Qadın gözəlliyinin sirləri

Qadın gözəlliyinin sirləriDünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik.
Avstraliya
Avstraliyalı qadınlarını gözəlliklərinin sirri boymadərən bitkisi ilə bağlıdır. Nəmləndirici və canlandırıcı xüsusiyyəti ilə bu bitki yaşlanmağın  qarşısını alır.
Çili
Çilili qadınların parlaq dərilərinin  sirri  isə antioksidant mənbəyi olaraq olan  qırmızı üzüm ilə bağlıdır. Siz də bunun üçün bir ovuc qırmızı üzümü əlinizdə əzib, iki qaşıq unla qarışdıraraq, hazırladığınız maskanı dərinizə tətbiq edib 10 dəqiqə gözlədikdən sonra, üzünüzü yuya bilərsiniz. Bu təbii maska dəridəki yorğunluğu aradan qaldıra bilərsiniz.
Fransa
Fransız qadınları təbii makiyajın tərəfdarıdırıar. Gündəlik makiyajda bir azca ənlik və dodaq boyası istifadə edirlər. Xüsusən də açıq qırmızı dodaq boyası onlar üçün əvəzolunmazdır. Dərilərini makiyajdan maksimum dərəcədə qorumağa çalışırlar. Sadəlikləri ilə göz qamaşdıran fransız qadınları gecə makiyajla əsla yatmazlar. Makiyajı təmizləmək onlar üçün ənənəvi işdir.
Fransız qadınları üz dərisində qan dövranını sürətləndirmək üçün termal su işlədirlər. Termal sular dərini nəmləndirmək və təravətləndirmək qabiliyyətinə sahibdir. Bu baxımdan termal sular dəri üçün olduqca effektli vasitədir.
Fransız qadınları hesab edir ki, üzü tez-tez yumaq dərinin yağ və nəm balansını pozur. Buna görə də gün ərzində üzlərini çox az yuyarlar. Axşamlar isə dəri tipinə uyğun tonik və kremlə dəri təmizliyi edirlər.
Bu ölkədə yaşayan qadınların düşüncələrinə görə, baxımlı görünən və par-par parıldayan saç qadının gözəlliyini ön plana çıxaran ən əhəmiyyətli vasitədir. Onlar  saçları üçün kosmetik məhsulları işlətmək yerinə, ən təbii məhsullardan istifadə edirlər və saçlarını fenle yox təbii şəkildə qurudurlar.
Qadın gözəlliyinin sirləriYaponiya
Yapon qadınlar hər zaman qüsursuz və parıltılı dəriləri ilə seçiliblər. dörd ən önəmli qayda ilə yapon qadınları kimi qüsursuz dəriyə sahib olmaq mümkündür.
Matça çayı Yaponiyada çox yayılan bir içkidir. Bir çox restoranda isti və ya soyuq halda verilir. Bu çay dəridəki səpkiləri qurudur, qızartıları aradan qaldırır. Tərkibi antioksidandan ibarətdir ki, dərinin ehtiyacını təmin edir. Yaşıl çaya bənzəyən bu içki ilə üzünüzə kompres də qoya bilərsiniz.
Yapon qadınları dərilərinin sağlam görünməsi üçün həzm sisteminin sağlığına diqqət edirlər. Ona görə də yapon pəhrizinin böyük hissəsini probiotiklər təşkil edir. Bu, əsasən bitki çayları və tərəvəzlər tərkibində olur. Yapon qadınları, həmçinin dərilərini düyü kəpəyi ilə qidalandırırlar. Antioksidantlar və digər vitaminlərlə zəngin olan düyü yaşlanma riskini azaldır. Ləkəli dərini təmizləyir. Həm də dərini nəmli saxlayır.
Dominikan Respublikası
Dominikan Respublikası qadınları çox güclü dırnaqları ilə tanınır. Bu dırnaqların sirri isə sarımsaqda gizlidir. Bir parça təzə sarımsağı rəngsiz dırnaq boyası şüşəsinə atıb, bir həftə və ya 10 günə qədər saxlayın. Daha sonra boyanı dırnağınıza sürtün. Qorxmayın, sarımsağın qoxusundan əsər-əlamət qalmır.
Çin
Bu ölkədə gözəlliyin bir neçə kriteriaları var. Yəni, qadının gözəl gözləri, dik burnu, kiçik ağzı və əlbəttə ki, ağ dərisi olmalıdır. Odur ki, çinli qadınlar ağ dəriyə sahib olmaq üçün bir çox "hiylələrə" əl atırlar. Ən əsası, günəşdən gizlənmək üçün çətirdən, şlyapadan, uzun günlüklərdən istifadə edirlər. Hal-hazırda demək olar ki, bütün dünyada dəbə düşən  günəşdən qaralmış bürünc dəri Çində keçərli deyil.
Burada yaşayan  qadınlar arıqlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Amma, eyni zamanda, yeməkdən də qalmırlar. Çində yemək həvəskarı olmaq Avropadakı kimi ayıb sayılmır. Çində dolu bədənli olmaq əslində, xoş görünüş sayılır. Amma bədən ölçülərini normada saxlamaq üçün idmanla məşğul olan qadınlara tez-tez rast gəlmək olar.
Çin qadınları bədənlərinin yuxarı hissəsini qapalı saxlayırlar. Bu ölkədə nə qədər mini ətək geyinilsə və ya paltara dərin yarıqlar qoyulsa ayıb sayılmaz, amma açıq sinə qəbuledilməzdir. Hər çinli qadının qarderobunda "tsipao" adlanan qapalı, eyni zamanda, bədənə kip yapışan milli geyim mövcuddur.
Qadın gözəlliyinin sirləriHindistan
Hind qızları uzun və ipək saçları ilə dünyada məşhurdurlar. Belə gözəl saçların sirri kokos yağındadır. Hindistanlılar ilıq kokos yağı ilə saç dərisini masaj edirlər. Bir gecə saçda qalan yağ səhəri gün yuyulur. Beləliklə, saç parlaq və canlı olur. Onlar, həmçinin bu yağlardan hazırlanan qarışımlarla saça müxtəlif maskalar edirlər. Saç rənglənməsində isə kimyəvi deyil, təbii boyalara üstünlük verilir. Xına, çuğundur, çay yarpağı ilə hazırlanan boyalar geniş istifadə olunur.
Gözəl gözlərə sahib olan hind xanımlarının əsasən istifadə etdikləri sürmə və kajal karandaşlardır. Onlar makiyaj etməsə belə mütləq gözlərinə sürmə çəkirlər.
Qadın gözəlliyinin sirləriRusiya
Soyuq ölkə olan Rusiyada qadınlar dərilərini nizamlı şəkildə nəmləndirmək məcburiyyətində qalırlar. Bu səbəbdən rus qadınları dərilərinə xüsusi qulluq edirlər. Nə qədər qəribə səslənsə də, rus qadınları gözəllikləri üçün sarımsağa və gül yağına borcludurlar. Onların gözəllik maskalarının bir çoxunda bu iki məhsul iştirak edir.
Rus qadınları sızanaqlardan xilas olmaq üçün üzlərinə nizamlı olaraq sarımsaq yağı çəkirlər. Bu yağ dəridəki bakteriyaları yox edir və yeni sızanaqların meydana gəlməsinə mane olur.
İtaliya
İtalyan qadınlarının hər kəsi qısqandıran gözəl saçlarının sirri qatıq və zeytun yağını qarışdıraraq saçlarını nəmləndirməkdir.  Siz də zülal ilə zəngin bu maskadan yararlanmaq  istəyirsinizsə onda bir fincan qatıq və bir qaşıq zeytun yağı qarışığını yuyulmuş saça tətbiq edib, beş dəqiqə saxladıqdan sonra, soyuq suyla yaxalaya bilərsiniz.
Samirə Tağıyeva

Gözəllik və Moda     Baxılıb: 6921   Tarix: 03 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Bu payız belə makiyajlar dəbdə olacaq – FOTOLAR

Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikd

.

İsti havada çox tərləyənlər üçün 3 ÇARƏ

Tərləmək və tər vəzilərinin fəaliyyəti təbii hal hesab olunur. Ancaq bəzən həmin vəzlərin fəaliyyətinin artması nəticəsində pis qoxu yaranır. -a istinadən tər qoxusunun qarşısını alan təbii üsulları təqdim edir:. 1. Limo

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

turlar.az

sonxeber.az sade makiyaj sekilleri toy makiyaji sekilleri gelinlikler burcler kisiler moda xəbərləri cinsi heyat sidik ifrazı sistemi kosmetika oxu az damla haxisda novruz zəhmət