Qan durulducu dərmanlardan istifadə edənlərə XƏBƏRDARLIQ – Ölüm riski yaradır

Qan durulducu dərmanlardan istifadə edənlərə XƏBƏRDARLIQ – Ölüm riski yaradırBu gün çoxları həkim məsləhəti və resept olmadan apteklərdən müxtəlif dərmanlar alıb istifadə edirlər. Həkim rəyi olmayan dərmanların qəbulu də çox zaman ciddi fəsadlara səbəb olur. Vətəndaşların reseptsiz aldıqları dərmanlar sırasında qan durulducu preparatlar da var. İndi ürək-damar xəstəliyindən əziyyət çəkən insanların çoxu belə dərman qəbul edir.
Məsələnin ciddiliyini nəzərə alıb Səhiyyə Nazirliyinin mütəxəssisi qan duruldan dərmanların qəbulu ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib ki, əhali arasında 40 yaşdan sonra infarktın qarşısını almaq üçün qan durulducu dərman vasitələrinin qəbul edilməsi ilə bağlı yanlış fikir var:
"Qan duruldan dərmanların müəyyən xəstəliklərin müalicəsi zamanı istifadəsi tövsiyə edilə bilər. Lakin bu, yalnız həkim tövsiyəsi ilə olur. İstər qan duruldan, istər vitamin, istərsə də digər dərman vasitələrinin həkim məsləhəti olmadan qəbulu yolverilməzdir".
"Apteklərdə qan durulducu dərmanlar normal dozada verilmir"
Məsələ ilə bağlı həkim Abbas Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu çox ciddi bir məsələdir:
"Qan duruldan dərmanla bağlı cəmiyyətimiz ciddi problem yaşayır. Bu sahədə bir özfəaliyyət var. Apteklərdə qan durulducu dərmanlar normal dozada verilmir. Çəki və yaş düzgün hesablanmır. Xəstənin hansı kateqoriyaya aid olmasına baxılmır. Hamıya 100 milliqramda verilir. Ən pisi də odur ki, bundan hər gün istifadə edilir.
Lakin əksər hallarda orqanizmin real vəziyyəti və patologiyanın gedişatı bunu tələb eləmir. Ümumiyyətlə, qan durulducu dərman məsələsi çox ciddi problemdir. Bəzi insanlar infarktın qarşısını almaq üçün təkcə qan durulduculardan istifadə edirlər. Amma belə hallarda damar tonusunu tənzimləyici preparatlardan da istifadə etmək lazımdır.
Bizim həkimlər nədənsə daha çox qanı durultmağa çalışır. Bunun da ciddi fəsadları olur. Qanın duruldulması ilə yanaşı damar yollarının təmizlənməsi də vacibdir. Bu iki proses birlikdə aparılanda effektiv olur. Lakin çox zaman qanın duruldulmasına fikir verilir, amma damar yada düşmür. Qan durulur, laxtalanma olur və tromp əmələ gəlir. Nəticədə, xəstə infakt olur və hətta həyatını itirir".
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 642   Tarix: 21 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Dondurulmuş çörəyin faydaları nələrdir?

Alimlər dondurulmuş çörəyin faydalarını sübut etmək üçün geniş araşdırma aparıblar. Sosial şəbəkələrdə çörəyin dondurulmasının sağlamlığın yaxşılaşdırılması yolu kimi geniş müzakirələr apardığı bir vaxtda elmi araşdırmala

.

İdmanda doğru bildiyimiz yanlışlar - Bu idmanlardan çəkinin

Yay yaxınlaşdıqca bir çox insan artıq çəkidən xilas olmaq və ya fit bədənə sahib olmaq üçün idmana üz tutur. Aparılan elmi araşdırmalar bu, müntəzəm məşqin ümumi bədən sağlamlığı ilə yanaşı ürək sağlamlığını əhəmiyyətli dərəcəd

.

Məşhur COVID peyvəndinin mənfi təsirləri TƏSDİQLƏNDİ

AstraZeneca şirkəti ilk dəfə məhkəmədə COVID peyvəndinin nadir yan təsirləri ola biləcəyini etiraf edib. .   -a istinadən xəbər verir ki, məsələn, dərman trombositopeniya sindromu ilə tromboz (TTS) sindromunun inkişafın

.

Azərbaycanda uşaqlar arasında "ÖPÜŞ" xəstəliyi yayıldı - HƏKİMDƏN AÇIQLAMA

Son zamanlarda insanlar arasında "epstein barr" virusu sadə dillə desək, "öpücük" xəstəliyi yayılıb. Maraqlısı budur ki, bu virusa xüsusilə də uşaqlarda daha çox rast gəlinir. Bəs, bu nə virusudur? Virusu

.

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi

Dəfnə yarpağı yalnız kulinariya ədviyyatı deyil, həm də tarakanları yox etmək üçün əla vasitədir. Dəfnə yarpaqlarından istifadə edərək tarakanlardan qurtulmaq olar.   -a istinadən xəbər verir ki, sizə lazım olan tək şey dəfn

.

Səhər yeməyindən imtina etməyin - Dəhşətli nəticələr

Əgər müntəzəm olaraq səhər yeməyindən imtina edilsə, ürək və damarlarla bağlı problemlər yarana bilər.   -a istinadən xəbər verir ki, bu barədə kardioloq Kseniya Eruslanova bildirib. . Həkim bildirir ki, səhər yeməyində

.

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Bəzi gənələr borriliozun daşıyıcısıdır, buna vaxtında diaqnoz qoymaq vacibdir. "Unikal"a istinadən  xəbər verir ki, bu barədə "Interia" nəşri həkimlərin araşdırma əsasən məlumat yayıb. "Borrelio

.

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

"Azərbaycan qanunvericiliyinə müvafiq olaraq köçürülməsinə icazə verilən orqanlar qaraciyər, ürək, ağciyər, bağırsaqların köçürülməsi, mədə, gözün buynuz qişasıdır. Eyni zamanda, qanunvericiliklə canlı donordan sümü

.

Qızartmaq üçün bu 3 yağdan istifadə edin

Düzgün yağla qızartmaq sağlamlığınız, təhlükəsizliyiniz, yemək bişirmək və yeməyinizin ümumi dadı və toxuması üçün vacibdir.   -a istinadən bildirir ki, yağın təzə olduğundan və xarab olmadığından əmin olmalısınız. . Ya

turlar.az

sonxeber.az qaşların formalari kosmetik vasiteler toy makiyaji sekilleri ana südü artırmaq huseyn cavid seirleri evim interyer tərəvəz yeməkləri kosmetika gəncə layla novruz hakıştası birlik gunay