Pis tər qoxusunun 9 SƏBƏBİ

Pis tər qoxusunun 9 SƏBƏBİTər qoxusu ilə mübarizədə bir çox vasitədən istifadə edirik. Bəs bəzi insanların tərindən, ümumiyyətlə, iy gəlmədiyini bilirdinizmi?
Alimlərin apardığı araşdırmalar nəticəsində avropalıların 2 faizinin və asiyalıların isə böyük əksəriyyətinin zülal daşıyıcı hüceyrələrin çatışmazlığı səbəbindən tər iyi vermədiyi məlum olub. Təəssüf ki, bu məsələdə hamı şanslı deyil.
Amma sizə yaxşı bir xəbərimiz də var. Tər qoxusunun gəlməməsinə nəzarət etmək insanın öz əlindədir. Pis qoxunun yayılmasına tər deyil, bakteriyalar təsir göstərir. Publika.az-ın sağlamlıq bölməsi tər qoxusunun qarşısını almağın üsullarını təqdim edir:
Sevdiyi adamla, ya da dostu ilə görüşə gedərkən tərləyən tək siz deyilsiniz. İnsanların böyük bir hissəsi stressli vəziyyətlərlə qarşılaşdıqda tərlədiyini deyir. Bu zaman hətta əllər, ayaqlar da tərləyir. Stressli vəziyyətlərdə yüksələn kortizol hormonu tər vəzilərinin daha sürətli işləməsinə səbəb olur. Tər paltarlara hopduqda bakteriyalarla birləşir və pis qoxunun yaranmasına gətirib çıxarır.
Yeni paltarlar da tər qoxusunun yayılmasına səbəb ola bilər. Bəzi parçalar dərinin nəfəs almasına mane olur. Yun parçalar isə tərin buxarlanmasını təmin edir. Bu da köynəyinizin pis iy verməsinə səbəb olur.
Polyester, sintetik, süni ipək kimi parçalar digərlərindən daha xoş görünsə də, təri əmmədiyi üçün daha da pis qoxunun yayılmasına səbəb olur.
Alimlərin fikrincə, bakteriyaların "ən sevdiyi" parça sintetikdir.
Antiperspirantlar daha pis qoxunun gəlməsinə səbəb ola bilər. Çünki antiperspirant, dezodorant, bədən lasyonu və bədən geli kimi bəzi kosmetik məhsulların tərkibindəki maddələr bakteriyaları bəsləyərək çoxalmasını təmin edir və nəticədə daha pis qoxu yayılır.
Həkimlər bədən qoxusundan şikayət edən şəxslərə qoltuq altını yalnız su ilə yuyub silməyi tövsiyə edirlər. Əgər bu kifayət etmirsə, suyun içərisinə limon və ya alma sirkəsini damcı-damcı töküb qoltuq altını təmizləyə bilərsiniz. Limon suyu və alma sirkəsinin içərisindəki turşu bakteriyaları öldürüb qoxunu yox edəcək.
Pəhriz, hamiləlik, allergiya əleyhinə həblər kimi bir çox dərman növü tərləməyə səbəb olur. Bu baxımdan içdiyimiz bir çox dərmanlar tərləməyə səbəb olduğu üçün pis qoxular yaya bilər.
Bol sarımsaq yemək də ertəsi gün xoşagəlməz qoxunu lap dözülməz həddə çatmasına səbəb olur.
Alimlər maqnezium çatışmazlığı olan insanların daha çox bədən qoxusundan şikayət etdiyini açıqlayıb.
Qida rejiminizdə toksin ehtiva edən heç bir qida yer almasa, bir neçə gün içərisində maqnezium sayəsində daha xoş qoxa bilərsiniz. Yəni, sağlam qidalansanız və bir neçə tikə tünd şokolad yesəniz, sizdən şəkər kimi xoş qoxular gələcək.
Vegeterianlar və ət yeyən insanlar arasında pis qoxu mübahisəsi də öz elmi sübutunu tapıb.
Bəzi insanlar bədənlərinin quruluşuna görə çox miqdarda protein ehtiva edən yumurta, balıq, böyrək və paxlakimilər fəsiləsindən olan qidaları həzm edə bilmir. Nəticədə bəndəndən balığın qoxusunu xatırladan pis qoxular gələ bilər. Həmçinin, sağlam qidalanma mütəxəssisi Dana Ullman yüksək zülallı qidaların asan həzm olunması üçün intensiv metabolik fəallıq tələb etdiyini, bu vəziyyətdə də xoş olmayan bədən qoxuları ortaya çıxdığını bildirib.
Süfrənizdə duran şirniyyatlar pis qoxulara səbəb ola bilər.
Bakteriyalar da insanlar kimi şirin şeyləri çox sevirlər. Çox şəkər yeyərkən bunlar sizə yalnız artıq çəki ilə nəticələnmir, eyni zamanda hədsiz mayalanmaya səbəb olur. Bu mayalanma prosesində şəkəri spirtə çevrilir və son dərəcə pis qoxular əmələ gətirir.
Tualet vərdişinin də olmaması pis qoxulaya səbəb ola bilər. Belə ki, sidiyi və ifrazatı uzun müddət saxlamaq stress və tərləmə ilə nəticələnir. Alimlər ciddi qəbizlik kimi problemlər yaşayan insanların həzm sisteminin aşkara çıxardığı toksinlərin dəri üzərindəki məsamələr yolu ilə bayıra atıldığını və bu vəziyyətində insanların ifrazat kimi iy verməsinə səbəb olduğunu bildirir.
Həmçinin sidiyi həddindən artıq saxladıqda, dəri məsamələrindən çıxan toksinlər də sidik iyinə yaxın olur.
Kartof qızartmasının da tər iyinə təsir etdiyindən xəbəriniz var?
Aparılan araşdırmalara görə, kartof qızartması eynilə digər ədviyyatlar kimi pis tər qoxusuna səbəb ola bilər. Tədqiqatçılara görə, qızarmış kartof , yağ və qızarmış qidalar həzm sisteminə pis təsir göstərir.

Xəbərlər     Baxılıb: 1409   Tarix: 24 fevral 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yorğun olanda gözlərimizi ovuşdurmağın SƏBƏBLƏRİ

Alimlər çoxlu araşdırmalar aparıb və gözlərin ovuşdurulmasının bir neçə səbəbini tapıblar. .   -a istinadən bildirir ki, yeni doğulan körpələr gözlərini ovuşdurursa, bu yorğunluğun açıq əlaməti və yuxu vaxtının gəldiyin

.

Həkim: "Estetik əməliyyat etdirənlər öncə psixiatra müraciət etməlidirlər

"Ruhi xəstələrin arasında kriminal hadisələri törətmək üzrə birinci yerdə baş beyində üzvi xəstəlik olan insanlar dayanırlar. Bunlar kimlərdir? Birinci növbədə nə vaxtsa kəllə-beyin zədələnməsi keçirmiş insanlar. İkinc

.

Kartofun kişilərə faydası - Cinsi aktivlik

Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə də məlhəm olur. axşam.az-a istinadən kartof haqqında bilmədiyiniz yeni məlumatlar təqdim edirik:. 1. Gün işığı və istilik kartofun tərkibində solanin maddəsini

.

Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR

Xorlama xərçəng də daxil olmaqla bir neçə xəstəliklərin mövcudluğunu göstərə bilər. . -a istinadən xəbər verir ki, bunu tanınmış nevroloq Olqa Zinçeva deyib. . Həkimin sözlərinə görə, bəzən xoruldama endokrin xəstəliklərlə

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Təbii üsulla göz xəstəliklərini necə müalicə etmək olar?

Bütün xəstəliklərin dərmanı təbiətdə gizlidir. Məsələn, aloe bitkisi faydalı xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin, o cümlədən göz zəifliyinin dərmanıdır. axşam.az-a istinadən bildirir ki, hər gün kompüterdən v

.

Sarımsağın ziyanları

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi təsiri var. Xüsusən ac mədəyə və gün ərzində çox miqdarda çiy sarımsaq yemək fəsadlar törədə bilər. axşam.az-a istinadən sarımsağı

.

Orqanizmi zamanla dağıdıb məhv edən qidalar

Yeməyə vərdiş etdiyimiz, süfrəmizdən əskik etmədiyimiz qidalar birdən yox, zamanla, asta-asta orqanizmi daxildən dağıdır. -a istinadən xəbər verir ki, adı açıqlanmayan diyetoloq bu qidalar barədə xəbərdarlıq edib:. "Yediyimi

.

Qara zirənin inanılmaz faydaları - Hər gün səhər acqarına

Təbii dərman kimi istifadə olunan qara zirə(çörəkotu) əsrlər boyu alternativ təbabətdə istifadə olunur. Hazırda da qara zirə həm müalicə məqsədi, həm də ləzzətli dadına görə tez-tez yediyimiz yeməklərdə istifadə olunur. Anca

turlar.az

sonxeber.az qadin dunyasi geyim və ayaqqabılar donlar 2024 qadın və cəmiyyət hipertoniya xəstəliyi fantaziya qazan kotleti kosmetika sağlamlığa aid atalar sözləri dieta burcler vətən anabaci