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

turlar.az

sonxeber.az gozel gorunmek geyim seçimi yay geyimləri 2024 nermin ibrahimova dunyanin en seksual qadinlari heyatda oz yerini tapan insan xosbextdir uşaq psixologiyası kosmetika cantalar burclerin uygunlugu qogal vətən həsrətinə aid bayatılar heyati