Qadınların həyatını kabusa çevirən qorxunc xəstəlik

Qadınların həyatını kabusa çevirən qorxunc xəstəlikMəmə xərçəngi, onun baş vermə səbəbləri və müalicəsi

Xərçəng günümüzün ən önəmli sağlamlıq problemidir. Tez-tez müşahidə edilməsi və öldürücülüyünün yüksək olması xərçəngi günümüzün kabusuna çevirib. Ümümdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, xərçəng dünyada 4-cü ölüm səbəbidir.

Xərçəngdən dünyasını dəyişənlərin statistikası ilk dəfə Danimarkada 1943, Macarıstanda 1952, Finlandiya və Almaniyada 1953-cü illərdə müəyyən edilib. Ən son olaraq 50 ölkədən 150 cəmiyyət əsaslı xərçəng qeyd sisteminin məlumatları 1997-ci ildə nəşr olunub. Məlumatlara görə, dünyada 8,1 milyon yeni xərçəng xəstəsi olduğu müəyyən edilib. Xərçəngdən ölüm sayı isə təxminən 1,6 milyondur.

Kişilərdə ən sıx görülən xərçəng növləri ağciyər (22 faiz), kolorektal (12 faiz) və prostat (11 faiz), qadınlarda isə döş (26 faiz), kolorektal (14 faiz) və mədədir (7 faiz). Kişilərdə ağciyər xərçəngi (29 faiz), qadınlarda isə döş xərçəngi (17 faiz) ölüm səbəbləri arasında birinci sıradadır.

ABŞ alimlərinin iddialarına görə, dünyada hər 7-8 qadından biri döş - məmə xərçəngi riski daşıyır. Ailəsində xərçəng xəstəliyi olanlar, dünyada orta yaşlarda uşaq gətirmə və 50 yaşından sonra qadınlar hər zaman həkim müayinəsindən keçməlidir.

Məmə xərçəngi qadınlar üçün ən qorxulu xəstəliklərdəndir. Statistikaya nəzər salanda da görmək mümkündür ki, hər 7-8 qadından biri məmə xərçəngindən əziyyət çəkir.

ABŞ-da bütün həyatı boyunca hər 8 qadından biri məmə xərçənginə tutulur. 2008-ci ildə ABŞ-da 182 mindən çox qadına məmə xərçəngi diaqnozu qoyulub. 40 min qadın isə məmə xərçəngi səbəbiylə dünyasını dəyişib.

Həkim–onkoloq Samir Hacıbabayev Ailəm.az-a məmə xərçəngi, onun baş vermə səbəbləri və müalicəsi barədə məlumat verdi.

Süd vəzisi xərçəngi, süd vəziləri və südü döşün ucuna gətirən kanalların hüceyrələrində müxtəlif faktorların təsiri ilə inkişaf edir. Bu xəstəlik iki hissəyə bölünür: noninvaziv, yəni yayılmayan və invaziv - yayılan xərçəng.

Həkim deyir ki, süd vəzisi içində xərçəngləşən bir hüceyrənin, bir şiş meydana gətirməsi və mütəxəssisin müayinə əsnasında bunu anlaması üçün uzun müddət keçməlidir.

Qadınlar ən az 1 sm böyüklüyünə çatmış kütləni, əllə müəyyən edə bilirlər. İndi bir çox qadınlar özləri xəstə olduqlarını müəyyənləşdirirlər. Xərçəngli kütlə nisbətən sərt, nizamsız kənarlı, səthi nahamar görünür və məmə toxuması içində rahatca oynadıla bilmir. Məmə xərçəngi mamoqrafiya ilə müəyyən edilir.

Mütəxəxsis məsləhət görür ki, əgər döşdə və ya qoltuğun altında ələ gələn kütlə, sərtlik və şiş varsa, mütləq həkimə müraciət edilməlidir: "Döşün ucundan qanlı və ya şəffaf rəngli axıntı gəlirsə, ucunda çökmə, daxilə çəkilmə və ya forma pozuntusu varsa, döşün ucu soyulur və ya qabıq qoyursa, dərisində yara, qızartı, şiş və portağal qabığı görüntüsü müşahidə edilirsə, döşdə böyümə və ya asimmetriya varsa, mütləq müayinədən keçmək lazımdır. Nəzərinizə çatdırım ki, xərçəng növləri ilə ölümlər arasında məmə xərçəngi ikinci sıradadır".

Bəzən deyirlər ki, məmə xərçəngi ailə qurmamış və gənc qadınlarda görülmür. Bu, səhv fikirdir. Düzdür, məmə xərçəngi 50 yaşından böyük qadınlarda müşahidə edilir, amma bəzən gənc qızlardan da yan keçmir. Bu, əsasən ailəsində xərçəng xəstəliyi olan xanımlara aiddir: "Məmə xərçəngi 35 yaşından kiçik qadınlarda nadir hallarda müşahidə edilir. Çox zaman yaşı 50-ni haqlamış qadınlarda özünü göstərir. Bu xəstəlik irqi xəstəlikdir və daha çox ağ bənizli insanlarda meydana gəlir. Bir qadının xərçəngə tutulma riski anası, bacısı və ya qızının erkən yaşlarda məmə xərçənginə tutulmasıyla artar. Məmə xərçəngi çox zaman genetik olaraq da ötürülə bilir. Menstruasiyası daha erkən başlamış qadınlar, övladı olmayan və klimaks dövrünə gec girən qadınlar daha çox risk altında olur. Bir qadın nə qədər erkən mensturasiya olarsa (12 yaşdan əvvəl), nə qədər gec klimaksa girərsə (55 yaşdann sonra ) tutulma riski o qədər çoxdur. Biz gec uşaq dünyaya gətirən qadınların da risk altında olduğunu deyəndə 30 yaşdan yuxarı xanımları nəzərdə tuturuq. Siqaret və spirtli içkilər, həddən artıq çəki xərçəng riskini artırır. Hamilə qalmamaq üçün istifadə edilən dərmanlar da çox az olsa da, xərçəng riskini artırır. Klimaks dövrünə girən xanımların "istilik gəlməsi" probleminin qarşısını almaq üçün qəbul etdiyi ostrogen və medroksiprogesteron asetat tərkibli dərmanlar da xərçəng riskini artırır".

Həkimin fikrincə, bir qadının bir məməsində xərçəngin inkişaf etmiş olması irəlidə digər məməsində də xərçəng inkişafı riskini təxminən 2 dəfə artırır. Uşaq yaşlarında sinə rentgeni edilmiş qadınlarda da xərçəng ehtimalı böyükdür.

Bəzi qadınlar ailələrində xərçən olmadığı üçün rahat davranır, mütəmadi həkim müayinəsindən keçmirlər. Aparılan araşdırmalar sübut edir ki, xərçəngə yoluxan qadınların 75 faizinin ailəsində xərçəng xəstəliyi tapılmayıb. Sadəcə qadın olmaq məmə xərçənginə tutulmaq deməkdir.

Xərçəngin erkən mərhələsində ilk seçim cərrahi yoldur. Cərrahi üsulda şiş məmə toxumasından çıxarılır və ya bütün məmə alınır. Bununla yanaşı qoltuqaltına şişin yayılıb yayılmadığını anlamaq üçün bəzi limfa vəziləri də çıxarılır.

Həkim deyir ki, hər bir xəstəlik zamanında müəyyən edilib müalicə edildiyi təqdirdə müalicə öz təsirini göstərmiş olur. Gecikdirilmiş hallarda həkimlər əllərindən gələni etsələr də, xəstələrin müalicəyə dözümü çatmır.

Mütəxəsislərin fikrincə, bütün xəstəliklərə, o cümlədən xərçəngə qalib gəlmək üçün inam və stimul omalıdır: "Düşünürəm ki, əgər bir qadında məmə xərçəngi aşkarlanıbsa, onun ikinci gedəcəyi yer psixoloq olmalıdır. Psixoloji dəstək xəstəyə yaşama gücü və xəstəliyi yenə bilmə qabiliyyəti verir. Xəstə sağalacağına inandığı təqdirdə xəstəliyə qalib gəlir".

Sağlamlıq     Baxılıb: 2029   Tarix: 13 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

30 dəqiqə seks 200, orqazm həddi isə 312 kilokalori yandırır – NORMAL ÇƏKİDƏ QALMAĞIN TƏBİİ YOLLARI

Artıq qəbul olunmuş kalorilər orqanizm üçün bir sıra problemlər yaradır. İnsanlar üçün ən böyük bəlalardan biri sayılan piylənmə də məhz bunun nəticələrindən biridir. Bəs nə etməli, artıq kalorilərdən yaxa qurtarmaq, təbi

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.  . "Medicina" xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

sonxeber.az gözəllik məhsulları geyim şəkilləri yay geyimləri 2024 goyemin faydasi qadin donlari 1 hefteye 5 kq ariqlamaq genc aile kosmetika rus dilini öyrənək 2 ci dərs xlor lekesi klitor fitat xərçəng bürcü