Qadın xəyanəti, kişi şiddəti, kasıblıq, qayınana... – AİLƏLƏR NİYƏ DAĞILIR?

Qadın xəyanəti, kişi şiddəti, kasıblıq, qayınana... – AİLƏLƏR NİYƏ DAĞILIR?Dünyanın bir çox ölkəsində boşanmalarla bağlı aparılan sorğular nəticəsində məlum olub ki, cütlüklərin boşanma səbəbləri heç də iqtisadi problemlərlə bağlı deyil. Əksinə, onlar aralarındakı şəxsi əlaqələrin daha çətin olduğunu düşünürlər. Bəs Azərbaycanda boşanmaya səbəb olan faktorlar nələrdir? Ailem.az bu mövzunu araşdırmağa çalışıb.

"Ərim imkanlı olduqdan sonra münasibətlərimiz pozuldu"

Psixoloq Elnur Rüstəmov deyir ki, boşanmanın səbəbləri bir çox faktorlarla əlaqədardır. Buna əsas kimi mobil rabitəni, tərəflərin özünün böyümüş olduğu ailə mühitini, özlərinin psixoloji narahatlığını və sair götürmək olar: "Bizdə bəzən psixoloji narahatlıqla psixiatrik narahatlığı səhv salırlar. Biz bura obsessiv-kompulsiv rozuntuları, konkret fobiyaları, deprressiyanı daxil edə bilərik. Bütün bu sadalananlar zaman keçdikcə ailə münasibətlərinin arzuolunan səviyyədə getməsinə mane olur".

E.Rüstəmov ailələrin problemlərə qarşı dözümsüzlüyünün də boşanma səbəblərindən biri olduğunu dedi: "Məsələn, konkret olaraq 90-cı illərdən bu tərəfə ailə quranlarda bu hal daha çoxdur. Həmin cütlüklər özləri də elə bir ailədə böyüyüblər ki, həmin ailələrdə uşaq sayı azdır. Bu isə uşaq eqosunun yüksək olmasına gətirib çıxarır. Bu zaman valideynlə uşaq arasında emosional bağın çox olması, hər bir xırda konfliktə valideynin müdaxilə etməsinə gətirib çıxarır".

"Boşanma halları gələcək genefondumuza mənfi təsir göstərir", - deyən psixoloq vurğuladı ki, uzun illər ailəli olan cütlüklər də boşanır: "Əgər dünənə qədər ailə qurub 5-6 ay, 1 ildən sonra boşanan cütlüklər vardısa, bu gün 10 ilin, 20 ilin ailəlisi boşanır. Çünki tez dağılan ailələr artıq belə deyək, uzun ömürlü ailələrimizə belə mənfi təsir göstərir".

İqtisadi problemlərin ailələrin dağılmasında hansısa bir rol oynaması ilə bağlı suala isə E.Rüstəmov belə cavab verdi: "Bu, boşanmalar üçün əsas səbəb ola bilməz. Ailə var ki, qadın deyir, ərim imkanlı olduqdan sonra münasibətlərimiz pozuldu. Yəni ailələrin dağılmasına səbəb maddi imkansızlıq deyil. Söhbət insan faktorundan gedir. Əgər münasibətlər yaxşıdırsa, tərəflər bir-birini yaxşı başa düşürsə və anlayırsa, heç bir problem olmaz. Münasibət yaxşı olanda iqtisadi faktor arxa planda qalır. Bu, sadəcə boşanmaya geyindirilmiş bəsit bir "dondur". Əsas cütlüklərin bir-birlərinə olan münasibətidir".

"Milli dəyərlər yeni dəyərlərlə əvəzlənir"

Boşanmalara səbəb olan sosioloji faktorlara toxunan sosioloq Asif Bayramov boşanmaların ildən-ilə daha da artdığını bildirdi. O hesab edir ki, bunun yalnız sosial yox, həm də psixoloji kökləri var: "Ümumi götürəndə bunlar sosial problem kimi götürülür. Tutaq ki, cəmiyyətin intellektual baxımdan indikindən daha aşağı hesab etdiyimiz dövründə boşanmalar daha az idi. Amma boşanmaların sayı azalmaq əvəzinə artmaqda davam edir. Biz bunun mənəvi, psixoloji və iqtisadi köklərini axtarmalıyıq. Əvvəla, bu, milli dəyərlərin yeni dəyərlərlə əvəzlənməsi deməkdir. Məsələn, Qərbdən Azərbaycana yeni bir şüur forması gələrək buradakı milli şüuru fəth etmək mərhələsindədir. Çünki ailəyə müqəddəs baxan milli dəyərlərimiz ailəyə fərqli baxış ortaya qoyan Qərb baxışından çox fərqlidir. Buna görə də ailəni müqəddəs bir ocaq hesab edən ənənəvi baxış dəyişib. Artıq ailə bütövlükdə həyat problemləri arasında ikinci plana atılıb. Ailənin dağılmasına bilavasitə səbəb olan faktorların aradan götürülməsi üçün hökumətin konkret tədbirlər proqramı olmalıdır".

"Qadınlar ailədaxili şiddətə məruz qalır"

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova boşanma hallarına əsas səbəb kimi qadınların ailədaxili şiddətə məruz qalmasını göstərir: "Bu gün bizim sığınacaqda 50-yə yaxın qadın var. Bu yaxınlarda gürcüstanlı bir xanım üç uşağı ilə birlikdə sığınacağa müraciət etdi. Əri də ziyalı bir adamdır, amma ailədə məruz qaldığı şiddət səbəbindən bizə sığınıb. Ümumiyyətlə, bizə sığınmaq üçün müraciət edənlərin sayı çoxdur. Amma biz onların hər birini götürə bilmərik. Bəzən evi olmayanlar, yaxud iqtisadi çətinlik çəkənlər də müraciət edir. Bura yataqxana deyil axı. Biz yalnız ailədaxili zorakılığa məruz qalan qadınlara sığınacaq veririk. Müraciət edənləri araşdırırıq. Əgər həqiqətən də onun ciddi problemləri varsa, sığınacaqda ona yer veririk".

"Ən çox qadın xəyanəti boşanmaya səbəb olur"

Həkim-psixoterapevt Orxan Fərəcli hesab edir ki, boşanma hallarına konkret bir səbəblə yaxınlaşmaq olmaz: "Buna bir neçə istiqamətdən yaxınlaşmaq lazımdır. Birincisi, evliliyin illərinə baxırıq. Məsələn, evliliyinin neçənci ilində boşanılıb. Adətən boşanmalara səbəb kimi ən çox xasiyyət uyuşmazlığı göstərilir. Bu isə ümumi bir məsələdir. Xasiyyət uyğunlaşmaması ifadəsi altında həddindən çox fikirlər yatır. Şəxsən bizim müşahidə etdiyimiz boşanma səbəblərindən biri də sosial məişət problemləridir. Məsələn, burada mənzillə bağlı problemlər qabarıqdır. Qayınata-qayınana ilə bir yerdə yaşamaq da bəzi cütlüklər arasında boşanmaya gətirib çıxaran səbəblərdən olur".

O. Fərəclinin sözlərinə görə, boşanmaya ən çox səbəb göstərilən digər bir hal isə xəyanətlə bağlıdır: "Burada alışdığımız klassik kişi xəyanətindən çox, qadın xəyanətinin boşanmaya səbəb olmasının şahidi oluruq. Bu bir faktdır ki, xəyanətlə əlaqədar boşanmaların sayı artıb. Buna həm sosioloji, həm də psixoloji məqamlar şərait yaradır. Psixoloji məqamlara aydınlıq gətirsək görərik ki, xəyanət edən qadınların ən çox işlətdiyi ifadələrdən biri ailədə diqqət, qayğının yerində olmaması, qarşı tərəfin onlara kifayət qədər vaxt ayırmamasıdır".

Psixoterapevt vurğuladı ki, boşanmalara maddi problemlər də təsir göstərir: "Amma sevindirici haldır ki, Azərbaycan ailələrində həyat yoldaşı ya psixi, ya da fiziki xəstə olan insanların boşanma halı çox azdır. Əksinə, onlara maksimum diqqət, qayğı göstərilir".

Xəbərlər     Baxılıb: 1484   Tarix: 20 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT

Ürəyi gücləndirmək üçün uzun illərdir bu sadə və təsirli reseptdən istifadə olunur. sağlamolun.az-a istinadən həmin resepti təqdim edir:. Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT 

.

Bağda işləmək bu problemləri azaldır

Bağ evində işləmək antidepressant qəbul etməyə bənzəyir və depressiya riskini 23% azaldır. -a istinadən bildirir ki, bu barədə britaniyalı alimlər apardıqları uzunmüddətli araşdırmalardan sonra elan ediblər. Səhər yeməyind

.

Hər səhər bir ovuc badam yeməyin faydaları

Badamın sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də hər səhər bir ovuc badam yesəniz. -ə istinadən bildirir ki, səhərləri ac qarına yeyilən badamın orqanixmə verdiyi inanılmaz faydaları təqdim edir:. Pəhriz saxlayand

.

Mixəyin faydaları nələrdir?

Mixəyin bir çox faydası olduğu məlumdur. Daha çox ağız qoxusunu aradan qaldırmaq üçün istifadə olunsa da, mixək həzmi asanlaşdırmaqdan mədə ağrılarını aradan qaldırmağa qədər bir çox işdə təsirlidir. Həm bütöv, həm də to

.

Fiziki təmas ağrını aradan qaldırır

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. -a istinadən xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma nəticəsində alimlər fiziki təması

.

Bamya toxumunun FAYDALARI – Belə istifadə edin

Bamya toxumu nədir? Bamya toxumları meyvəsi yetişdikdən sonra əmələ gələn kiçik, tünd qırmızı və ya qəhvəyi rəngdə, liflə zəngin toxumlardır. Meyvədən ayrıldıqdan sonra qurudulur.   -a istinadən doktor Mehmet Uçar bu barəd

.

Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR

A (II) qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb. -a istinadən xəbər verir ki, bu barədə Merilend Universitetinin tədqiqatçıları araşdırm

.

Kişilərdə belin ölçüsü 100 sm-ə çatdısa cinsi zəiflik başlayır - DİQQƏT

Kişilərdə cinsi istəksizlik və zəifliyin səbəblərindən biri fiziki aktivsizlik, stress hormonunun qanda çox olması və qan qatılığıdır. -a istinadən xəbər verir ki, uroloq Andrey Smernitskiy dərmansız bu problemlərdən çıxı

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

turlar.az

sonxeber.az gelinlikler aksessuarlar toy gecesi blincik hazirlanma qaydasi balamı sevirəm düzgün makiyaj uşağın sağlamlığı kosmetika kondom veten olumu qurd ve quzu gulmeli hakista