Pis yuxu görənlər bunu MÜTLƏQ ETMƏLİDİR

Pis yuxu görənlər bunu MÜTLƏQ ETMƏLİDİRYuxu - insan həyatının bir hissəsini təşkil edir. İnsan ömrünün üçdə biri yuxuda keçir. İnsan yuxuda müxtəlif röyalar görər. Lakin insanlar yuxunun həqiqətindən qafildirlər.

xanim.az deyerler.org-a istinadən bildirir ki, filosoflar və alimlər tarix boyu bu haqda müxtəlif nəzərlərə malik olmuş və yuxunun həqiqətini açıqlamağa çalışmışdılar. Əslində yuxunun həqiqətini tapmaq - insanın həqiqətini tapmaq olardı. Çünki yuxu - insan varlığının bir hissəsini təşkil edir.
Biz yuxu aləmində səfərə gedirik. Dost və düşmən oluruq. Nəyisə əldə edir və ya əldən veririk. Yuxularımızın bəzisi zaman keçdikcə dəyişir.
"Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır". ("Zumər" 42).
Allah Təala bu ayədə yuxunun həqiqətini açıqlayır və buyurur ki, yuxu bir növ ruhun qəbz olunmasıdır. Yəni ruh bədəndən ayrılar, ancaq tamamilə deyil. O zaman ki, ruh bədəndən ayrılar, zəif şüasından başqa bədəndə bir şey qalmaz. Şüur işdən düşər və insan hissiz olar. Baxmayaraq ki, həyatı üçün zəruri olan orqanlar işləyər, lakin ruhu bədənində olmaz.
"Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir". ("Ənam" 60).
Yuxuda insanın bədəni yerdə olar, ruhu isə göyə qalxar, sonra isə qayıdar. Yuxuda olan insan ölüyə bənzəyər. Əshabi-kəhfin yuxusu kimi. Onların yuxusu o qədər uzun olub ki, 309 il çəkir.
"Və (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik. Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı. Əgər onlardan xəbərin olsaydı (və bu səhnəni yaxından görsəydin), şübhəsiz, qaçaraq onlara arxa çevirərdin və bütün vücudun onlardan qorxu ilə dolardı". ("Kəhf" 18).
Məsumlar (ə) bizə tövsiyə edir ki, hər şeydə mötədil olduğumuz kimi yuxuda da mötədil olmalıyıq. Peyğəmbər (s) buyurur: "Allah üç şeyi sevir: az danışmaq, az yatmaq, az yemək". "Ümmətim üçün qorxduğun ən pis şeylərdən biri çox yatmaqdır".
İmam Sadiq (ə) buyurur: "Nə zaman kimsə pərişan yuxu görsə, yuxudan ayılıb böyrü üstə çönsün və bu ayəni oxusun: "Şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün (kafirlərin və münafiqlərin etdikləri) pıçıltı - şeytandandır. Halbuki, (şeytan və o pıçıltılar) Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər". ("Mücadilə" 10). Həzrət (ə) buyurur ki, bundan sonra deyin:
عاذت به ملائکة الله المقربون وانبیائه المرسلون وعباده الصالحون ومن شرما رایت ومن شر‌الشیطان‌ الرجیم
O şeyə ki, Allahın yaxın mələkləri və mürsəl peyğəmbərlər (ə) pənah aparmışdı, pənah aparıram, gördüyüm yuxunun şərindən və rəcim şeytanın şərindən".

Mətbəx     Baxılıb: 2607   Tarix: 29 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

turlar.az

sonxeber.az qadin dunyasi gozel gorunmek hamiləlik çanta islamda hicab ayaqqabı yay donları 2024 kosmetika ginekoloq kokelmek arxadan olmaq gözəllik qz eviyçun hakışta