Pərpətöyün turşusu

Pərpətöyün turşusuPərpətöyündən sarımsaqlı qatıqla salat hazırlamaqdan savayı daha nə etmək olar? Əlbətdə ki turşuya qoymaq. Hazırlayın, çox güman ki bu dadına baxdığınız ən ləzzətli şey olacaq. Mən bu dadı çox sevirəm. Xırçıldayan, xoş turşməzə, maraqlı tamı olan pərpətöyün turşusu xüsusi ilə ət yeməkləriylə birgə yeyiləndə gözəl olur.

Tərkibi:

2 litrlik banka üçün
1 kq pərpətöyün (gövdə və yarpaqlarıyla birgə)*
5-6 diş sarımsaq 4 quru dəfnə yarpağı
5-6 qara istiot dənəsi
3 xörək qaşığı iri xörək duzu
4 fincan üzüm sirkəsi ilə 2 fincan suyun qarışığı

Hazırlanması:

Qaynar suda istifadə ediləcək banka sterilizə edin və tamamilə qurudun. Pərpətöyünün kökünü kəsib təmizləyin. Yarpaqlarından və gövdəsindən torpaq təmizlənənə qədər yaxşıca yuyun. Aşsüzəndən suyunu tamamilə süzün.

Pərpətöyünü bankaya yığın,sarımsaq,dəfnə yarpağı,istiot dənələri və duzu üzərinə əlavə edin. Sirkə+su qarışığını bankadakı pərpətöyünün üzərinə çıxanadək tökün. Bankanın ağzını möhkəm bağlayın. Ədviyyat bankanın hər tərəfinə bərabər yayılsın deyə bir neçə dəfə yüngülcə bankanı o yana-bu yana çevirin. İstifadə etməzdən öncə ən azı 4-5 gün sərin yerdə saxlayın.

*Konservləşən zaman pərpətöyün az bir vaxtda büzüşüb yığılır, yaxşı olar ki soyuducuda əlavə pərpətöyün saxlayasız və lazım olanda təzə pərpətöyünü əvvəlkinin üzərinə əlavə edib bankanı doldurasız. /azcookbook.com/

Mətbəx     Baxılıb: 19740   Tarix: 03 noyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Mandarin Bulgur Salat Resepti

Mandarin Bulgur Salat Resepti üçün Tərkibi. Salat üçün:. 2 -ci. su şüşəsi. bulgur başı. 4. nömrə. Mandarin. 2 -ci. çay qaşığı. duz. bir. nömrə. yerkökü. 6. nömrə. quru pomidor. bir. bağlamaq. təzə nanə. Sos üçün:. 1 çay fincanı

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

turlar.az

sonxeber.az hamiləlik donlar 2024 geyim dəbləri tutma reseptleri moda masqalar yuxa tortu kosmetika rus dilin nece orenek bürclər sirniyatlar səməd vurğun kəlamlar