Prezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLAR

Yanvarın 20-də təkcə amerikalıların deyil, çoxlarının heyranlıq duyduğu Barak Obama prezidentlik vəzifəsi ilə vidalaşacaq.
Qadınsaytı.az Publika.az-a istinadən bildirirki, bu münasibətlə oxucuları xanım Mişel Obama ilə çoxlarının qəlbində taxt quran prezidentin xoşbəxt nikahının sirləri ilə tanış edərək, cütlüyün tarixə düşən fotolarını yada salıb.
Hər kəs kimi onların da tanışlıq hekayəsi var...
Cütlüyün ilk qarşılaşması Mişelin Çikaqodakı hüquq firmasında çalışdığı dönəmə təsadüf edir. 1989-cu ildə Harvard universitetinin hüquq fakultəsindən yay təcrübəsinə göndərilən Barak Obamanın da dediyi kimi, onların hekayəsi məhz bu zamandan başlayır. 3 il birlikdə olan cütlük 1992-ci ildə evlənməyə qərar verir. Yeri gəlmişkən, "Sautsayt səninlədir" filmi ABŞ prezidentinin həyat yoldaşı ilə tanışlıq hekayəsinə həsr olunub.
Və o vaxtdan bəri cütlük ictimaiyyətin gözü önündə fərəhli münasibətlərini rahat və təmkinli şəkildə sərgiləməkdən çəkinmir. Mişel Obama ehmalca prezidentin qalstukunu kökləyir. Barak isə Mişelə soyuq olmasın deyə əynindəki pencəyi çıxararaq onu həyat yoldaşının çiyinlərinə atır. Onlar çox rahatlıqla ictimaiyyətin qarşısında əl-ələ tutur, hətta ehtirasla öpüşürlər. Yaxud da birinci ledi Ağ evdə divanda tək oturub televizorda həyat yoldaşının nitqini dinləyir. Başqa bir kadrda isə cütlük çox romantik şəkildə rəqs edir. Və bunların hər biri fotoqrafların kameralarına anbaan əks olunur.
Mişel Obamanın xoşbəxt nikahın sirlərini bir daha xatırlamışıq. Axı birinci ledinin hikmətli sözləri qızıldan da qiymətlidir!
Mən - ən sadə həyat yoldaşıyam. Nikahımızı qorumaq üçün dəfələrlə güzəştə getməli oldum. Amma, gəlin, səmimi olaq, hansı qadın ailədə güzəştə getmir ki?
Biz şam süfrəsi arxasında heç vaxt siyasəti müzakirə etmirik. Ərimin dünyanı dəyişə bilməsi vacibdir, amma mənim üçün uşaqlarımın axşam siyasətçi ilə deyil, ataları ilə ünsiyyətdə olması daha vacibdir. Evdə iş barədə danışmaq qadağandır.
İstirahətə ehtiyac duyanda, dincəlmək istədiyinizi hiss edəndə isti vanna qəbul edin və bir parça acı şokolad yeyin.
Özümü hər şəraiti olan həbsxanadakı kimi hiss edirəm. Bu qədər böyük imkanlara baxmayaraq, məhdudiyyətlərim daha çoxdur.
Gülüş - bizim nikahımızın sementidir. Ötən illər ərzində biz bir-birimizlə zarafat etmək qabiliyyətini itirmədik.
Fitnesə nifrət edirəm. Məni idmanla məşğul olmağa məcbur edən yalnız və yalnız qəzet və jurnallardakı şəkillərimdir. Amma etiraf etməliyəm ki, idmandan zövq almağa başladığım anlar da olur.
Qızlarım yeniyetmədirlər. Bütün valideynlər həmin yaş dövrünün çətinliklərini yaxşı bilir. Bu mərhələdə valideyn öz övladında ancaq neqativləri görsə, onda çox çətin xarakterli övlad sahibi olacağına şübhə yoxdur. Ona görə də, qorxutmaq əvəzinə, onlara perspektivli olmağı göstərin və irəli getməyə kömək edin.
İnsanlar haqqında zahiri görkəmi və ya bank hesabına görə mühakimə yürütmək olmaz. Birincisi, yəni insanın zahirən gözəl olması müsbət hal olsa da, müvəqqətidir.
İdman tərbiyənin mühüm bir hissəsi olmalıdır. O, özünə inamı artırır, mübarizə aparmağı, yıxılandan sonra qalxmağı öyrədir. Qızlara idmanla məşğul olmağa icazə verin. İnanın ki, onlardan çox inamlı gənc qadınlar yetişəcək.
Yatağa küsülü girməmək möhkəm nikahın mühüm qaydalarından biridir. Hərçənd, Barak evə gec gələndə mən rahatlıqla yatağa gedirəm. Amma biz bir-birimizlə çox küsülü qalmamağa çalışırıq. Bəzən mənə də hər bir qadın kimi elə gəlir ki, ərim məni daha sevmir. Bunu hiss edəndə ona bu barədə deyirəm və hər dəfə o məni fikrimdən daşındırır.
Özünüzü içində rahat hiss etdiyiniz paltarlar geyinin. Onda digərlərinin də xoşuna gəlməyə başlayacaqsınız. Yadınızda saxlayın ki, hamıya xoş gəlmək mümkün deyil.
Stresslə mübarizə apara bilmirəm. Hər xırdalığı özümə dərd edirəm. Barak isə, hətta ən mürəkkəb vəziyyətlərdə də sakitliyini qoruyub saxlayır. Ümumiyyətlə, Barak əmin olduğuna başqalarını da inandıra bilir.
Nikah - hətta həyatdakı digər yarınızı tapdığınıza əmin olsanız da, çətindir. Ona görə də qarşılaşdığınız problemləri birgə keçəcəyiniz böyük yolun kiçik bir mərhələsi olduğunu düşünün.
Qadının gözəlliyi belinin incəliyi, sinə və bud ölçüləri ilə ifadə olunmur. Gözəl olmaq üçün sadəcə olaraq özünü sevməlisən. Bir də sağlam qidalanmalı və çoxlu hərəkət etməlisən.
Mən də hərdən ağılsız hərəkətlər etmək istəyirəm. Amma artıq iyirmi yaşım yoxdur və tullana bilmərəm. Ona görə də mən sadəcə kəkil kəsdirdim.
İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə siz heç vaxt uğur əldə edə bilməyəcəksiniz və yerinizdə sayacaqsınız. Sizin yaşınızda olanda təhsildən daha çox gözəlliyimlə, kimin məni bəyənməsi ilə maraqlansaydım, indi ABŞ prezidenti ilə evlənməzdim.
Qadınları daha güclü görmək istəyirəm. Sizdən kişilərdən qorxmamağı xahiş edirəm.
Həyat yoldaşına hədiyyə seçmək, prezident olmaqdan daha çətin imiş...
ABŞ prezidenti Barak Obama müsahibələrində tez-tez həyat yoldaşı Mişel üçün milad hədiyyəsinin seçiminin çətinliklərindən şikayətlənir. Dövlət başçısının sözlərinə görə, ölkənin birinci xanımı üçün bayram hədiyyəsi almaq onun üçün çox çətindir. Obama etiraf edir ki, Mişel çox dəbli və yaxşı görünür. Bu səbəbdən də ona geyim alanda həyəcanlanır. Prezident bildirib ki, Mişel hədiyyə üçün ona həmişə təşəkkür edir, lakin aldığı paltarı heç vaxt geyinmir. B.Obama həmçinin qeyd edib ki, qızlara hədiyyələr almaq onun üçün daha asandır.
Prezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLARPrezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLARPrezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLARPrezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLARPrezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLARPrezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLARPrezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLARPrezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLARPrezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLARPrezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLARPrezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLARPrezident və xanımının EŞQ HEKAYƏSİ: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLAR

Xəbərlər     Baxılıb: 2195   Tarix: 11 yanvar 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Düzgün yastıq seçimi rahat yatmağa kömək edir

Gərgin iş günündən sonra çarpayıda rahat yatmaq, yorğunluğu atmaq, ertəsi gün təravətli oyanmaq hər kəsin arzusudur. Təəssüf ki, əksəriyyət yaxşı yata bilmədiyini deyir. Bunun əsas səbəblərindən biri yastığın düzgün seçilməməsidir

.

15 gündə qarın piyini əridən içki

Yaz aylarında bir çox insan qarın piylərindən xilas olmağa çalışır. Qarın piyi hətta normal çəkidə olan insanlarda belə yarana bilir. Bu piylərdən qısa müddətdə xilas olmaq elə də asan deyil. Ona görə də idman və sağlam qidalanm

.

Depressiyadan əziyyət çəkənlər bu meyvədən yesin - Mövsümüdür

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb. -a istinadən bildirir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bi

.

Hər gün bir qaşıq zeytun yağı içmək üçün 6 səbəb

Son araşdırmalara görə, səhər yeməyinizə zeytun yağı əlavə etmək faydalarını artıra bilər. .   -a istinadən bildirir ki, alimlərin fikrincə, bu yağdan yalnız bir yemək qaşığı bədənə əhəmiyyətli faydalar gətirə bilər. Depressiyada

.

İnsanlar arasında maral zombi xəstəliyi yayıla bilər

Amerikalı elm adamları insanlarda xroniki arıqlama xəstəliyinin (CWD) şübhəli iki halının müəyyən edildiyini bildirdilər. Bu prion xəstəliyi maralların beyninə və sinir sisteminə təsir edərək, onları zombiyə bənzər canlılar

.

Hər səhər bir ovuc badam yeməyin faydaları

Badamın sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də hər səhər bir ovuc badam yesəniz. -ə istinadən bildirir ki, səhərləri ac qarına yeyilən badamın orqanixmə verdiyi inanılmaz faydaları təqdim edir:. Pəhriz saxlayand

.

Çayın xərçəngə səbəb olduğu sübut olundu

Çin alimləri çayla xərçəng xəstəliyi arasında əlaqəni sübut edən çoxillik araşdırmalarına yekun vurublar. " "a istinadən  xəbər verir ki, nəticələr qara çayın siqaret qədər ağciyər xərçənginə səbəb olduğunu sübu

.

Çiyələk bu xəstəliyin qarşısını alır

Çiyələk sağlam ağıl və güclü yaddaşı qorumağa kömək edir. "Unikal"a istinadən xəbər verir ki, bu barədə Cincinnati Universitetinin Akademik Sağlamlıq Mərkəzinin alimləri araşdırma aparıblar. . Bağırsaq üçün ƏN FAYDAL

.

Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə öldü

Niderlandın paytaxtı Amsterdamda il yarım ərzində koronavirusun 50 mutasiyasını keçirən yaşlı xəstə (kişi) ölüb. report-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Bildirilir ki, kişi 2022-ci ili

turlar.az

sonxeber.az donlar 2024 toy makiyajlari həkim məsləhəti uşaqları tərbiyə qis salatlarinin hazirlanmasi salatlar və qəlyanaltılar dərslər kosmetika big.az nagillar laylalar bir arzum var toy gecesi