Qadın cinsiyyət sistemi xərçəngi. 10 ilk əlamət

Qadın cinsiyyət sistemi xərçəngi. 10 ilk əlamətQadın cinsiyyət sistemi onkoloji xəstəliklərinə bütün dünyada kifayət qədər tez-tez təsadüf edilir. Qadınlar arasında uşaqlıq boynu xərçəngi ən tez-tez təsadüf edilən xərçəng növüdür.

Qadın cinsiyyət sistemi xərçənginə bu kimi əlamətlər işarə edə bilər:

1.Qarın nahiyəsində ağrılar. Belə ağrılar qadını daim narahat edir, göbəkdən aşağıda hiss olunur, sıxıcı xarakter daşıyır. Ağrıların menstruasiya qabağı sindromu ilə əlaqəsi olmur. Belə ağrılar yumurtalıqlar, uşaqlıq boynu, uşaqlıq yolu, uşaqlıq xərçənginin simptomu ola bilər.

2.Qarında köp. Əgər köp qadını tez-tez narahat edirsə, keçmirsə, bu yumurtalıqlar xərçənginin simptomu ola bilər.

3.Bel nahiyəsində olan daim ağrılar da yumurtalıqlar xərçənginin simptomu ola bilər.

4.Qadın cinsiyyət sistemi xərçənginin ən xarakterli simptom qanaxmalardır. Menstruasiya zamanı qanaxmanın həddən artıq güclü olması, menstruasiyalar arasında "səbəbsiz" qanaxmalar, cinsi əlaqə zamanı və cinsi əlaqədən sonra qanaxmalar uşaqlıq boynu və yumurtalıqlar xərçənginin əlaməti ola bilər.

5.Hərarətin daim səbəbsiz olaraq qalxması xərçəngin əlaməti ola bilər.

6.Qəbizliklə növbələşən ishal, köp qadın cinsiyyət sistemi xərçənginin əlaməti ola bilər.

7.Bədən çəkisinin səbəbsiz olaraq azalması. Əgər qadın heç bir pəhriz saxlamır, adi qaydada qidalanır, lakin ona baxmayaraq 1 ay ərzində 3 kq və bundan artıq çəki itiribsə bu, ciddi simptom sayılır.

8.Uşaqlıq yolundan anomal ifrazatların (qanlı, irinli) olması, uşaqlıq yolunun rənginin dəyişilməsi, burada yaraların, qabarların və s. əmələ gəlməsi cinsiyyət sistemi xərçənginin əlaməti ola bilər.

9. Qadının süd vəzilərində istənilən dəyişikliklər (dərinin rənginin dəyişilməsi, döşdə yeni törəmənin aşkar olunması, döş giləsinin formasının dəyişilməsi, gilələrdə ifrazatların olması-qanlı, irinli) süd vəzi xərçənginin əlaməti ola bilər.

10.Xroniki səbəbsiz yorğunluq xərçəngin ən yayılmış simptomlarından biridir./saglamolun.az/

Sağlamlıq     Baxılıb: 16605   Tarix: 02 mart 2016
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Yuxuda orqazm: səbəblər və xüsusiyyətlər

Yuxuda orqazmın səbəbləri sonuna kimi öyrənilməmişdir. Biri aydındır: kişilərdə və qadınlarda o yuxuda müxtəlif xarakteri daşıyır və müxtəlif səbəblərlə çağırıla bilər. Yuxuda orqazmın ən sadə variantı cinsiyyət yetişməs

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Qaşınmalı qoturun müalicəsində sirkədən istifadə: NECƏ TƏTBİQ EDİLMƏLİDİR?

Qoturun müalicəsində sirkədən necə istifadə etmək olar?. Evdə qaşınmanın qarşısını almaq üçün nələr tətbiq edə bilərik? . Dəri xəstəlikləri həm ciddi problemlər, həm diskomfort hissi yaradır. Qaşınma bütün dünyada ən ço

turlar.az

sonxeber.az geyim seçimi kosmetoloq geyim şəkilləri geyim və ayaqqabılar ədəbi guşə xiyar turşusunun hazırlanması buxaq kosmetika tərəzi bürcü salam şebnem tovuzlu qiz evi qoğalın nağlı