Qadınlarla videosu yayılan aşıq:"Mən Azərbaycan qadınlarını öz anam, bacım bilirəm" (VİDEO)

Qadınlarla videosu yayılan aşıq:"Mən Azərbaycan qadınlarını öz anam, bacım bilirəm" (VİDEO)"Ölkə.Az" bir neçə gündür görüntüləri yayılmış aşıqla əlaqə yarada bilib.

Xanim.az aşıq Mahir Kəlbəcərli ilə müsahibəni sizə təqdim edir.

- Aşıq, istərdim sözügedən videoya aydınlıq gətirəsiniz

- Aydınlıq deyəndə, düzgünlük yaxşı şeydir.

- O görüntülər harada lentə alınıb?

- Sözün düzü, özüm də bilmirəm harada çəkilib. Çünki gəzirəm, məclisə dəvət edirlər gedirəm. Heç dəvət edən adamı da tanımıram. Saz, sözü guya təhqir etmişəm. Elə şey yoxdur. Özünüz də görürsünüz ki, orada qonaqlar var. Qonağı sazla-sözlə qarşılamışam. Adımı da orada səhv yazıblar.

- Neçə yaşınız var?

- 57 yaşım var.

- Bəziləri bildirirlər ki, sazın bu kimi məclislərdə ifa edilməsi doğru deyil...

- Lap qədimdən aşıqlar səyyari gəziblər. Hazırda mən də bu yolu davam etdirirəm. Heç bir səhv etmədən gəzmək olar. Allah Azərbaycanımızı var eləsin. Hər istirahət zonasında sazın olması yaxşıdır.

- Orada ən çox müzakirələrə səbəb olan məclisdəki xanımların hərəkətləri və geyimləri idi.

- Heç kimə deyə bilmərəm ki, belə geyin. Yayda istirahətə gəliblər. İndi hamının geyimi Avropa stilindədir. Əsas odur ki, hər kəsin geyimi yox, abır-həyası olsun. Saza qulaq asmaq mənimçün daha vacibdir. O geyimi qəbahət bilmirəm. Heç kimə demək olmaz ki, sən yaxşısan, yaxud pissən. Azərbaycanın hər bir qadınını, qızını öz anam, bacım bilirəm. Aşıq sözlərindən istifadə etməyi də özümə borc bilirəm.

- Aşıqlar Birliyinin üzvüsünüz?

- Xeyr, üzv deyiləm, həvəskaram. El-el, oba-oba gəzirəm.

- Dolanışığınız sazdan çıxır, yoxsa başqa peşəniz də var?

- Başqa heç bir işim yoxdur. Yaş o yaş deyil ki, gedib fəhləlik edəm. Allah Azərbaycanımızı var eləsin. Azərbaycanın şərəfinə yazdığım şeiri demək istəyirəm.

Sən olmasan necə gülər bu cahan?
Dünyanın gözüsən, Azərbaycanım.
Düşünən beynini arif alimin,
Hikmətli sözüsən, Azərbaycanım.

Daların cəvahir, torpağın baldı,
İrəvan, Zəngəzur düşmənə qaldı.
Göyçə mahalımız xəyala daldı.
Bağışla bizi sən, Azərbaycanım.

Türklər dəstək olub Azərbaycana,
Biz doğma qardaşıq-ata bir ana.
Haqqı, ədaləti bütün cahana,
Hey dedin düzün sən, Azərbaycanım.

Neçə min ustadın yaradan quran
Adına bağlıdır mərdanə duran
Müqəddəs sayıram, deyirəm hər an
Cənnətin özünsən, Azərbaycanım.

Mahir, dərdin üçün dərman vətəndir.
Qarabağ uğrunda ölümə gedəndir.
Səbrli xalqımın səbri tükəndə,
Nə vaxta dözəsən Azərbaycanım?!
Sənnətin özüsən Azərbaycanım.

Azərbaycanımız var olsun, hər birinizə təşəkkür edirəm. Allah hamınızı salamat eləsin.

Xəbərlər     Baxılıb: 1676   Tarix: 09 may 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

turlar.az

sonxeber.az kosmetika mehsullari kosmetik vasiteler həkim məsləhəti haxışta evde manikur nece edilir toxuma və əl işləri bayatilar vetene aid kosmetika kahfe kali rus dili burcler haqqinda prostat meseller