Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhət

Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhətDəriyə qulluq prosedurlarından biri də pilinqdir. Pilinq nədir və hansı növləri var? Müxtəlif dəri tipinə uyğun pilinqlər hansıdır? Həkim-kosmetoloq Aynur Kazımova bu mövzu ilə bağlı bilməli olduğunuz hər şeyi yeni yazısında qələmə alıb.
"Grncaile.az" saytı həmin yazını təqdim edir:
Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhətPilinq – dərimizin üst qatındakı buynuzlaşmış dəri hüceyrələrinin təmizlənməsi prosedurudur. Pilinq ingiliscə "peel" sözündən götürülüb və mənası təmizləmək, soymaq deməkdir. Pilinqin əsas məqsədi dəri keyfiyyətini yaxşılaşdırmaq və müəyyən problemləri aradan qaldırmaqdır. Bu məqsədlə müxtəlif pilinq növlərindən istifadə olunur.
Dərimizin epidermis – üst dəri təbəqəsinin hüceyrələri requlyar olaraq yenilənir. Cavan yaşlarda bu proses normal 28-30 gündən bir baş verir. Lakin yaş keçdikcə proses zəifləməyə başlayır. Bu səbəbdən pilinq prosedurlarının köməyi ilə dəri səthini ölmüş hüceyrələr təbəqəsindən təmizləyirik.
Təsir göstərdiyi dərinlikdən asılı olaraq pilinqlərin səthi, orta və dərin növü var.
Təsir formasına görə mexaniki, kimyəvi, aparat və lazer pilinqləri var.
Mexaniki pilinq
Mexaniki pilinqlərə skrablar aiddir. Onlar ev şəraitində də həftədə 1-2 dəfə istifadə oluna bilər. Dərinin üst qatını təmizləmək, hüceyrə yenilənməsini stimulyasiya etmək üçün işlənir.
Aparat pilinqi
Aparat pilinqlərinə mikrodermabraziya, braşinq və ya brosaj, ultrasəs pilinq prosedurları aiddir.
Apparat pilinqlərinin təsiri nəticəsində toxumalarda qan dövranı yaxşılaşır, dəri və məsamələr təmizlənir. Prosedurdan sonra dəri daha hamar olur. Çox həssas, iltihab əlamətləri olan dərilərdə bu prosedurları aparmaq məsləhət deyil.
Brosaj proseduru xüsusi avadanlıq və fırçaların köməyi ilə aparılır. Fırça üzdə dairəvi hərəkət etməklə dəriyə mexaniki təsir göstərir və üst dəri təbəqəsindəki hüceyrələri yeniləyir.
Mikrodermabraziya yüngül dəri cilalanması prosedurudur. Prosedur xüsusi aparat başlığı və kristal hissəcikləri ilə aparılır.
Ultrasəs pilinq səthi pilinqlərə aiddir. Ultrasəs dalğalarının təsiri ilə dərinin üst qatındakı buynuzlaşmış hüceyrələr təmizlənir. Çox vaxt üz təmizləmə proseduruna hazırlıq mərhələsində, üzə qulluq proqramlarında istifadə olunur.
Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhətKimyəvi pilinqlər
Kimyəvi pilinq proseduru zamanı xüsusi tərkibli preparatlar istifadə olunur. Bu preparatların təsiri həkim tərəfindən kontrol olunur və dəridə regenerasiya prosesləri aktivləşir ki, nəticədə dəri tez bir zamanda yenilənir.
Kimyəvi pilinqlər də təsirinə görə səthi, orta və dərin pilinqlərə bölünür.
Səthi pilinq prosedurunda qlikol, badam, süd turşusu və s. pilinqləri istifadə olunur. Bu zaman dərinin yalniz üst təbəqəsinə təsir göstərilir. Pilinqdən sonra dəri rəngi və teksturası yaxşılaşır. Səthi pilinqlər kurs şəklində olunmalıdır. 3-7 prosedur və 7-10 gündən bir təkrarlanmalıdır.
Orta pilinqlər daha dərin dəri qatlarına təsir göstərir. Bu zaman daha yüksək konsentrasiyalı preparatlar istifadə olunur. Bu pilinqlərin köməyi ilə piqment və post-akne ləkələrini təmizləmək, kiçik qırışları yox etmək dərin qırışları azaltmaq olar. Prosedurdan sonrakı reabilitasiya dövrü 7-10 gün çəkir.
Dərin pilinqlər daha aqressiv və dərin qatları zədələyən pilinq növüdür.Prosedurdan sonra reabilitasiya periodu digər pilinqlərdən fərqli olaraq uzun çəkir və düzgün aparılmadıqda müxtəlif ağırlaşmalar verə bilir. Çox vaxt dərin qırışları açmaq və liftinq effekti almaq üçün istifadə olunur.
Lazer pilinqi
Lazer pilinqi lazer şüalarının təsiri ilə aparılır.
Karbon pilinqi
Bu prosedur zamanı üzə gel şəkilli maska çəkilir. Bu maska məsamələrdən keçərək dərinin üst qatına daxil olur və lazer vasitəsilə təsir göstərdikdə üst dəri təbəqəsi və məsamələr buynuzlaşmış hüceyrə təbəqəsindən təmizlənir.
Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhətPilinq nə üçün lazımdır?
Dərini yeniləmək, dəri rəngini bütün üzdə bərabərləşdirmək
Dəri regenerasiyasını aktivləşdirmək
Elastin və kollagen sintezini stimulyasiya etmək
Yağlı dərilərdə yağlılıgı azaltmaq
Piqment ve post-akne ləkələrin rəngini açmaq ya da tamamilə yox etmək
Dəri yaşlanmasının profilaktikası
Kiçik qırışları açmaq və s.
Pilinq prosedurundan sonra xoşagəlməz halların qarşısını almaq üçün müəyyən qaydalara əməl etmək lazımdır.
Kimyəvi pilinq proseduru payız və qış fəsillərində aparılmalıdır.
Aparat və mexaniki pilinqlər yaz və yay aylarında oluna bilər, yalnız bu zaman üz dərisinə günəş şüalarından qoruyucu faktoru olan SPF kremlər çəkilməlidir.
Pilinq prosedurlarından sonra dəridə qabıqlanma-yenilənmə baş verir. Bu zaman səbirli olub həmin qabıqlanmış dərini qoparmamalıyıq. Əks halda regenerasiya prosesləri zəifləyir və xoşagəlməz hallar baş verir.
Prosedurdan sonrakı reabilitasiya dövründə yalnız həkimin məsləhət bildiyi regenerativ kremlərdən istifadə etmək məsləhətdir.
Əvvəldə qeyd etdiyim kimi pilinq dərinin yenilənməsi prosedurudur. Hər bir dərinin pilinq proseduruna ehtiyacı var. Lakin dəri növləri müxtəlif olduğu kimi onlara uyğun pilinq növləri də düzgün seçilməlidir.
Dərinizə uygun düzgün və effektiv prosedurların seçilməsi üçün mütəxəssislərə müraciət edin. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 5292   Tarix: 04 oktyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

Koreyalı qadınların 4 cavanlıq sirri

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınlar

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

turlar.az

sonxeber.az kosmetik vasiteler geyim və ayaqqabılar donlar 2024 gənc qızlar üçün saç düzümləri geyim qaydaları qonaq otaqi dizayni pnevmoniya xesteliyi kosmetika kondom nedir intim nizami gencevi vətənə aid qurd ve quzu