Qadınların diqqətinə! Bu vasitələr hamiləlikdən qorumur

Qadınların diqqətinə! Bu vasitələr hamiləlikdən qorumurArzuedilməz hamiləlikdən qorunmaq üçün qadınlar bəzən müxtəlif "dədə-baba" üsullarından istifadə edir.
Təəssüf ki, əksər hallarda bu üsullar hamiləlikdən qorumur. Digər tərəfdən bu üsulların tətbiqi qadın sağlamlığına ciddi ziyan vura bilər. Bu "üsullar" arasında:
- Cinsi əlaqədən dərhal sonra uşaqlıq yolunun su ilə dərin yuyulması. Bu vasitənin istifadəsi tam effektsizdir. Məsələ burasındadır ki, spermatozidlərin bir qismi cinsi əlaqədən bir neçə saniyə sonra uşaqlıq boynuna çatır. Həmçinin uşaqlıq yolunun dərin yuyulması ziyanlı sayılır. Uşaqlıq yolu özü özünü təmizləmək qabiliyyətinə malikdir. Belə dərin yuyunma uşaqlıq yolunun normal mikroflorasını pozur ki, bu da uşaqlıq yolunun mikroblara və infeksiyalara qarşı davamlılığını azaldır. Nəticədə qadında cinsiyyət sistemi iltihabların və infeksiyaların riski artır.
- Cinsi əlaqədən sonra uşaqlıq yolunun limon, soda və ya sirkə əlavə olunmuş su ilə yuyulması. Bu üsul də həm lazım olan effekt vermir, həm də uşaqlıq yolunun mikroflorasını pozur.
- Marqans əlavə olunmuş su ilə yuyunma. Bu üsulun təbiqi uşaqlıq yolunun selikli qişasını yandıra bilər.
- Uşaqlıq yoluna aspirin həbin, limon diliminin, kiçik sabun tikəsinin yerləşdirilməsi. Üsul həm hamiləlikdən qorumur, həm də ciddi iltihabın yaranmasına səbəb ola bilər.
- Qaynar su ilə ayaq vannası. Bu vasitə də lazım olan effekt vermir və həmçinin sağlamlıq üçün çox ziyanlıdır - ayaq damarlarında ciddi pozulmaların inkişafına səbəb ola bilər.
- Müxtəlif otlardan istifadə. Bu da çox effektsiz və bəzən təhlükəli üsuldur. Bəzi ot dəmləmələrinin həddindən artıq qəbulu ciddi zəhərlənməyə və s. fəsadlara səbəb ola bilər.
Müasir dövrdə hamiləlik əleyhinə həblər və uşaqlıq daxili "spiral" arzuedilməz hamiləlikdən qorunmaq üçün ən effektli vasitələr sayılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1160   Tarix: 11 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

Gündə 50 qram püstə yeyin - FAYDALARI

Püstə zəngin qida mənbəyidir. Xüsusilə zülal, sağlam yağlar, lif, maqnezium, fosfor və B vitamini ilə zəngindir. Antioksidantlar, digər minerallar və vitaminlər baxımından da əhəmiyyətli bir tərkibə malikdir. -ə istinadə

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

COVID-19-dan sağ qalanların 64 faizinin vəziyyəti bir il ərzində pisləşir – ARAŞDIRMA

San-Fransiskodakı Kaliforniya Universitetinin tədqiqatçıları ağır formada COVID-19-dan sağ çıxan insanların üçdə ikisinin bir ildən sonra sağlamlığının pisləşdiyini müəyyən edən bir araşdırma aparıblar.   -a istinadən xəbə

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

turlar.az

sonxeber.az yay geyimləri 2024 reseptler gelinlikler gözəllik sirləri mede siresi küncüt yağı gavalı salatı kosmetika cinsi azerb clpaq qadinlari həsən bəy zərdabi burclerin uygunlugu şəkərbura