Qanda rezus faktoru gözlənilmədən dəyişə bilər

Qanda rezus faktoru gözlənilmədən dəyişə bilərİnsan qanı təkcə qruplara (I, II, III və ya IV qan qrupu), eləcə də rezus faktoruna görə (müsbət və ya mənfi) təsnif olunur.
İnsanın həyatı boyunca qan qrupu dəyişməz qalsa da, rezus faktoru gözlənilmədən dəyişə bilər.
AZƏRTAC xəbər verir ki, bu yenilik Vyana Tibb Universitetinin bir qrup aliminin apardığı tədqiqat nəticəsində müəyyən edilib. Tədqiqat qrupunun rəhbəri Qünter Körmöçi bildirib ki, tibbi praktikada qan dövranında tez-tez həm müsbət, həm də mənfi rezus faktorlu qan hüceyrələrini daşıyan pasiyentlərə rast gəlmək mümkündür. Eyni şəxsdə qarışıq rezus faktoru qəfil baş verən genetik mutasiya sayəsində mümkün olur.
Alim bildirib ki, qarışıq rezus faktoru pasiyentlərdə ötən əsrin 60-cı illərində müşahidə edilsə də, bunun dəqiq izahı verilə bilmir və bütün hallar qan xəstəlikləri ilə (leykoz və s.) izah edilirdi. Lakin avstriyalı alimlər müşahidə ediblər ki, bir sıra pasiyentlər qanda eritrozitlərdə xüsusi antigenləri, yəni müsbət rezus faktorunu yaş artdıqca itirə bilirlər və bu halda bədənin hansısa bir hissəsində qan hüceyrələrində rezus faktoru mənfiyə çevrilir. Müəyyən edilib ki, belə pasiyentlərin yarısında qan xəstəliyi yoxdur, bu, yalnız orqanizmin yaşlanması fonunda baş verən genetik mutasiyadır.
Alimlər, həmçinin müəyyən ediblər ki, qanda rezus faktorundakı dəyişiklik, - indiyədək hesab edildiyi kimi, - təkcə qanyaradıcı (hemopoetik) kök hüceyrələrdə deyil, eyni zamanda, çoxxassəli (pluripotent, asanlıqla yerləşdiyi toxumanın formasını ala bilən) kök hücəyrələrdə rast gəlinir. Alimlərin rəyinə görə, rezus faktorunun müsbətdən mənfiyə dəyişməsi yaşı 65-dən yuxarı şəxslərdə heç də nadir hadisə deyil və hər 500 nəfərdən birində bu hala rast gəlmək mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1056   Tarix: 12 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

"Allergiyası olanlar bu qidaları yeməsinlər - yeyən uşaqlar

Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Statistik məlumatlara əsasən, hazırda dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Mövsümi allergiya nəticəsind

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

İnfarkt riskinizi ölçün

Həyati orqanların başında gələn ürək bir çox xəstəliklərin əsas səbəbidir. -a istinadən xəbər verir ki, xüsusilə də son illərdə gənclərin belə infarkt riski xeyli yüksəlib. Mütəxəssislər çox bəsit bir testlə infarkt riskin

.

Şəkər istehlakı xərçəngə yol açır?

Həddindən artıq şəkər istehlakı, xüsusən də çəki almağa səbəb olarsa, xərçəng riskini artıra bilər. Aktiv həyat tərzi zərərləri azalda bilər. -a istinadən bildirir ki, bu barədə rusiyalı onkoloq-ginekoloq Yekaterina Timofeyev

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Gündə 1 çay qaşığı qəbul edin, cinsi gücünüz artacaq

Cinsi performansı artırmaq üçün təbii üsullara maraq günü-gündən artır.   -a istinadən xəbər verir ki, kimyəvi dəstək əvəzinə qidalanma vərdişlərini dəyişdirərək cinsi sağlamlıq üzərində müsbət təsirlər yaratmaq mümkündür

turlar.az

sonxeber.az geyim necə seçməli sade makiyaj sekilleri yay geyimləri 2024 boy uzadan maraqlı toy ideyalari terevezler kosmetika gözəllik bürcler qizlar toy gecesı maya maskasi