Qan qrupları haqqında

Qan qrupları haqqında1-ci qan qrupu
O (1-ci qrup)- tipi "Ovçu". Çox qədim və əsas qan qrupudur ki, evalusiya prosesi nəticəsində bu qrupdan digər qruplar törənib. Hazırda dünya əhalisinin 33,5% -i bu qan qrupunun daşıyıcısıdır.

Müsbət tərəfləri:
- möhkəm həzm sistemi;
- yaxşı immun sistemi;

Zəif cəhətləri:
- yeni yeməklərə və ətraf mühitin dəyişikliklərinə çətin adaptasiya olunur;
- mədənin yüksək turşuluğu;
- allergiya;

Dietik məsləhət: yüksək proteinli yeməklərdən uzaq durun.
Məsləhətdir: ət məhsulları (donuz ətindən başqa), balıq, meyvə-tərəvəz (turş olmasın), ananas
Azaldın: yarma, büğda və un məmulatları.

İçkilərdən:

Yaxşıdır: yaşıl çay, ot çayları, itburnu, nanə, zəncəfil, cökə çiçəyi dəmləməsi;
Neytraldır: pivə, qırmızı və ağ şərab, çobanyastığı, jenşen, sürvə (şalfey)
Uzaq durun: kofe, tünd içkilər, aloe (əzvay) şirəsi.

Çəkini nəzarətdə saxlamaq üçün:

Menyudan çıxarın: təzə kələm, qarğıdalı, buğda, sitrus meyvələri, paxla, qənd, nişastalı yeməklər.
Yaxşı kömək edir: dəniz bitkiləri, balıq, yodlaşdırılmış duz, ət, xüsusən də mal əti, qaraciyər, göyərti, brokkoli, qırmızı turp, B qrup vitaminləri.
Fiziki hərəkət: intensiv hərəkətli idman növləri: aerobika, qaçış, üzgüçülük, xizəksürm

2-ci qan qrupu
A (2-ci) qrup- tipi "Torpaq adamı". Bu qan qrupu qədim insanların köçəri həyat tərzindən oturaq həyata keçidi dövründə yaranıb. Yer əhalisinin 37,8% -i bu tipə aiddir.

Güclü cəhətləri:
- yemək, pəhriz və ətraf mühit dəyişikliklərinə tez adaptasiya;
- effektiv həzm sisteminə malik olmaq;

Zəif cəhətləri:
- həssas həzm traktı;
- zəif immun sistemi, infeksiyalara dözümsüzlük;
- yüksək dərəcədə oyanıq sinir sistemi;
- şəkərli diabetə tutulma ehtimalı böyükdür.

Dietik məsləhət: tam vegeterian qidalanmaya keçmək;
Yaxşıdır: tərəvəz, yarma, bütün paxlalılar, meyvələrdən – portağal, narıngi, banan, kakos, ananas, balıq və dəniz məhsulları (yalnız kambala, siyənək, kürü istisna olmaqla).
Azaldın: ət ( toyuq və hind toyuğu), süd məhsulları, buğda,istiot, dondurma, qənd, qarğıdalı yağı).
Kömək edir: bitki yağlarından ( soya, zeytun), tərəvəz, ananas, B, C, E vitaminləri, jenşen, bitki çayları, pişikotu (valerian).
Fiziki hərəkətlər: sakit templi və nəfəs hərəkətləri olan növlər, yoqa, tan-zi.

3-cü qan qrupu:

B (3-cü) qrup- tipi "Qəribə köçəri". Bu qan qrupu qədim dövrdə tayfa, nəsil yerdəyişmələri və məskunlaşması nəticəsində yaranıb. Dünya əhalisinin 20,6%-i bu qan qrupuna aiddir.

Müsbət cəhətləri:
- güclü immun sistemi;
- yeməklərə yaxşı uyğunlaşma
- balanslaşmış sinir sistemi.

Zəif cəhətləri:
- bir çox viruslara, iltihabi xəstəliklərə dözümü yoxdur.

Dietik məsləhət: Qarışıq yeməklərdən və mürəkkəb dietalardan uzaq durun.
Yaxşıdır: ət, ördək, qaz ətindən başqa bütün ət yeməkləri, balıq, süd məhsulları (turş, yağsız), yumurta, yarmalar, paxlalar, tərəvəz (qarğıdalı, pomidor, balqabaq, zeytun), meyvə.
Uzaq durun: dəniz məhsulları, donuz əti.

İçkilərdən:

Məsləhətdir: yaşıl çay, ot çayları, çuğundur şirəsi, kələm şirəsi, üzüm şərabı.
Uzaq olun: pomidor şirəsi, sodalı içkilər.

Çəkini nəzarətdə saxlamaq üçün:

Yeməyin: qarğıdalı, püstə, qarabaşaq (qreçka), pomidor, donuz əti, kolbasa.
Kömək edir: yaşıl çay, yumurta, böyrək, mal əti, vitaminlər.
Fiziki hərəkətlər: gəzmək, velosiped sürmək, tennis, üzgüçülük.

4-cü qan qrupu

AB (4-cü) qrup - tipi "Sirli tapmaca". Bu qrup 2 əks – A və B tipli qanın qarışması, evalusiyası nəticəsində yaranıb.

Müsbət cəhətləri:
- Ən gənc qan qrupudur.
- Hissiyyatlı immun sistemi;
- Həm A, həm də B qrupun müsbət tərəflərini özündə əks etdirir.

Dietik məsləhət: əvvəlcədən hesablanmış və qarışıq pəhriz saxlaya bilər.
Yaxşıdır: ət ( qoyun əti, dovşan, hind toyuğu), balıq ( dəniz bitkiləri istisna olmaqla), zeytun yağı, püstə, qoz-fındıq, yarma (qarğıdalı və qarabaşaqdan başqa), tərəvəz (istiotdan başqa),
Azaltmalı: paxlaları

İçkilərdən:

Məsləhətdir: kofe, yaşıl çay, çobanyastığı çayı, itburnu.
Olmaz: aloe şirəsi, cökə çiçəyi çayı.
Çəkini nəzarətdə saxlamaq üçün:
Kömək edir: balıq, göyərti, ananas, vitamin C, süd məhsulları.
Uzaq durun: qırmızı ət, vetçina, bekon, qarabaşaq yarması, istiot, buğda, qarğıda

Sağlamlıq     Baxılıb: 3228   Tarix: 27 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Seksoloqdan kişilərə tövsiyə- Bu tumları yeyin

Kişi cinsi sağlamlığı üçün lazım olan hər şey adi balqabaq tumlarında birləşib. "Medicina" xəbər verir ki, rusiyalı seksoloq Şevçenko kişilər üçün bir çox vitamin və mineralların zəruri olduğunu bildirib və çıxı

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

sonxeber.az adlarin menasi makiyaj instagram geyim şəkilləri uşaqlar və tərbiyə ayaqların şişməsi gənc ana qalin saclara qulluq kosmetika sac modelleri geyim cinsi elaqe toy gecesi intim