Qadınlarda ayaq ölçüləri niyə tez-tez dəyişir? - MARAQLI SƏBƏBLƏR

Qadınlarda ayaq ölçüləri niyə tez-tez dəyişir? - MARAQLI SƏBƏBLƏRSümüklərin zahiri forması irsi xüsusiyyətdən asılı olduğu qədər, əzələ fəaliyyətindən də asılıdır.
Əzələlərin dartma qüvvəsi nəticəsində sümüklərin üzərində əzələ bağlanan yerdə hündürlüklər (çıxıntılar, qabarlar, çuxurlar və s.) əmələ gəlir. Bu da onu deməyə əsas verir ki, əzələ nə qədər çox inkişaf edərsə, sümük hündürlükləri də bir o qədər çox inkişaf edər.
Ümumilikdə insan orqanizmində sümüklərin inkişafı, boy artımı 25 yaşdan sonra yavaş-yavaş azalmağa başlayır. Lakin xüsusilə ayaq sümüklərinin inkişafı orta hesabla 15 yaşına qədər artıq tamamlanmış olur. Kişilərdə bu sabit qalsa da, qadınlarda tam əksinə dəyişir. Bəs bunun səbəbi nədir?
Publika.az oxucularına qadınların ayaq ölçülərinin dəyişkən olmasının maraqlı səbəblərini təqdim edir:
Həkimlər bu məsələni geniş tədqiq etdikdən sonra bu qənaətə gəliblər ki, qadınların ayaq ölçülərinin dəyişməsinə səbəb müəyyən yaş dövründə keçirtdikləri hormonal dəyişikliklərdir. Bu qətiyyən sümük böyüməsi, uzanması deyil.
Diqqət etsəniz qadınlar 36 ölçüdə ayaqqabı geyindikləri halda müəyyən dövrdən sonra 2 ölçü böyük, yəni 38 ölçü ayaqqabı geyinirlər. Bu böyümə birbaşa qadınların həyatındakı 3 dövrlə əlaqəlidir:
1. Ilk olaraq, yetkinlik yaşına çatmış qızlarda aybaşı prosesinin başlaması ilə müşahidə edilir. Orqanizmdə gedən genişmiqyaslı dəyişikliklər sümük toxumalarına da təsir edərək onların artmasına səbəb olur.
2. Daha sonra hamiləlik dövründən sonra qadınlarda bəzi hormonlar oynaqlardakı sərt toxumalara - liqamentlərə və əzələlərə təsir edərək onları boşaldır. Bu dövrdə qazanılan əlavə çəkilər ağırlıq səbəbi ilə ayaqların pəncə və xüsusilə daban nahiyəsində müəyyən qədər enlənmələrə səbəb olur.
3. Ayaqqabı ölçüsünün dəyişməsinə səbəb olan üçüncü amil isə qadın orqanizminin sonuncu dəyişimə uğradığı proses yəni, "postemenopauz" adı verilən klimaks dövrüdür. Bu dövrdə isə əzələlərdəki tonus əskikliyi və sümüklərin yetərli mineral maddələrlə təmin edilməməsi ölçülərin dəyişməsinə gətirib çıxarır.
Kişilərdə bu prosesin 17-18 yaşlarından sonra sabit olaraq qalması da, məhz bu fərqlə bağlıdır. Qadınların ayaq ölçülərində yaşadığı digər problemlər erkən döyənəkləşmə, topuq dikliyi, düz və enli pəncə ola bilər. Bu problemlərin bəziləri məhz yanlış ölçüdə ayaqqabılardan istifadə edildiyi zaman da meydana çıxa bilir.
Mütəxəssislər qeyd edir ki, ayaqqabıların dikliyi normal standartlara uyğun şəkildə 2 santimetr olmalıdır. Ayaqqabı seçimi zamanı topuq ətrafı daha sərt olan, yan tərəfləri bağlı ayaqqabılara üstünlük verilməlidir. İnsan uzun müddət ayaq üstə qalanda ayaqlarda şişkinlik yaranır və yanları açıq ayaqabılar ayaqların formadan çıxmasına səbəb olur. Hətta idman üslubunda ayaqqabılar seçərkən belə, bu kriteriyalar gözlənilməlidir.
Hündürlüyü 4-5 santimetrdən çox olan hündürdaban ayaqqabılar qadınlara estetik ideal görünüş bəxs etsə də, sağlamlıq baxımından olduqca ciddi fəsadlar yaradır.
Kişilər hər mövzuda olduğu kimi, bu mövzuda da qadınlardan şanslıdırlar. Dizayn baxımından kişi ayaqqabılarının çeşidləri olduqca az olduğundan ayaqqabı seçimində elə də ciddi problem yaşamırlar.

Maraqlı     Baxılıb: 2127   Tarix: 01 dekabr 2017
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb. "Report"a istinadən bildirir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanı

.

Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub. -

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Lütfi Zadənin doğum günüdür - FOTO

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anım günüdür. Kaliforniya Universitetinin məşhur professorunun bu gün 102 yaşı tamam olur. 1921-ci il fevralı

.

AMEA-da prezident seçkiləri keçiriləcək

AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

Günəşin səthində "sürünən ilan" təsviri lentə alındı - VİDEO

Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın buraxdığı Solar Orbiter cihazı Günəş səthində yeni görüntülər lentə alıb. "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüntülərdə "ilan"ın ulduzun səthində "sürünməsi"

turlar.az

sonxeber.az geyim şəkilləri qaşların formalari toy makiyajlari kaktusa qulluq valideyne aid statuslar moda terxun kompotu kosmetika vidyolar maraqlı salatlar oyunlar penis