Plastik əməliyyatsız dodaqlara həcm verən botoks effetli 3 məşhur maska

Plastik əməliyyatsız dodaqlara həcm verən botoks effetli 3 məşhur maskaBiz, Qadın.az olaraq sizə 3 effektiv (təbii vasitələrdən ibarət) maska resepti təqdim edirik. Maskalar dodaqlarınıza qulluq etməklə yanaşı onların həcmli olmasına da kömək edir.

Evdə hazırlanan darçınlı skrab
Darçın - dərini mÖhkəmlədir və dodaqda şişkinlik yaradır,cünki dərinin ədviyyatlara qarşı reaksiyası azacıq yanma hissi ilə özünü göstərir.

Sizə lazım olanlar:

- 2 x.qaşığı qəhvəyi şəkər

- 1 x.qaşığı üyüdülmüş darçın

- ½ x.qaşığı zeytun yağı

- ½ x.qaşığı bal

Sadalanan bütün inqredientləri həmcins kütlə alınana qədər qarışdırırıq, səliqəli şəkildə dodağa çəkib, barmaq uclarımızla 3 dəqiqə yüngül massaj edirik. Skrabı yuduqdan sonra dodağa nəmləndirici balzam çəkilir.

Evdə darçın və E vitamini ilə hazırlanan balzam
Darçın balzama dodağın həcminin artırılması effekti ilə yanaşı gözəl ətir də verir, E vitamininin isə həcmin daha uzun müddətli, eləcə də qoruyucu və qidalandırıcı təsiri vardır
Sizə lazım olanlar:

4 x.qaşığı təbii hindqozu yağı

1,5 x.qaşığı qranul şəkilində arı mumu

E vitamini 2-3 kapsula

¾ x.qaşığı bal

15 damcı darçın (efir yağı)

Boş krem qabı

Su hamamında hindqozu yağı və arı mumunu əridirik və kənarda soyumağa qoyuruq.E vitamini,bal və efir yağını əlavə edib qarışdırırıq.Həmcins kütlə alınıb artıq.Boş krem qabına hazırladığımız qarışımı töküb,soyuduruq.

10-15 dəqiqədən sonra balzam soyuyur və artıq istifadəyə hazır olur.Kərə yağına bənzər teksturası vardır.İstədiyiniz kimi istifadə edə bilərsiniz.

Qırmızı istiot maskası

Qırmızı istiot -dodaqlar da güclü reaksiya yaradır. Temperaturun yüksəlməsi nəticəsində o dodaqların dərisinə qan axını gücləndirir, təqribən bir dəfə yarım həcminin artırılması effekti yaradır. Lakin yanma hissinə öyrəşmək lazımdır, İstiotun verdiyi yanma hissi sizdə diskomfort yarada bilər, amma bu dəyər.

Sizə lazım olanlar:

3 x.qaşığı vazelin

1,2 çimdik üyüdülmüş qırmızı istiot

1 ç.qaşığı bal

Sadalanan bütün inqredientləri həmcins kütlə alınana qədər qarışdırın.Fikir vermək lazımdır ki, istiot toparlaşmasın. Dodağa adi balzam ,üzərinə isə maska çəkilir.Maskanın salfetlə sildikdən sonra yenidən balzam çəkilir.

Yox, əgər, tənbəllikdən maska hazırlamağa ərinirsinizsə, köməyinizə kosmetik vasitələr gələr. Anjelina Joli üslubunda dodaq forması üçün sizə dərinizdən tünd tonda olan bir neçə qələm və dodağın tonunda olan dodaq boyası lazımdır.

Gözəllik və Moda     Baxılıb: 3598   Tarix: 02 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Bu payız belə makiyajlar dəbdə olacaq – FOTOLAR

Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikd

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

turlar.az

sonxeber.az maskalar gozel gorunmek geyim dəbləri qis salatlarinin hazirlanmasi romantik pozalar soz ehtiyati artirmaq ulduzların gözəllik sirləri kosmetika sağlamlığa aid atalar sözləri novruz bayrami qz eviyçun hakışta statuslar həmidə