Qadın soyunarkən belə edir, kişi isə... - 13 FƏRQ

Qadın soyunarkən belə edir, kişi isə... - 13 FƏRQQadınla kişi arasında həm fiziki, həm də ruhi olaraq bir çox fərq var. Məsələn, eyni şeyi fərqli üsullarla edirlər, biri daha çox detallara varır, digəri isə daha sadə düşünür. Aile.lent.az qadınlarla kişilər arasındakı 13 fərqi təqdim edir.

Paltarlarını çıxarmaq

Qadın və kişilər paltarlarını fərqli yollarla çıxarırlar. Kişilər ümumiyyətlə qollarını çiyin arxasına atır və paltarın arxasından tutub çıxarırlar. Qadınlar isə qollarını qarşısında çarpaz tutub paltarın alt hissəsindən yuxarıya doğru çəkərək çıxarırlar. Əslində, kişilər iki yoldan da istifadə edirlər. Amma qadınlar yalnız bir üsuldan. Bunun səbəbi isə qadınların paltarlarının daha dar olmasıdır. Ona görə də kişilərin istifadə etdiyi üsul onların işinə yaramır.

Əllərini fərqli göstərir

Əllərini göstərmək istədikdə kişilər hər zaman ovuc içlərini açır. Sanki gizlədəcək heç bir şey yoxmuş kimi. Qadınlar isə əllərinin üstünü göstərir.

Top oynatmaq

Kişilər topu başının üstündən atır, qadınlar isə qarşısında iki əliylə tutaraq atır.

Əsnəmək

Adətən kişilər əsnəyərkən yumruq tutaraq ağızlarını bağlayırlar. Qadınlar açıq ovuc içini istifadə edir, böyük ehtimalla daha zərif və qadınsayağı göründüyünü düşünərək belə edirlər.

Səsləri eşitmək

Qadınlar kişilərə nisbətən daha kəskin səsləri eşidə bilir. Yüksək səs frekanslarını qəbul etməkdə də mütəxəssisdirlər deyə bilərik. Qadın beyni uşağın ağlamasını duymağa proqramlaşıb sanki, kişilər isə heç bir şey olmamış kimi yatmağa davam edirlər. Əgər bir yerdə pişik miyoldayırsa, kişilərdən əvvəl qadınlar bunu eşidir. Səsin haradan gəldiyini qəbul etməkdə isə kişilər qadınlara nisbətən daha yaxşıdır. Pişiyin harada gizləndiyini də söyləyə bilərlər.

Oturmaq

Qadınlar ayaqlarını ya birləşmiş vəziyyətdə tutar, ya da bir-birinin üstünə ataraq oturur. Kişilər isə yayılaraq, dizlərini aralayaraq oturur.

Sağ-solunu ayırd etmək

Kişilər sağını, solunu heç vaxt qarışdırmır. Amma qadınlardan soruşsanız, anında cavab ala bilməzsiniz. Hətta bəzən xatırlamaq üçün üzüyünə baxar, ya da hansı əllə yazdıqlarını düşünürlər.

Baxmaq

Kişilər yaxında və uzaqda olan şeyləri daha dəqiq görə bilirlər. Tunel görüşü olaraq da adlandırılan bu xüsusiyyət, kişilərdə ovunu tutan ovçu qabiliyyəti olduğunu izah edir. Bu səbəbdən də kişilər ümumiyyətlə, corablarını, açar və ya pul qablarını tapmaqda çətinlik çəkmirlər.

Qadınlar isə ətrafı görmə qabiliyyətinə malikdirlər. Bir qadın ətrafında nə var, nə yox mümkün qədər görmək istəyir. Onlarda uşaqlarını hər hansı bir təhlükədən uzaq tutma instinkti var. Buna görə qadınlar yol qəzaları ilə daha az qarşılaşır, bununla yanaşı, dar görünən park etmə yerlərində kiçik qəzalar yaşayırlar.

Hamam xalatını bağlamaq

Qadınlar xalatı bellərindən möhkəmcə bağlayırlar, kişilər ombalarından.

Fərqli duyğuları şərh etmə

Bir qadın vizual, eşidilən və digər siqnalları anında şərh edə bilir. Məsələn, bir qadın tanımadığı insanların olduğu mühitə girdikdə kiminlə danışıb-danışmayacağını analiz edə bilir. İnsanların əhval-ruhiyyəsinin necə olduğunu aydınlaşdıra bilir. Bir kişi eyni mühitə girdikdə ilk olaraq ətrafına sürətlə baxmaq, çıxışın harada olmasını öyrənmək, tanış insanların olub-olmamasını görmək istəyər, potensial təhdid və ya mübahisəli məqamlara aydınlıq gətirməyə çalışırlar.

İşlərlə məşğul olmaq

Kişilər bir iş görərkən yalnız ona fokuslanırlar. Əgər təraş olarkən onunla danışmağa cəhd etsəniz, bəlkə də üzünü kəsəcək. Qadınlar isə eyni anda bir çox işlə məşğul ola bilər.

Problemlərin öhdəsindən gəlmək

Bir qadının problemi varsa, bunu anası, ən yaxın dostu, atası, hətta avtobusda yanında oturan biriylə danışa bilər. Mövzunu gündəliyinə yaza, birinə mesaj ata və ya sosial şəbəkədə paylaşa bilər. Nə qədər çox problemi olsa da, onun öhdəsindən gəlir. İnsanlarla paylaşdıqca daha asan çıxış yolu tapır. Lakin bir kişinin problemi olduqda, televizor izlər və ya səssizcə dayanar. Diqqətini dağıdar və sakitləşdikdən sonra həll yolu tapmağa çalışar. Nəsihət, təklif dinləməyi heç sevmirlər.

Məlumatı xatırlamaq

Bir qadının zehni, minlərlə fayldan ibarətdir və hər şey doğru yerdədir. Buna görə qarşılaşdıqları insanları, olan hadisələri daha dəqiq xatırlayır. Kimin hansı yeməyi sevdiyindən doğum günü tarixlərinə, anasının ondan xahişindən tutmuş, uşağının məktəb ehtiyaclarına qədər bir çox şeyi yadda saxlayır. Kişilər isə yalnız çox əhəmiyyətli olduqlarını düşündükləri şeyləri yadlarında saxlayırlar.

Maraqlı     Baxılıb: 2350   Tarix: 19 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifad

.

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən bildirilib

.

AMEA-da prezident seçkiləri keçiriləcək

AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər

.

Bağça müdiri olmaq istəyənlər üçün imtahan keçirilir

Bu gün məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrin

.

Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub. -

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır. Elm və Təhsil Nazirliyindən  -a bildirilib ki, proses elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməs

turlar.az

sonxeber.az yaz geyimleri 2024 yay kolleksiyasi toy makiyaji sekilleri qarasin qizlar ucun makiyaj kəpək cennet almasi usaq sampunlari kosmetika gozellik qardasa aid haxistalar salam hesaplama lakonizm