Qaçan məhbuslara görə həbs edilən Fədayə Laçından XƏBƏR VAR: "O bundan sonra..."

Qaçan məhbuslara görə həbs edilən Fədayə Laçından XƏBƏR VAR: "O bundan sonra..."İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın vəkili ilə görüşüb.
Xanim.az-in məlumatına görə, bu barədə F.Laçının vəkili Türkel Süleymanlı Trend-ə bildirib ki, müvəkkili özünü normal hiss edir və səhhətində problem yoxdur: "Saxlanma şəraiti və səhhəti normaldır. İttihamları qəbul etmir. Ümid edir ki, istintaq obyektiv araşdırılacaq və onun günahsızlığı ortaya çıxacaq".

T.Süleymanlı bildirib ki, o, gələn həftə F.Laçının istintaq dövründə ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qaçan məhbuslarla bağlı Penitensiar Xidmətin 10 əməkdaşı orqanlardan xaric edilib, 3 nəfər vəzifədən azad olunub.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş Azərbaycan vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xəbərlər     Baxılıb: 2300   Tarix: 22 noyabr 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Cücərmiş kartofu atmayın – Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Mİlli.Az " "a istinadən xəbər verir ki

.

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir.  AZƏRTAC-a istinadən türkiyəli həkim Özkan Akyolun mövzu ilə bağlı araşdırmasın

.

Yaranı necə tez sağaltmaq olar?

Dəri yaraları həyatımızın hər mərhələsində qarşılaşa biləcəyimiz bir problemdir. Bəzən kiçik kəsiklər, dərin yaralarla qarşılaşa bilərik. -a istinadən bildirir ki, mütəxəssislər dəridə yaralar yaranan kimi həkimə müraciə

.

İmsakda bunları yemək ziyanlıdır

Ramazan ayında istehlak edilən qidalara diqqət etmək lazımdır. Qida qəbulu gün ərzində baş vermədiyi üçün imsak vaxtı yediyimiz qidaların müəyyən tarazlıqda olması lazımdır. Bəzi qidaların qəbulu toxluq hissinin azalmasın

.

Dişlərin saralmasının əsas 9 səbəbi

Dişlərin təbii rəngi diş minasının sıxlığı, diş toxumasının keyfiyyəti (dentin) və dişlərin mikrorelyefi ilə müəyyən edilir. Bu amillər də öz növbəsində genetikadan asılıdır. Bundan əlavə, sağlamlıq vəziyyəti və ya xaric

.

Sarımsağın ziyanları

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi təsiri var. Xüsusən ac mədəyə və gün ərzində çox miqdarda çiy sarımsaq yemək fəsadlar törədə bilər. axşam.az-a istinadən sarımsağı

.

Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?

Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyuldu. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq

.

Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Uşaq salfetləri, yuyucu vasitələr, eləcə də dırnaq boyalarında olan OFR və QAC kimyəvi maddələri beyin strukturlarına zərər verə bilər və autizm riskini artırır. -a istinadən bildirir ki, bunu ABŞ-ın Case Uestern Reserv

.

Tünd şokoladın müalicəvi əhəmiyyəti üzə çıxdı

Alimlər ürək-damar sağlamlığını dəstəkləmək üçün yeni yollar tapmağa davam edirlər. Çindən edilən son araşdırmalar maraqlı nəticə ilə diqqəti cəlb edir: tünd şokolad təkcə müalicəvi deyil, həm də hipertoniya ilə mübarizəd

turlar.az

sonxeber.az yay geyimləri 2024 qadin dunyasi toy makiyajlari duzlu xəmir işləri kakos yaginin saca faydalari yay donları interyer dizayni kosmetika yemek reseptleri hesaplama 8 mart hakistalar bayatı