Qadınlar hansı kişiləri sevirlər?

Qadınlar hansı kişiləri sevirlər?Hər bir kişi qadınların xoşuna gəlmək istəyir. Biriləri bunu necə edəcəklərini bilmədiyi halda, digərləri buna tənbəllik edirlər.

Qadinsayti.az xəbər verir ki, əksər qadınlar onlara diqqət yetirən, gül hədiyyə edən, serenadalar oxuyan kişiləri sevirlər. Lakin unutmayın ki, romantika yalnız şam işığında şam yeməyi deyil. Sübh tezdən sevgilinzi "sevirəm" sözləri ilə oyadın.

Hər bir qadın kişinin onlara məxsus tarixləri unutmadığını qiymətləndirəcək. Onun qəlbində sönməyəcək atəşi sadə bir gül, şokolad, gəzinti yandıra bilər.

Faktiki hər bir qadın sığallanmağı sevir, əllərindən tutlmaqdan xoşlanırlar. Əgər sizin münasibətləriniz tam ciddiyə giribsə də, sadaladıqlarımızın heç biri qüvvədən düşmür. "Qadınlar qulaqları ilə sevir" aksiomasını da kişilər unutmamalıdırlar.

Qadın daim sevildiyini eşitməyi xoşlayır, onun sizin üçün əvəzsiz olmasını bilmək qadına olduqca vacibdir. Qadınlar qayğıkeş kişiləri sevir. Onların yanında özlərini komfortlu hiss edirlər. Baxmayaraq ki, müasir qadınlar müstəqil yaşamağı sevir, özləri pul qazanır, instinkt onları güclü kişiyə arxalanmaya vadar edir.

Qadınlar kişilərə qarşı olduqca eqoist ola bilirlər. Onlar sevdiyi insanın yalnız ona məxsus olmasını istəyirlər. Digər bir qadının gözəlliyini tərifləmək sizin üçün adi bir şey olsa da, bəzi qadınlar bunu başa düşməyəcək. İnamı itirməmək üçün hər xırda şeyə görə qadına yalan danışmaq olmaz. Münasibətləri düzgünlük bərkidir. Yalançı ilə yaşamaq, minalanmış ərazidə gəzməyə bərabərdir.

Qadınlar daim bəxtinə, ətrafdakı insanlara şikayət edən kişilərdən qaçırlar. Lakin maço prestiji də getdikcə aşağı enir. Artıq qadınlar ev tikə bilən kişi ilə bərabər, evin içində yuva qura bilən kişiləri seçirlər. Pul ilə yanaşı, gələcəkdə övladlarına yaxşı ata ola biləcək kişilərə böyük tələb var. Əsas o dur ki, səmimi və mehriban olun. Bu xüsusiyyətləri sizi (pulunuzu yox) sevən qadın mütləq qiymətləndirəcək./qadinlar.biz/

Ailə və Uşaq     Baxılıb: 7190   Tarix: 09 avqust 2016
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmu

.

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub. Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanay

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Ana südünü artıracaq təbii qidalar

Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik. Əmizdirmə dövrü analar üçün  hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpəni

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Yayda uşaqlar ən çox bu xəstəliyə tutulur

Yay aylarının gəlişi ilə xüsusilə uşaqlarda ishalda böyük artım yaşanır. Bununla bağlı mütəxəssislər ailələrə xəbərdarlıq edib. Prof. Dr. Şanlıay Şahin bildirib ki, hər il dünyada 1,5 milyon uşaq ishaldan ölür və hər uşa

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Uşağınız gecə yatarkən altını isladırsa SƏBƏBİ BUDUR

Gecə sidik qaçırma bütün dünyada milyonlarla uşağa təsir edən sağlamlıq problemidir. Əgər uşaq 5 yaşındadırsa və hələ də gecə yatağı isladırsa, bu, ciddi problemdən xəbər verə bilər. Təxminən hər beş uşaqdan birində gecələ

turlar.az

sonxeber.az yemek reseptleri yay geyimləri 2024 kosmetika mehsullari bal şəfadı günay musayeva hakıştalar yemək reseptləri kosmetika sağlıq klitor pizza intim munasibetler baldiz