Qadın bu yolla kişiyə elə bir şey ötürür ki... - İNANILMAZ SİRR

Qadın bu yolla kişiyə elə bir şey ötürür ki... - İNANILMAZ SİRRQadın təbiət tərəfindən elə yaradılıb ki, kişi üçün ilham mənbəyi olsun, ona həyat enerjisini ötürsün. Burada söhbət təkcə cinsi yaxınlıqdan və törəməkdən getmir – baxışlarla, toxunuşla, isti, nəvazişli sözlərlə, hazırladığı qidayla, öz əli ilə saldığı yataqla və s. üsulla o enerjini ötürə bilər. İfritə, erkəkləşmiş qadın deyil, əsl qadının enerjisi kişiyə daim sevgiylə ötürülür.
Publika.az bununla bağlı maraqlı yazını təqdim edir:
Qadın enerjisinin asan və sərbəst axını üçün sevgi açar rolunu oynayır. Bu enerji sanki ali məhəbbətin tumurcuğunda yerləşir. Tumurcuq yalnız isti enerji vasitəsilə göyqurşağının bütün rənglərində çiçəklənir, çünki ona Ladanın (Slavyan mifologiyasında nikah və sevgi ilahəsi. Həmçinin bahar fəslinin rəmzi) xalis gücü təsir edir. Bu, ali yaradılış olan insanın bütün hüceyrələrini titrədən sehrli işıqdır.
Təbiətin düzəninə görə, qadın özünün bütün sevgi enerjisini xoşladığı kişiyə ötürməlidir. Əgər bu prosesdə ləngimə yaranarsa, qadın orqanizmində özünüməhvetmə prosesi başlayır. Əvvəlcə əsəb sistemi sıradan çıxır, daha sonra böyrəklər, qadın orqanları, bunun ardınca isə digər orqan və toxumalarda dağılma prosesi gedir. Çox sıx hallarda bədəndə yığılıb qalmış artıq enerji piylənmə xəstəliyinə gətirib çıxarır. Başqa sözlə, ana təbiət özü qadından tələb edir ki, enerjisi bədənə toplanıb ziyan olmaqdan onu kişiyə ötürsün. Çünki enerji axar çay kimidir, o, bir yerə toplanarsa, ya sel basar, ya da bataqlığa çevrilər.

Kişilərə gəldikdə isə, eynilə güclü cinsin də zərif tərəf müqabilinə ötürdüyü enerji təkcə cinsi aktla, qucaqlaşma ilə, öpüşlə məhdudlaşmamalıdır. Kişinin qadın gözəlliyini, zərifliyini, onun xəfif hərəkətlərini izləməsi belə bunu hiss edən qadın üçün enerji axınıdır. Günə kişi iltifatı, mehriban baxışı, xoş sözü ilə başlayan qadın həmin günü fiziki, mənəvi problemlərdən uzaq olar. Ancaq baxış təsiri də müxtəlif ola bilər: insan gücü göz vasitəsilə əlli faiz ötürülə bilər. Pxisoloqlar ikona, heykəl, rəsm əsərlərinin müəmmalı gücünü bununla izah edirlər. Xüsusilə də mükəmməl hazırlanmış heykəl və rəsmlərə çox baxanda mühərrik kimi onu seyr edən insanın enerjisini özündə toplayır. Sonra isə baxmaqda davam edən insana həmin enerjini "işlənmiş" halda ötürür. Bu, həm müsbət, həm də mənfi enerji ola bilər – baxdığın şəklin mahiyyətindən asılıdır. Əlbəttə ki, gözəl qadın, təbiət təsvirlərindən müsbət enerji almaq mümkündür. İnteryerlərin müsbət auralı rəsmlərlə bəzədilməsi təkcə dizayna xidmət etmir. Bu, həm də həmin məkanda yaşayan, işləyən insanların müsbət enerji ilə yüklənməsi üçündür.
Bu o deməkdir ki, qadına baxan kişi ona öz enerjisinin yarı hissəsini ötürür və bu enerjinin müsbət və mənfi olması da onun baxışının arxasında gizlənən mənadan asılıdır. Əgər kişi qadına sadəcə cinsi həvəsini təmin edəcək dişi kimi deyil, onun gözəl üzünə, zərif yerişinə bir ilahəyə, parlaq ulduza, ətirli çiçəyə diqqət edər kimi baxarsa, dolayısı yolla bu gözəlliyi özünə qaytarmış olacaq. Çünki qadın xoş baxışı öz üzərində hiss edən kimi eyni yüklü baxışı kişiyə geri verəcək, əks təqdirdə isə mənfi aura ilə əhatələnəcək. Başqa sözlə, kişi əks cinsə necə baxmağı ilə öz orqanizmini tənzimləyir.
Mütəxəssislər deyir ki, hətta xəstə qadına kişi sevgi dolu baxır, ona hətta ölüm döşəyində belə gözəl göründüyünü, ilahəyə bənzədiyini deyirsə, o qadında sürətlə sağalma prosesi başlayır. Eynilə kişiyə də öz xanımının, ən azından xoş simalı tibb bacısının sözləri müsbət təsir göstərər. Odur ki, Tanrının yaratdığı bu iki cins bir-birini xoş sözlərdən, nəvazişdən əsirgəməməlidir. Göründüyü kimi, sevgi, baxış, gözəl münasibət də bumeranq kimi onu atanın özünə qayıdır.

Maraqlı     Baxılıb: 16196   Tarix: 17 aprel 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildi

Bu gün AMEA-da prezident seçkiləri keçirilib. xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib. Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevi

.

27 ildən sonra Yeri gözləyən təhlükə... - Bu, 6-cı hadisə olacaq

Alimlər hesab edirlər ki, Yer kürəsi bu əsrin sonunda 6-cı dəfə yoxa çıxacaq. "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı araşdırma Kanadada aparılıb. Belə ki, BMT-nin Bioloji müxtəliflik adlı konfransınd

.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır. Elm və Təhsil Nazirliyindən  -a bildirilib ki, proses elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməs

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

Eynşteyn yenə haqlı çıxdı - Kainatın modeli dəyişir

Xəbər verdiyimiz kimi, kainatda qara dəlik aşkar edilmişdi. Lakin bu dəfə kəşf edilən qara dəlik qeyri-adidir. Kainat modelinə sığmayan bu qara dəlik indiyə qədərki kainat haqqında təsəvvürləri kökündən dəyişə bilər. -a istinadə

.

Günəşin səthində "sürünən ilan" təsviri lentə alındı - VİDEO

Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın buraxdığı Solar Orbiter cihazı Günəş səthində yeni görüntülər lentə alıb. "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüntülərdə "ilan"ın ulduzun səthində "sürünməsi"

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

İlham Əliyev yeni inqilaba başladı - BAŞ REDAKTOR YAZIR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib. İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəz

turlar.az

sonxeber.az geymler 2024 yaz geyimleri 2024 gozel gorunmek faydalı məlumat kakos yaginin saca faydalari balıq yağı cinsi münasibətlər kosmetika haqisda anabaci heyati rus dilini öyrənək 2 ci dərs masturbasiya nedir